92
Portretl r
rəngin çərçivəsində həll etmələri də bilavasitə
istənilən əsərin bütövlüyünə yönəli tonallığın–
rəng keçidlərinin incəliyinin əldə olunması
ehtiyacından irəli gəlir. Bu mənada Bəhruz
bəyin ərsəyə gətirdiyi rəsmlərdə kömürdən
istifadəsi başadüşüləndir. Əgər yuxarıda
adları çəkilən rəsmlərin bədii məziyyətlərinə
vurğulamalı olsaq, onda ilk növbədə
rəssamın hər bir əsərin ifadəliliyini təmin
edən işıq-kölgədən məntiqlə istifadə etdiyini
vurğulamalıyıq. Gənc rəssamın “Naməlum
qadın”, “Antik heykəl”, “Apollonun
büstü” və s. qraik nümunələrdə rakurs
seçimindən başlamış görüntünün
bədiiləşdirilməsinə xidmət edən rəng
keçidlərində sərgilənən cəlbedici təzad
onların uğurunu təmin etmişdir, desək,
yanılmarıq.
Bəhruz bəy Kəngərlinin qraik
irsində yer alan portretlər qalereyasında
bizim üçün tanış olmayan adamlarla
yanaşı, rəssama çox yaxın olan
insanların obrazlarının yer almasını
da yəqin ki, təbii saymaq olar. Onların
əksəriyyəti rəssamın Tilis və Naxçıvan
mühütində tanış olduğu, ünsiyyət
qurduğu adamlardırlar. Bəhruz bəy
zamanında obrazlarına müraciət etdiyi
bu adamların bəzilərinin adlarını
əsərlərin çəkildiyi materialda qeyd
etdiyindən, onların kimliyi məlumdur. Lakin
onlar arasında adları məlum olmayanlar da az
deyil. Təəssüf ki, rəssamın yaxın qohumlarının
əksəriyyətinin sağ olduqları vaxtlarda
onlardan kimliyi naməlum qalan obrazların
müəyyənləşdirilməsi istiqamətində araşdırma
işi aparılmayıb. Hər halda gözümüz önündə
olan xoşagəlməz mənzərə bunu söyləməyə
əsas verir. Bu kitabın müəllilərinin gec də
olsa, yəni, bizim günlərdə apardıqları axtarış-
müəyyənləşdirmə işi bu sahədə müəyyən
müsbət nəticələr əldə etməyə imkan vermişdir.
Belə ki, rəssamın bəzi qohumlarında qorunan
fotoşəkillərin
əsərlərlə
tutuşdurulması
qeyd etdiyimiz nəticələri şərtləndirmişdir.
Məlum olmuşdur ki, əsərlərin qəhrəmanları
arasında kifayət qədər qohum – əqrəba təsviri
vardır. Yeri gəldikcə biz onlar barəsində
məlumat verəcəyik. Bu məsələni haqqında
söz açdığımız portretlərlə əlaqələndirməli
olsaq, onda rəssamın 1913-cü ildə kömürlə
çəkdiyi “Azərbaycanlı qadın” əsərindəki
xanımın kimliyini söyləməliyik. Apardığımız
araşdırma bu qraik lövhədə rəssamın
analığı Şirin xanımın təsvir olunduğunu
təsdiqləmişdir. Bəhruz bəyin tələbə ikən
çəkdiyi portretdə analığı milli geyimdə təsvir
olunmuşdur. Kömürlə işlənmiş əsər bu gün
bizə onun bədii məziyyətinin necəliyindən
daha çox, orada kimin təsvir olunduğunun
müəyyənləşdirilməsi – tarixi baxımdan
çox önəmlidir. Heç şübhəsiz əsərdə Şirin
xanımın səciyyəvi cizgilərinin inandırıcılığına
nail olunub, amma bədii-estetik tutumuna
görə rəssamın bir müddət sonra çəkəcəyi
başqa portretdən müəyyən qədər geri qalır.
