Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   14   15   16   17   18   19   20   21   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
81 
Bu zonanın şimal-qərbində Mezozoy çöküntüləri üzrə Qa-
rabat v
ə Çöllü qalxımları, onlardan cənubda Qarğalı-Mil, 
daha c
ənubda isə Zərdab-Muradxanlı antiklinal zonaları 
yerl
əşirlər. 
Z
ərdab-Muradxanlı antiklinal zonasının mərkəzi his-
s
əsində böyük ölçülü Muradxanlı, şimal-qərbində kiçik öl-
çülü Z
ərdab, Şıxbağı, Şərqi Şıxbağı, Söyüdlər, cənub-şər-
qind
ə isə Cəfərli, Qaralı qalxımları yerləşirlər (şəkil 38).
Z
ərdab, Şıxbağı, Şərqi Şıxbağı qalxımları şimalda yer-
l
əşən Qarğalı, Qışlaq qalxımlarından şimal bortu enli
c
ənub bortu isə ensiz olan sinklinal ilə ayrıldığı halda, 
c
ənub qanadları tədricən Yevlax-Ağcabədi çökəkliyinin 
şimal-şərq bortunda regional miqyaslı monoklinalla əvəz 
olunurlar.
Muradxanlı qalxımı Üst Tabaşir çöküntüləri səthini 
əks etdirən 3500 m-lik izohipslə ölçüləri 6,3 x 8,7 km, hün-
dürlüyü 500 m-d
ən çox olan, cənub-şərq istiqamətli 
strukturdur. Onun 20-22
o
bucaq altında yatan qısa şimal-
şərq qanadı Şahsünnü və Məmmədli qalxımlarından ensiz 
v
ə asimmetrik yəhərlə ayrılır, 15-20
o
bucaq altında yatan 
geniş cənub-qərb qanadı isə 10 km-ə qədər uzanaraq təd-
ric
ən Yevlax-Ağcabədi çökəkliyin cənub-şərq sentriklina-
lına qovuşur. Muradxanlı qalxımının şimal-şərq və cənub-
q
ərb qanadlarının tağyanı hissələri uzununa, batım hissələri 
is
ə eninə və diaqonal istiqamətli qırılmalarla mürəkkəb-
l
əşmişdir. Qalxımın şimal-şərq qanadını kəsən qırılmanın 
amplitudu 0-300 m, c
ənub-qərb qanadı kəsən qırılmanın 
amplitudu is
ə 50-200 m arasında dəyişir. Strukturun şimal-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
82
q
ərb periklinalı terras şəklində 6 km-ə qədər uzandığı 
halda, c
ənub-şərq periklinalı Cəfərli qalxımından nisbətən 
geniş struktur yəhərlə ayrılır 
[
10
]
.
Bozqobu qalxımı Muradxanlı qalxımının cənub-qərb 
qanadının uzaq batımında Mezozoy kompleksi çöküntülə-
rinin s
əthini əks etdirən qapalı 5300 m-lik izohislə, ölçüləri 
3,0 x 1,5 km olan hemiantiklinal quruluşlu gömülmüş 
strukturdur. 
C
əfərli antiklinal qalxımı Üst Tabaşirin səthini əks et-
dir
ən 4400 m-lik izohipslə ölçüləri 3,0 x 3,8 km, hündür-
lüyü 100 m olan, günb
əzvari antiklinal qalxımdır. Tağyanı 
v
ə tağ hissəsi kiçik amplitudlu, iki uzununa və bir neçə eni-
n
ə qırılmalarla mürəkkəbləşən strukturun tağyanı hissə-
sind
ə Üst Tabaşir çöküntülərinin yatım bucaqları 6-8
o
-d
ən 
artıq deyil. 
