100
Portretl r
rəssam sonucda diqqətçəkən portret yaratmağa
nail olmuşdur. Onun babası Hüseyn Sultan
zamanında Rusiya ordusunda xidmət etmiş,
Naxçıvanın çox hörmətli və varlı şəxslərindən
biri olmuşdur. Əsəd bəyin əmilərindən biri
– Əsgərxan M.F.Axundzadənin kürəkəni
olmuşdur...
XX əsrin əvvəllərində Naxçıvan
mühütində kifayət qədər böyük nüfuz sahibi
olan ticarətçi Mirzə Heydər Nəsirbəyova
həsr olunmuş əsər də gənc rəssamın ən yaxşı
yaradıcılıq nümunələrindən sayılmağa
layiqdir. Portret yağlı karandaşla çəkilib.
Əsərin bədii tutumunda müşahidə
olunan yüksək icra sənətkarlığı onun
gənc rəssamın Tilisdən qayıtdıqdan
sonra işləndiyini ehtimal etməyə əsas
verir. Gəlin kömürlə çəkdiyi portretlə
bir qədər ətralı tanış olaq. Belə ki, bu
səbəbsiz deyil...
Yağlı karandaşla çəkilmiş “Mirzə
Heydər Nəsirbəyovun portreti” (1918)
əsəri Bəhruz bəyin yaradıcılığındakı
həm də ən iriölçülü əsərlərdəndir. Bu
əsərin gənc rəssamın Tilisdən qayıdıb
gəldiyi və atası Şirəli bəyin yoxluğu
şəraitində müstəqil yaradıcılığa baş-
ladığı dövrdə yaradıldığı birmənalıdır.
Onun rəssamın və yaxud da Mirzə
Heydərin təşəbbüsü ilə çəkildiyini
söyləmək bir qədər çətindir. Bununla belə,
Naxçıvanda yeganə rəssam olan və elə təkcə
buna görə də şəhərdə çox məşhurlaşan sənət
adamının obrazlarından biri olmaq yəqin
ki, Mirzə Heydərin ürəyindən keçə bilərdi.
Qənaətimizcə bu, rəssamlıq sənətinin zamanına
görə Naxçıvanda bir o qədər qazanc gətirən
peşə olmadığını düşünən imkanlı bir adamın
gözünün qarşısında böyüyən Bəhruz bəyin
yaradıcılıq səylərinə maddi dəstək vermək
üçün atılan bir “incə” addım da ola bilərdi.
Digər tərəfdən bir-birilərini çox yaxşı tanıyan
bu adamların yaradıcı ünsiyyəti elə rəssamın
təşəbbüsü ilə də baş tuta bilərdi. Çünki,
zahirən kifayət qədər cəlbedici və koloritli
olan məşhur ticarətçinin elə görkəminə görə
Bəhruza maraqlı ola bilməsi də istisna deyil.
Əsərin təhlilinə keçməzdən əvvəl rəssamın
qəhrəmanı ilə tanışlığa ehtiyac duyuruq.
Akademik Rafael Hüseynovun “Millətin
zərrəsi” kitabında bu barədə oxuyuruq: “O
şəkildəki kişigillə Bəhruzgil qonşu olublar.
Mirzə Heydər Nəsirbəyov Naxçıvanın
hörmətli adamlarındanmış. Pambıq zavodu,
dükanları, bağları, mehmanxanası varmış.
Qurbanəli Şərifovun arvadı – Əziz Şəriin
anası Nazlı xanımla Mirzə Heydərin həyat
yoldaşı Məşədi Şahbəyim xalaqızı olublar.
Qohumluq çoxbaşlıydı, Şahbəyim həm də
Qurbanəli bəyin bacısı idi. Mirzə Heydər,
qohumlarının xatirələrinə görə, Zeynalabdin
Tağıyevlə dostluq edirmiş. İranla, Rusiyayla
mükəmməl ticarət əlaqələri qurubmuş. Onun
sıravi alış-verişçi deyil, qədərincə sanballı
tacir, İranda da, Rusiyada da yuxarı dairələrlə
tanınan mötəbər sima olmasına bir dəlil budur
ki, İran şahı da, II Nikolay da ona medal
veriblərmiş, üstəlik rus çarı şəxsi hədiyyəsi
olaraq Mirzə Heydər bəyə üstü yazılı qızıl saat
da bağışlayıbmış. Bəhruzun çəkdiyi portreti
atasından və Bəhruzdan əziz bir yadigar təki
qoruyub saxlamış Fatma xanım xatırlayırmış
ki, atasının vəfatından bir neçə il sonra evlərini
yarırlar, oğrular nələri varsa aparır, o medallar
da, o qızıl saat da gedir. “Evin aparılması, ac-
yalavac qalmağımız bir yana, məni yandıran
atamın yadigarlarının getməsi oldu. Yaxşı
ki, Bəhruz bu şəkildə atamın yaxasında o
medalları da çəkibmiş”.
Mirzə Heydər kasıb-kusub hayanıymış.
