Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə30/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   26   27   28   29   30   31   32   33   ...   132

 

110


Portretl r

B.Kəngərli. “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti”. 1917.


111

  

        



Portretl r

vurğuladığımız  obrazların  bədii  təsirliliyini  

kömür və karandaşla çəkdiyi əsərlərlə yanaşı, 

yağlı və sulu boya ilə yaratdığı portretlərdə də 

əldə etmişdir. Bu prosesdə fərq yalnız rəssamın 

tətbiq  etdiyi  texnikanın  müxtəliliyindən 

irəli  gələn  bədii-texniki  xüsusiyyətlərdən 

özünəməxsus  tərzdə  istifadə  etməsindədir. 

Gəlin  əvvəlcə  sulu  boya  ilə  çəkilmiş  əsərləri 

nəzərdən keçirək...

 

Bədii  tutumunun  özünəməxsusluğuna 



görə  diqqət  çəkən  belə  lövhələrdən  biri 

“Tatar  (azərbaycanlı)  tipi”  (1920)  adlanır. 

Ölçü  etibarilə  çox  da  böyük  olmayan 

(16,8x22,5  sm)  bu  əsərdə  obraz  kifayət 

qədər iri təsvir olunub. Bütün üz cizgiləri 

duyulası  aydınlıqla  görüntüyə  alınan 

obrazın  rəssamın  yaratdığı  portretlər 

qalereyasında  yaddaqalanlar  sırasında 

olması birmənalıdır.  Heç şübhəsiz bunu 

şərtləndirən  başlıca  səbəb  portretin 

yüksək  bədii-estetik  dəyər  daşıyıcısı 

olmasıdır. 

  Qış geyimində görüntüyə alınan kişinin 

naməlum istiqamətə yönəli baxışlarında, 

onun  dəqiqliyi  görünən  üz  cizgilərində, 

işıqlı  simasını  əhatələyən  saqqalında, 

eləcə  də  geyimində  gənc  rəssamın 

nümayiş  etdirdiyi  yüksək  sənətkarlıq 

bir  daha  onun  zamanında  akademik 

vərdişlərə  qədərincə  yiyələndiyini  sərgiləyir. 

Rəssamın ağ, göy, mavi, qara, qəhvəyi və yaşıl 

rənglərin  təzadını  onların  harmonikliyinin 

əldə  olunmasına  yönəldə  bilməsini,  qədim 

milli  mənəvi  qaynaqlardan  yaradıcılıqla 

bəhrələnməsinin nəticəsi hesab etmək olar.

Portretdə təsvir olunanın  kimliyi məlum 

olmasa  da,  onun  rəssamın  müasirlərindən 

birinin  olması  birmənalıdır.  Belə  ki.  onun 

təhsil  sonrası  –  Naxçıvanda  yaratdığı 

portretlərdə  daha  çox  Bəhruz  bəyə  tanış 

və  yaxın  olan  adamların  təsvir  olunduğu 

təsdiqlənmişdir.  İndiki  halda  isə  rəssamın 

yaradıcılığında  özünəməxsusluğu  ilə  seçilən 

“Tatar (azərbaycanlı) tipi”nin kimliyini hələlik 

dəqiqləşdirmək mümkün olmadı...

1921-ci  ildə  çəkilən    “Qadın  portreti” 

rəssamın  bu  janrda  ərsəyə  gətirdiyi  əsərlər 

arasında  çox  fərqlənir,  desək,  yəqin  ki, 

yanılmarıq.  Bu  məqamda  portretin  yaranma 

tarixini ipucu saysaq, onda bir çox portretləri 

kimi onun da Naxçıvanda çəkildiyini ehtimal 

etmək  olardı,  əgər  obrazın  zahiri  görkəmi 

suallar  doğurmasaydı...    Heç  şübhəsiz  bunu 

şərtləndirən  səbəblərdən  biri  təsvir  olunanın 

azərbaycanlı,  o  vaxtların  deyildiyi  kimi  

desək, tatar olmamasıdır.  Ötən əsrin iyirminci 

illərində  belə  bir  xanımın  Naxçıvanda 

yaşadığını  ehtimal  etmək  nə  qədər  mümkün 

olsa  da,  bir  o  qədər  də  çətindir.  Əgər  əsərin 

1921-ci ildə, yəni,  Azərbayvanda artıq sovet 

hökumətinin  qurulduğu  zamanda  çəkildiyini 

nəzərə  alsaq,  onda  qadının  Naxçıvana 

təşrif  buyuran  bolşeviklərdən  birinin  arvadı 

olduğunu da ehtimal etmək olar. Naxçıvanda 

artıq  bir  rəssam  kimi  yaxşı  tanınan  Bəhruz 

bəyin fəaliyyəti bolşevikləri də cəlb edə bilərdi. 