Hazırda Bəhruz bəyin yaxınlarından birinin
kolleksiyasını bəzəyən bu portret də kömürlə
işlənib. Bu vaxta kimi rəssamın yaradıcılığına
həsr olunmuş kitablarda onun reproduksiyası
yer almadığından bu əsər sənətsevərlərə
tanış deyildir. Amma kömürün bədii-texniki
imkanlarından və ifadə gücündən uğurlu
istifadəyə görə onu rəssamın ən yaxşı portretləri
sırasına daxil etmək olar. Təbii gözəlliklə bunu
qürur qaynağına çevirən qadının psixoloji
yaşantılarını incəliklə duyan Bəhruz bəy onu
çox sevən Şirin xanımın yaddaqalan portretini
yaratmağa nail olmuşdur...
Rəssamın tələbəlik dövrünü əhatə edən
94
Portretl r
rəngkarlıq portretləri də bədii tutumuna görə
diqqətçəkəndirlər. Düzdür, onların ümumi sayı
karandaş və kömürlə işlənmiş rəsmləri qədər
deyil. Bununla belə, onlarda gənc rəssamın
rəng duyumunu, naturanı və düşüncələrini
boyalarla ifadə etmək bacarığının səviyyəsini
hiss etmək çətin deyildir. 1911-1915-ci illərdə
çəkilmiş həmin portretlərin sırasında iki “Kişi
portreti”nin, “Eynəkli kişi”, “Qoca kişi portreti”
və s. tapşırıq xarakterli işlərin adını çəkmək
olar. Bu əsərlərin ən səciyyəvi cəhəti onların
təcrübi-vərdişi öyrənmə çərçivəsindən
çıxarılması, təsvir olunanların obraz
tutumunda qəbuluna nail olunmasıdır.
Odur ki, bu sənət nümunələri iyirminci
yüzilliyin əvvəllərində öz təşəkkülünü
tapmağa başlayan realist-gerçəkçi
Azərbaycan
rəngkarlığının
yeni
nümunələri kimi bədiiliyi ilə yanaşı,
həm də tarixi mahiyyət daşımaqdadır...
Arxada qalan tələbəlik illərinin
müstəqil yaradıcılığın astanasında
olan gənc rəssama professional
baxımdan nələr verdiyini onun
bilavasitə Naxçıvanda ərsəyə gətirdiyi
nümunələrdən, o cümlədən də portret
janrında işlədiyi əsərlərdən görmək
mümkündür. Əgər onun yaradıcılığının
1916-1922-ci
illər
mərhələsində
yaradılan portretlər qalereyasına nəzər
salsaq, onda zamanında müəllimlərindən
aldığı tövsiyələrin və fərdi səylərin nəticəsində
rəssamın bədii-estetik tutumu kifayət qədər
yüksək olan əsərlər yaratdığını söyləmək
olar. Onların arasında Bakı və Naxçıvan
muzeylərində qorunan “Uşaq başı” (1916),
bir-neçə “Yatmış uşaq”(1919) portretinin,
“Qız portreti” (1919), “Papaqlı oğlan” (1919),
“Oturmuş qadın” (1919), “Qaçqın xanım”
(1920), “Canfəda kəndindən qaçmış oğlan”
(1920), “Ayaqyalın qadın” (1920), “Avşar
kəndindən qaçmış qız” (1921), “Qaçqınlar”
(1921), “Qaçqın” (1921), “Yatmış kişi” (1921),
“Yatmış uşaq” (1921), “Oyanmış uşaq” (1921),
“Kəndli” (1921), “Qaçqın qız” (1921), “Oğlan
portreti” (1921) və “Qızıl əsgər” (1921) kimi
əsərlər vardır.
Bununla belə onun yaradıldığı ili dəqiq
bilinməyən portretləri də mövcuddur. Bu
mənada “Oğlan portreti”, “Yatmış uşaq”, “Gənc
oğlan portreti”, “Qız portreti”,“Oğlan portreti”,
“Kişi portreti”, “Çantalı oğlan”,“Qaçqınlar”,
“Qoca kişi portreti”, “Gənc qadın portreti”,
“Oturmuş qız”, “Qaçqın oğlan”, “Dizi üstə
oturmuş oğlan”, “Ağac altında oturmuş
oğlan”, “Qaçqınlar”, “Qaçqın qızın portreti”,
“Qız başı”, “Qadın portreti” və s. əsərlərinin
B.Kəngərli. “Eynəkli kişinin portreti”. 1914.