102
Portretl r
Həftədə bir dəfə bazara çıxar, qiymətlərə
nəzarət edərmiş ki, bahalıq olmasın. 1905-
1906-cı illərdə Naxçıvana qəhətlik düşəndə
aclığın və fürsətdən istifadə edərək bütün
qiymətləri kəlləçarxa qaldıran möhtəkirlərin
qabağını almaq üçün İrandan çoxlu taxıl
gətizdirir, dükanlar açdırıb ucuz qiymətə un və
çörək satdırır. Bu Allah adamının son arzusu
da Məkkədə dəfn olunmaq imiş. 1919-cu ildə
vəfat edir. Vəsiyyətinə müvaiq olaraq 1 il sonra
cənazəsini qibləmizin şəhərinə aparırlar...”
Əsərin qəhrəmanı ilə bu qısa
tanışlıqdan sonra onun rəssam istedadı
ilə yaddaqalan bədii tutum almış
portretini dəyərləndirməyə çalışaq.
Mirzə Heydəri oturmuş vəziyyətdə
görüntüyə
alan
Bəhruz
bəyin
kompozisiya üçün seçdiyi şaquli format
heç şübhəsiz məntiqlidir. Məşhur taciri
kompozisiyanın ön planında təsvir edən
müəllif, bununla da əsərdaxili dərinlik
etməklə, qəhrəmanının yaşadığı məkanı
da göstərmək imkanı əldə etmişdir.
Tünd geyimli obrazı əhatələyən ev
əşyaları – üzərini tor naxışlı örtük
bəzəyən miz, mənzilə gözəllik bəxş
edən dekorativ ağac, pəncərələr və
otağın dərinliyini “vurğulayan” taxta
döşəmə həm də əsrin əvvəllərində
ömür sürən varlı naxçıvanlının yaşayış
şəraitini əyaniləşdirmişdir. Əsərdə baxışlarını
naməlum istiqamətə yönəldən Mirzə Heydər
nikbin ovqatdadır. Başındakı milli “dəkkə”
papağın altından görünən geniş alnı, nüfuzedici
baxışları, qətiyyətli oturuşu bizi həyatsevər bir
insanla tanış edir, desək, yanılmarıq. Kömürlə
işlənən və bir rəngin müxtəlif çalarları ilə
gerçəkləşən portretdə rəssamın işıq-kölgədən
bacarıqla istifadəsi görünəndir. Bunu rəssamın
Mirzə Heydərin tünd geyiminin oynaqlığını
şərtləndirən qat və qırışların ustalıqla verməsi
də təsdiqləyir...
Bu kitab Bəhruz bəy Kəngərli taleyi
ilə bağlı müxtəlif səpgili bütün məlum
informasiyalarla tanışlıqdan sonra yazılıb.
Odur ki, yeri gəldikcə belə yazılardan
iqtibas gətirilmiş, onların ən maraqlısından
rəssamla bağlı məlumatları bir araya gətirmək
üçün mətndə istifadə olunmuşdur. Belə
məlumatlardan biri məhz Mirzə Heydərin
haqqında söz açdığımız portreti ilə bağlıdır.
Əslində, ona məlumat yox, əhvalat desəydik,
daha düzgün olardı. İndi özünüz də buna
əmin olacaqsınız. Bu əhvalat da akademik
R.Hüseynovun “Millətin zərrəsi” kitabında
yer alıb.
Məsələ burasındadır ki, bu əsər uzun
müddət Mirzə Heydərin yaxınlarının evində
olub. Ötən əsrin doxsanıncı illərinin təzadlı
iqtisadi-siyasi olayları onun sıxıntı keçirən
nəvəsini bu əsəri satmağa məcbur edib və
o, bu məqsədlə Rafael Hüseynovun yanına
üz tutub. Bu yerdə sözü akademikin özünə
verməyə məcburuq: “Camaatın müşküllərini
həll etmək üçün naxçıvanlıların yanına getdiyi
əyyamlarda bir naxçıvanlı yardım üçün mənə
üz tutmuşdu və gərək kömək edəydim ona. Bir
daha xeyirxah adamların ölümlərindən sonra da
xeyirxahlıq edə bilmələrinin heyrətli hikməti
barədə ikirləşdim və düşündüm ki, yəqin ki,
bu da Allah işidir, yəqin ki, o portretlə Mirzə
Heydərin ruhu nəvəsini maddi sıxıntılarla üz-
üzə qaldığı bu çətin vaxtda üstümə göndərib
ki, vasitəçi olum. Yəqin ki, özünün bu günə əli
çatmayan zamanda şəkliylə nəvə-nəticəsinə
imdada “gəlib”. Götürüb zəng vurdum
Mədəniyyət naziri Polad Bülbüloğluna.
Əhvalatı söylədim və rica etdim ki, köməyini
əsirgəməsin. Polad “göz üstə” dedi. Sabahısı
gün rəsmi gətirən zəng vurdu ki, nazirin