Portretin  monoxrom  rəng  həlli  heç  şübhəsiz 

gənc rəssamın qaranın incə keçidləri vasitəsilə 

obrazın  cəlbediciliyini  və  zəriliyini  əldə 

etmək istedadını əyaniləşdirib. Yeri gəlmişkən 

deyək ki, bədii həllinə görə bu əsər rəssamın 

yaradıcılığında  yeganədir.  Qadın  gözəlliyinin 

ifadəsi  bu  əsərdə  şaşırdıcıdır,  desək,  həqiqəti 

söyləmiş  olarıq.  Əgər  bu  gözəl  qadının 

zahiri  cizgilərinə  görə  məşhur  rus  rəssamı 

K.Brüllovun obrazlarına oxşadığını da nəzərə 

alsaq  və  bura    rəssamın  tələbəlik  illərindəki 

rus  realist  rəssamlığına  güclü  marağını  əlavə 

etsək,  onda  əsərin  bədii  həllinin  Bəhruz 

bəy  tərəindən  köhnə  rəğbətini  “təzələmək” 




 

112


Portretl r

istəyindən  irəli  gəldiyini  də  ehtimal  etmək 

olar. Ola da bilsin ki, rəssam portreti kiminsə 

sifarişi  ilə  işləyib.  Onun  sifarişçidə  yox, 

rəssamda qalmasının isə müxtəlif səbəbləri ola 

bilər.  Belə  ki,  rəssamlıq  tarixində  belə  hallar 

çox olub. Hər halda əsər 1939-cu ildə  muzey 

üçün    onun  analığından  alınıb.  Diqqətçəkən 

məqamlardan  biri  üzərində  rəssamın  ərəb 

qraikası ilə imzası və yaradıldığı tarix olan bu 

portreti  müxtəlif  zamanlarda  üç  sənətşünasın 

–  M.Nəcəfov,  K.Kərimov  və  N.Həbibovun 

ərsəyə  gətirdikləri  nəşrlərdə  çəkildiyi 

tarix məlum olmayan əsər kimi təqdim 

olunmasıdır.  Buna  bənzər    hallar 

B.Kəngərli  irsinin  tədqiqində    təəssüf 

ki,  tez-tez  müşahidə  olunur.  Başqa 

sözlə desək, hələ 1947-ci ildə işıq üzü 

görən  ilk  nəşrdə  yazılan  səhv  tarixlər 

və ikirlər sonrakı müəllilər tərəindən 

də mexaniki olaraq bu günümüzə kimi 

təkrarlanmışdır... 

Rəssamın  obrazlar  qalereyasında 

“Şirniyyatçı 

Kərbəlayı 

Heydərin 

portreti” (1919) əsəri də özünəməxsus 

yer  tutur.  Uzun  müddət  şəxsi 

kolleksiyada saxlanan bu əsər  sonralar 

üzə  çıxarıldığından  və  muzey  üçün 

yalnız 1986-cı ildə alındığından, onun 

barəsində    geniş  ictimaiyyət  yalnız 

bundan  sonra  xəbər  tutumuşdur.  Onu 

hələ  Bakı  Dövlət  Universitetində  oxuyan  

zaman (1951-ci il) B.Kəngərli barəsində diplom 

işi yazan mərhum sənətşünas Nadir Zamanov 

ötən əsrin səksəninci illərində üzə çıxarmış və 

bu barədə “Qobustan” toplusunda məqalə çap 

etdirmişdi.  Sənətşünasın  verdiyi  məlumatda 

bildirilir ki, kiçik ölçülü (7x5,5 sm) bu portret 

şirniyyatçının ailəsində olub. Uzun müddət ailə 

albomunda saxlanılan portreti də N.Zamanova 

Kərbəlayı  Heydərin  91  yaşlı  həyat  yoldaşı 

Dilbər  Musayeva  təqdim  edib.    Ötən  günləri 

xatırlayan  D.  Musayeva  ərinin  portreti  çox 

bəyəndiyi  üçün  onu  rəssamdan  satın  aldığını 

bildirib.  Vaxtilə  portreti  şirniyyatçının  bizim 

dövrə gəlib çatmış fotosu ilə (foto 1917-ci ildə 

Yaltada  çəkilib)  tutuşduran  sənətşünas  onlar 

arasındakı  oxşarlığın  birmənalı  olduğunu 

da  öz  yazısında  qeyd  edib.  Məlum  olur  ki, 

vaxtilə  Naxçıvanın Oktyabr küçəsində (sovet 

dönəmində  belə  adlanırdı)  həm  rəssamın 

dükan-emalatxanası,  həm  də  Kərbəlayının 

dükanı  varmış.  Görünür  elə  yaxınlıq,  onların 

tez-tez  ünsiyyətdə  olmaları  bu  portretin 

yaranmasına səbəb olub... 

Portretin  ölçüsünün  kiçik  olmasına 

baxmayaraq  onun  bədii  həllində  rəssam 

obraza  xas  olan  səciyyəvi  xüsusiyyətləri  çox 

inandırıcı  bədii  tutumda  göstərməyə  nail 

olmuşdur.  Doğrudan da özündə dövrünün həm 



B.Kəngərli. “Şirniyyatçı Kərbəlayı Heydərin

portreti”. 1919.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə