113
Portretl r
də tarixi-etnoqraik ab-havasını yaşadan əsərdə
Bəhruz bəy bir daha kiçik ölçülü portret ustası
olduğunu təsdiqləmişdir. Onun göyümtül-
mavi fon-yerlikdə təqdim etdiyi şirniyyatçının
obrazı həm də portretin digər detallarının –
ayrıntılarının gerçəkçi-cəlbedici işlənilməsi
ilə diqqət çəkir. Onun iri papağı, ləbbadəsi,
həna qoyulmuş saqqalı və uzun bığları o
dövr adamlarına xas insani məziyyətləri əks
etdirdiyindən əsər xüsusi əhəmiyyət kəsb
edir...
Bəhruz bəy “Qoca kişinin portreti”
əsərində də eyni sənətkarlıq nümunəsi
sərgiləmişdir, desək, yanılmarıq. Əlavə
edək ki, 1920-ci illərdə ərsəyə gətirilmiş
bu portret də kiçik ölçülüdür. Belə ki,
sulu boya ilə çəkilmiş bu əsərin ölçüsü
6,8x3,8 sm-dir. Bununla belə gənc
rəssam qocanın yaşına müvaiq olan
psixoloji yükü kifayət qədər cəlbedici
və yaddaqalan tutumda göstərməyə nail
olmuşdur. Qoca kişinin işıqlı yerlik-
fondan qara papaq altından tamaşaçıya
zillənmiş baxışları və hənalı saqqalı, eləcə
də portretin yaddaqalanlığına yönəli digər
detalların real təqdimatı ilk növbədə
müəlliin yüksək sənətkarlığından xəbər
verir. Bəhruz bəy həm bu portretləri, həm
də digər janrlarda işlədiyi kiçik ölçülü
əsərləri ilə özünün bənzərsizliyini bir daha
təsdiqləmişdir. Odur ki, qətiyyətlə Bəhruz bəy
Kəngərlini Azərbaycan rəssamlığında kiçik
formatlı əsərlərin böyük və bənzərsiz ustası
saymaq olar.
Rəssamın portret yaradıcılığında uşaq
portretləri xüsusi yer tutur, desək, həqiqəti
söyləmiş olarıq. Onların ümumi sayı 30-a
çatır. Sulu boya ilə çəkilmiş bir əsər istisna
olmaqla, demək olar ki, qalanları zamanında
“Yatmış uşaq” təsviri kimi səciyyələndiriliblər.
Çox təəssüf ki, kitablarda həmin adı bəlli
olan portretin də yaranma tarixi düzgün
göstərilməmişdir. Muzeydə “Oğlan portreti”
kimi qeydə alınmış bu əsərin rəsmi sənəddə
1917-ci ildə çəkildiyi qeyd olunmuşdur. Həm
M.Nəcəfovun (1947), həm də K.Kərimovun
(1962) yazdığı kitabda bu tarix 1919-cu
il kimi göstərilmişdir. Əgər M.Nəcəfov
əsəri sadəcə “Uşaq portreti” adlandırıbsa,
K.Kərimov onu “Rəssamın qardaşının
portreti” kimi təqdim edib. Mətndən məlum
olur ki, əsərdə təsvir olunan rəssamın kiçik
qardaşı Rüstəmdir. Müəllif onun sonrakı
taleyindən də söz açaraq, onun Böyük Vətən
müharibəsində həlak olduğunu göstərir.
Lakin kitab üzərində işləyərkən Bəhruz bəyin
hazırda yaşamaqda olan qohum-əqrəbası ilə
görüşlərimiz yuxarıdakı məlumatın yalnış
olduğunu təsdiqlədi. Düzdür, həmin əsərdə
rəssamın ögey qardaşlarından biri təsvir
B.Kəngərli. “Tatar kişinin portreti”. 1920.
114
Portretl r
olunub. Amma bu Rüstəm yox, Davuddur.
Rüstəmin Böyük Vətən müharibəsi illərində
cəbhədə həlak olması barəsində K.Kərimovun
yazdıqları da həqiqətə uyğun deyil. Belə ki,
onun 1945-ci il dekabr ayının 25-də Belqorod
vilayətinin Valuysk şəhərindən göndərdiyi
məktuba qoyduğu fotoşəkilin arxasındakı
yazı onun müharibədən salamat çıxdığını
göstərir. Anasına və bacısı Tahirəyə xatirə
olaraq göndərdiyi fotoşəkilin arxasında o,
dostu (şəkildəki duyulan mehribançılığa
rəğmən demək olar ki, bu qadın ya
Rüstəmin istədiyi qadın və yaxud da
həyat yoldaşıdır) Mariya Naumenko
ilə təsvir olunduğunu qeyd edib. Bu
fotonun ən maraqlı cəhəti Rüstəmin öz
adını Boris Şirəliyev kimi yazmasıdır.