Qaralı qalxımı Cəfərli qalxımından kiçik yəhərlə ayrı-
lan, Üst 
Tabaşir çöküntüləri səthini əks etdirən 4200 m-lik 
izohipsl
ə ölçüləri 2,3 x 1,8 km, hündürlüyü 100 m olan 
günb
əzvari strukturdur. Bu struktur şimal-şərqdə Mil qalxı-
mından və cənub-şərqdə İmişli struktur çıxıntısından 
körf
əzvari çökəkliklərlə ayrılır. 
Ağaməmmədli qalxımı Üst Tabaşir çöküntüləri səthini 
əks etdirən 4200 m-lik izohipslə ölçüləri 1,4 x 3,0 km, 
hündürlüyü 80 m-
ə yaxın olan submeridional istiqamətdə 
uzanan braxiantiklinal strukturdur. Onun z
əif inkişaf etmiş 
c
ənub periklinalı monoklinalın bort hissəsindən ayrılır, şimal 
periklinalı isə uzunluğu 3 km-ə yaxın olan hemiantiklinala 
keçir v
ə Cəfərli antiklinalından geniş və yastı yəhərlə ayrılır. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
83 
Muradxanlı NQR-in neft-qazlılığı Üst Tabaşirin vul-
ka
nogen süxurlarının və karbonatlı çöküntülərin aşınmış 
s
əthlərində yaranan çatlı və ikinci məsaməliyə malik, Orta 
Eosenin tufogen v
ə qismən də Maykop lay dəstəsinin və 
Çokrak horizontunun qumlu 
kollektorları ilə əlaqədardır. 
Muradxanlı qalxımının tağ hissəsində Üst Tabaşirin Santon 
m
ərtəbəsinə aid olan vulkanogen süxurların aşınma səthin-
d
ə və qalxımın cənub-qərb qanadında Orta Eosenin tufogen 
çöküntül
ərində aşkar edilmiş neft yatağı işlənmədədir. 
Strukturun c
ənub-qərb qanadının tağyanı hissəsində qazıl-
mış 18 saylı quyuda Çokrak horizontundan, 27 saylı quyu-
da is
ə Maykop lay dəstəsindən sənaye əhəmiyyətli neft 
axınları alınmışdır.
Kiçik ölçülü C
əfərli qalxımında Orta Eosenin tufogen 
çöküntül
ərində aşkar edilmiş neft yatağı da işlənmədədir. 
Muradxan
lı qalxımından şimal-qərbdə yerləşən Zərdab və 
Şıxbağı qalxımlarında həm karbonatlı, həm də vulkanogen-
çökm
ə süxurlarından sənaye əhəmiyyətli neft axınları 
alınmışdır. Zərdab braxiantiklinalının tağ hissəsində qazıl-
mış 3 saylı axtarış quyusunda Tabaşir və Eosen çöküntülə-
rinin t
əmas intervalından lay sınayıcısı vasitəsilə 420 t/gün, 
strukturun 
şimal-qərb periklinalında qazılmış 4 saylı quyu-
da karbonatlı çöküntülərdən 35-40 t/gün, 7 saylı quyuda isə 
10 t/gün hasilatla neft 
alınmışdır. 
Muradx
anlı NQR-in şimal-qərb hissəsində yerləşən 
Q
ərbi Əmirarx qalxımında qazılmış 2 saylı axtarış quyu-
sunda, Orta Eosen çöküntül
ərindən torpedləmə nəticəsində 
18 
t/gün hasilatla neft axını alınmışdır. 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
84
Muradxanlı NQR-in perspektivliyi Üst Tabaşirin vul-
kano
gen süxurlarının aşınma səthinə Orta Eosenin neftli 
çöküntül
ərinin söykəndikləri və Maykop lay dəstəsinin neft 
tör
ədici ana süxurları ilə örtülən qalxımlarında, Muradxanlı 
tipli neft 
yataqlarının və Zərdab qalxımından şimal-qərbdə 
Əmirarx qalxımına qədər olan ərazidə, Orta Eosenin 
tufogen çöküntül
ərinin pazlaşma zonasında litostratiqrafik 
tipli yataqların axtarışı ilə bağlıdır.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə