Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə29/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   25   26   27   28   29   30   31   32   ...   132

107

   


        

Portretl r



B.Kəngərli. “Peyğəmbər”. 1920.


 

108


Portretl r

texnikasında (15,1 x 24,3 sm) işləyib. Görünür 

o, ifadəli cizgiləri ilə seçilən bu portreti də o 

biriləri  kimi    hansısa  nəşriyyatın  sifarişi  ilə 

ərsəyə gətiribmiş...

Əgər  Bəhruz  bəyin  portret  janrında 

işlədiyi digər əsərləri səciyyələndirməli olsaq, 

onda  ilk  növbədə  bu  nümunələrdə  bilavasitə 

onun  müasirlərinin  əks  olunduğunu  qeyd 

etmək  istərdik.  Bu  məqamı  vurğulamaqda 

məqsədimiz  rəssamın  bilavasitə  reallıqda 

gördüklərini  əyaniləşdirdiyini,  obrazlara 

münasibətdə  öz  duyumunu  ifadə 

etdiyini bildirməkdir. 

İlk növbədə onun bu portretlərinin 

bədii-estetik tutumunda – bədii şərhində 

iki  cür  yanaşmanın  mövcud  olduğunu 

deməliyik.    Bunlardan  birincisi 

rəssamın  müraciət  etdiyi  obrazların 

təsvirinin  klassik-akademik  üslubda 

işlənməsidir.  Belə  bədii  münasibəti 

rəssamın  “Şirin  xanımın  portreti”, 

“Mirzə Heydər Nəsirbəyovun portreti”, 

“Nazlı  xanım  Tahirova    (Nəcəfova), 

“Qadın portreti”, “Əsəd ağa Kəngərli” 

və b. əsərlərində görmək mümkündür. 

Bu cür yanaşmanın tətbiqini obrazların 

kimliyindən asılı olaraq ortaya çıxdığını 

da  məntiqli  hesab  etmək  olar.  Bəhruz 

bəyin  o  dövrdə  Naxçıvanın  tanınmış 

adamlarından  sayılan  Mirzə  Heydərin 

portretini başqa cür işləməsini sadəcə təsəvvür 

etmək  çətindir.  Bu  yerdə  həmin  portretin 

sifariş    əsasında  işlənilməsi  ehtimalını  da 

nəzərə  alsaq,  rəssamın  obrazları  daha  real-

gerçəkçi  tutumda  əks  etdirməsinin  məqsədli 

olduğunu söyləmək olar. Etiraf edək ki, təhsil 

illərində  tələbə-rəssamın  klassik  ənənələrlə 

səsləşən portretlər işləməsi nə qədər təbiidirsə, 

bu  cür  yanaşmaya  onun    yaradıcılığının 

müstəqillik mərhələsində rast gəlinməsi yalnız 

onun sifarişçini narazı salmamaqdan irəli gələ 

bilərdi. Digər tərəfdən, ilk dəfə canlı rəssamı 

və  onun  yaratdıqlarını  görən  Naxçıvan  hələ 

Paris deyildi.  Odur ki, belə bir şəraitdə o, nəyi 

necə çəkməyi çox yaxşı bilirdi. Rəssamın bu 

yanaşmasına bu qədər geniş münasibətimizin 

kökündə  heç  də  onu  aşağılamaq  durmur. 

Ümumiyyətlə,  sənətdə  cərəyanları,  bədii 

yanaşmaları  qarşı-qarşıya  qoymaq  düzgün 

elmi-metodiki  münasibət  deyil.  Belə  ki, 

onların  hər  biri  müəyyən  zaman  kəsiyində 

yaşananların  bədii-estetik  tutumda  ifadəsi 

olmaqla  yanaşı,  özündə  hər  bir  yaradıcının 

gerçəkliyə özünəməxsus münasibətini yaşadır. 

Odur ki, Bəhruz bəyin real tutumlu portretlərinə 

də bu aspektdən yanaşmalıyıq. Onlarda gənc 

rəssamın  nümayiş  etdirdiyi  sənətkarlıq  isə 

kifayət  qədər  yüksəkdir.  Həm  Şirin  xanımı, 

həm  də  Mirzə  Heydəri  və  Əsəd  ağanı,  eləcə 

də  Nazlı  xanımı    və  naməlum  gözəl  qadını 

əks  etdirən  portretlərdə  gənc  Bəhruz  bəyin 

on ilə qədər davam edən müstəqil yaradıcılığı 

dövründə  qraik  icra  mədəniyyətinin  kifayət 

qədər  kamilləşdiyini  görmək  mümkündür. 

Etiraf  edək  ki,  bu  portretlər  XX  əsrin  ilk 

qərinəsində  yaradılan  və  faktiki  olaraq 

yenicə  formalaşmağa  başlayan  Azərbaycan 

realistik təsviri sənət məktəbinin başlanğıcının 

necəliyini özündə hifz edən əsərlər olduğundan 

həm də bədii-tarixi əhəmiyyət kəsb edir. 