Vətəndən uzaqlarda bəy nəslindən
olan Rüstəmin özünü Boris Şirəliyev
kimi tanıtması təbii suallar doğursa da,
bütünlükdə başa düşüləndir. Bu “başa
düşülənliyin” məğzində ilk növbədə
otuzuncu illər repressiyası zamanı
Kəngərlilər nəslinin də təqiblərə məruz
qaldığı durur. Onların əksəriyyəti
ailəliklə həm müharibədən əvvəl, həm
də müharibə illərində keçmiş SSRİ-nin
müxtəlif yerlərinə sürgün olunmuş, bir
çoxları isə vəziyyətdən çıxış yolunu
xaricə köçməkdə tapmışdılar. Odur ki,
Rüstəmin “Boris Şirəliyev”ə dönməsi, Bəhruz
bəyin isə elə bolşeviklərin gəlişindən sonra bəy
nəsli nümayəndələrinə həsr etdiyi portretlərə
müxtəlif qeyri-müəyyən adlar verməsi də
buradan irəli gəlmişdir...
Bu yerdə əlavə edək ki, Bəhruz bəy
heç də Rüstəmi unutmayıb və zamanında
çəkdiyi uşaq portretləri qalereyasında onun
da əksi mövcuddur. Hazırda Azərbaycan Milli
İncəsənət Muzeyində qorunan “Yatmış uşaq”
(1921) əsərində bilavasitə Rüstəm təsvir
olunmuşdur. Qırmızı geyimli oğlan uşağının
Rüstəm olduğunu zamanında rəssamın
bacısı Mənsurə xanım (tanınmış fırça ustası
Xanlar Coratın (Məmmədov) anası) tez-
Rüstəmin anasına göndərdiyi foto və onun
arxasındakı yazı. 25.12.1945.
115
Portretl r
tez unudulmamaq üçün özündən cavan
qohumlarına söyləyərmiş.
“Rəssamın qardaşının portreti” əsərində
məhz Rüstəmin yox, Davudun təsvir
olunduğunu təsdiqləmək bir o qədər də çətin
olmadı. Belə ki, onun gənc yaşlarında çəkdirdiyi
bir foto bu günümüzə gəlib çatmışdır. Elə ilk
baxışda onların baş quruluşundakı oxşarlığı
duymaq olur. Başqa sözlə desək, qəhvəyi –
göyümtül köynəkli Davudun 1917-ci ildə
tarixiləşmiş portretindəki cizgilərlə sonralar
ağ-qara fotoda əbədiləşəcək əlamətlər arasında
oxşarlıq danılmazdır.
Rəssamın 1920-1921-ci illərdə
çəkdiyi uşaq portretindəki (“Yuxudan
oyanmış uşaq” və üç “Yatmış uşaq”
əsəri) qız isə bacısı Gültacdır. Bu qısa
tutuşdurmalara əsasən demək olar ki,
Bəhruz bəyin həqiqətən də Şirin xanımla
əmisi Qədir ağanın izdivacından iki
qardaşı dünyaya gəlib (üçüncü uşaq isə
Gültac olub). Davud onların böyüyü,
Rüstəm isə kiçiyi olub.
Bəhruz bəyin kiçik uşaqlara həsr
olunmuş əsərləri arasında 1919-cu ildə
çəkilmiş bir-neçə akvarel və karandaşla
işlənmiş qraik lövhə mövcuddur.
Zahirən onlarda təsvir olunan uşaq
müəyyən qədər Rüstəmə oxşasa da,
üzərindəki qeyddə burada qız uşağının təsvir
olunduğu göstərilib. Bakı muzeyində saxlanan
bu portretlərin üçü də “Yatmış uşaq” adlanır.
Onlardan birinin üzərində təsvir olunanın
yanvarın 23-də anadan olduğu, martın 14-də
vəfat etdiyi və 51 gün yaşadığı qeyd olunub.
Müəllif elə burada şəkilin 1919-cu ilin 1
oktyabrında çəkildiyini qeyd edib. O biri iki
B.Kəngərli. “Yatmış uşaq”
(rəssamın qardaşı Rüstəm). 1921.
Rüstəm Kəngərli.