Bu yerdə onu da əlavə edək ki, yaradıcılığı 

bütünlükdə  realist  sənət  ənənələrinə  tapınan 

Bəhruz  bəyin  yuxarıda  adları  qeyd  olunan 

portretlərindən  əlavə,    ömrünün  sonuna  – 

1922-ci  ilə  kimi  vaxtaşırı  yaratdığı  müxtəlif 

adamların  portretlərində  də    onun  məhz 

gerçəkçi  olmağa  üstünlük  verdiyini  görmək 

mümkündür.  Amma  onun  bu  gerçəkçiliyi 

özünəməxsus  və  duyğulandırıcıdır.  Bunu 

rəssamın  yaxınlarını  və  müasirlərini  əks 



109

   


        

Portretl r

etdirən  əsərləri  ilə  yanaşı,  qaçqınlara  həsr 

olunmuş  portretləri  də  təsdiqləyir.  Onların 

arasında  yüksək  bədii-estetik  tutumuna  görə 

“Oğlan  portreti”  (1917),  “Rus  dili  müəllimi 

Mirzə Məhəmməd Zamanbəyovun (Zamanov) 

portreti”  (1917),  “Şirniyyatçı  Kərbəlayi 

Heydərin  portreti”  (1919),  “Qoca  kişinin 

portreti”  (1919),  “Tatar  kişinin  portreti” 

(1920),  “Qadın  portreti”  (1921),  “Oğlanın 

portreti” (1922) və s. əsərləri xüsusilə diqqət 

çəkir.  

Gənc  rəssam  1917-ci  ildə  çəkdiyi 

“Rus  dili  müəllimi  Mirzə  Məhəmməd 

Zamanbəyovun  (Zamanov)  portreti” 

əsərində bu janrda ərsəyə gətirdiyi əvvəlki 

lövhələrində  nümayiş  etdirdiyi    yüksək 

ustalıq  ənənəsini  davam  etdirmişdir. 

Əsərin  adından  da  göründüyü  kimi 

portretdə  Naxçıvanda  rus  dili  müəllimi 

kimi  tanınan  Mirzə  Məhəmməd  təsvir 

olunub. Tarixdə  onun  adı Azərbaycanın 

görkəmli  ziyalıları  ilə  bir  sırada 

çəkilir.    O  da  məlumdur  ki,  Mirzə 

Məhəmməd  Azərbaycan  xanlıqlarından 

olan  Naxçıvan  hakimi  Kərim  xanın 

nəticəsidir.  Əslən  kəngərlilərin  Bilici 

qolundandır. Bir vaxtlar Qori müəllimlər 

seminariyasında  təhsil  alan  Mirzə 

Məhəmməd  Naxçıvanda  dərs  deyərkən 

Bəhruz  bəyin  də  müəllimi  olubmuş.  Odur 

ki,  keçmiş  müəllimlə  gənc  rəssamın  bu 

təmasını haradasa Bəhruz bəy üçün bir sənət 

imtahanı da saymaq olar. Reallıqda, bir vaxtlar 

müəlliminin  qarşısında  şagird  kimi  dayanan  

balaca  Bəhruz,  qısa  zaman  kəsiyindən  sonra 

bu  portreti  işləyərkən  artıq  məşhur  ziyalının 

önündə  öz  sənətinin  tanınmış  peşəkarı  kimi 

dayanmışdı.  Bu  mənada  yəqin  ki,  rəssamın  

əsərin  yaxşı  alınması  üçün  duyulası  səy 

göstərdiyi birmənalıdır. Kömürlə işlənmiş bu 

qraik lövhədə hiss olunur ki, Bəhruz bəy əldə 

etdiyi sənət vərdişlərini nümayiş etdirməyə nail 

olmuşdur. Portretin kompozisiyası,  əzalarının 

dəqiq  və  inandırıcı  ifadəsinini  şərtləndirən 

işıq-kölgə  həlli  klassik  ənənələrə  uyğundur, 

desək,  həqiqəti  ifadə  etmiş  olarıq.  Lakin  bu 

klassik  dəqiqlikdə  obrazın  yaddaqalanlığını 

təmin  edən  emosionallıq  da  az  deyil.  Belə 

ki,  əsərin  bədii  həllində  obrazı  “təntənəli 

portret” tipinə xas olan  məziyyətlərə müvaiq 

keyiyyətlərlə  bələməyə  çalışan  rəssam  

görkəmli ziyalının duyulası bədii-estetik təsir 

gücünə  malik  olan  portretini  yaratmağa  nail 

olmuşdur.  Bunun  üçün  o,  bilavasitə  obrazın 

çöhrəsinin cəlbediciliyini əldə etmək üçün bir 

çox portretlərində olduğu kimi kompozisiyaya 

əlavə – köməkçi atribut-detal daxil etməmişdir. 

Məhz bunun sayəsində portretlə təmasda olan 

tamaşaçı  Mirzə  Məhəmmədin  nüfuzedici 

baxışları ilə göz-gözə qalır. Doğrudan da neytral 

yerlik-fondan tamaşaçıya zillənmiş bu gözlər 

özündə duyulası insani keyiyyətlər daşıyıcısı 

olduğuna  hər  kəsi  inandırmaq  gücündədir. 

Onun obrazın nurlu çöhrəsinə xüsusi ifadəlilik 

verməsi  də  danılmazdır.    Heç  şübhəsiz 

rəssam  müəlliminin portretinin cəlbediciliyini 

artırmaq üçün əsərdə digər bədii vasitələrdən 

də  istifadə  etmişdir.  Şaquli  kompozisiyanın 

bütün səthini qara rəngin dəyişkən çalarları ilə 

örtən Bəhruz bəy yalnız müəllimin ziya saçan 

çöhrəsini  və  onun  yüzlərlə  şagirdə  yazmağı 

öyrədən əllərini işıq selinə bələmişdir. Bunun 

hansı  təsir  qoyduğunu  görmək  bir  o  qədər 

də  çətin  deyildir.  Yeri  gəlmişkən  əlavə  edək 

ki,  tanınmış  ictimai  dövlət  xadimi  Fikrət 

Əhmədov  və  onun  Azərbaycanın  Milli 

Qəhrəmanı fəxri  adına layiq görüılmüş oğlu 

Riyad  Əhmədov  Zamanbəyovlar  nəslinin  

nümayəndələridirlər...

Bu  yerdə  deyək  ki,  gənc  rəssam 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə