Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə34/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   30   31   32   33   34   35   36   37   ...   132

 

124


Portretl r

B.Kəngərli. “Naturaçı” (fraqment). 1914.

B.Kəngərli. “Naturaçı” (fraqment). 1913.


125

   


        

Portretl r

vəfatından iki il əvvəl işləyib.  Sulu boya ilə 

çəkilən  əsərdə  bizə  baxan  28  yaşlı  Bəhruz 

bəy  yaşından  daha  böyük  görünür.  Rəssam 

sulu  boyanın  şəffalıq  imkanlarından  bütün 

gücü  ilə  istifadə  etməklə,  onun  hələ  də 

“təravətini”  saxladığını  vurğulamağa  çalışsa 

da, o, arxada qalan ömrünü duyulası və təzadlı 

yaşantılarla  baş-başa  qalmaqla  keçirməsinin 

izioloji  durumunda  izsiz  ötüşmədiyini 

gizlədə  bilməmişdir.  Palitrası  adətən  nikbin 

boyaların  imkanlarının  nümayişinə  tapınan 

Bəhruz  bəy  avtoportretində    fəhmən  bu 

rəng  coşğunluğundan    imtina  etmək 

məcburiyyətində qalıb, desək, yanılmarıq. 

Yerlik  –  fondan  başlayaraq  onun 

geyiminin və çöhrəsinin bədii tutumunda 

ənənəvi  gücünü  “itirmiş”  rənglərin 

tamam fərqli ovqat ifadə etməyə yönəlişi 

kifayət  qədər  duyulandır.  Çöhrəsindəki 

duyulası  düşündürücü  məsumluqda 

izioloji  tutumun  öləziməsinin  işartıları 

da rəssam təqdimatında duyulmaqdadır...

Bəhruz  bəy  Kəngərlinin  portret 

yaradıcılığı  həm  də  onun  bu  janra  aid 

əsərlərində  nümayiş  etdirdiyi  yüksək 

sənətkarlığı  vurğulamağa  imkan  verir. 

Onun tələbəlik dövründə ərsəyə gətirdiyi 

portretlərdə  müşahidə  etdiyimiz  “yaxı 

oyunları”,  çox  kiçik  bir  məsafədə  üz 

əzalarına  xas  səciyyəviliyi  real-gerçəkçi 

tutumda ifadəetmə bacarığı və təzadlı yaxılar 

ritminin bütövlüyünü əldə etməklə, obrazların 

cəlbediciliyinə  və  inandırıcılığına  nail 

olması  gənc  rəssamın  yaradıcı  potensialının 

nəhayətsizliyini sərgiləyir. 

Bəhruz  bəyin    portret  yaradıcılığı 

barəsində  ikirlərimizi  yekunlaşdırarkən 

demək  istəyirik  ki,  ömrünün  sonuna  kimi 

fırçasını əldən qoymayan rəssam müasirlərinin 

obrazlarını  tarixin  yaddaşına  köçürməkdən 

usanmayıb.  Onun  bədii  irsi  ilə  yaxından 

tanışlıq göstərir ki, rəssam özünün yaxınlarının 

təsvirlərindən  ibarət  olan  məşhur  uşaq 

rəsmlərini  bir-neçəsini  1922-ci  ilin  yanvar 

ayında  işləyib.  Onların  icrasında  nümayiş 

olunan sənətkarlığın yüksək səviyyəsi göstərir 

ki, ruhu təravətli olan rəssam hələ də yaşayıb-

yaratmaq  əzmindədir. Amma  hər  şey  birdən-

birə dəyişdi və Bəhruz bəyin başının üzərində 

“Domokl qılıncı” kimi asılı qalmış xəstəlik öz 

işini gördü. Bir ay sonra gənc rəssam həyatla 

vidalaşmalı oldu... 



B.Kəngərli. “Bektaşilər” . 1911.


 

126


Portretl r

B.Kəngərli. “Qırmızı yaylıqlı qız”. 1920.


127

   


        

"Qaçqınlar" silsil

e

si

B



əhruz bəyin portretləri barəsin-

də yuxarıda başladığımız tanış-

lığı sonda onun həm də ölçüyə-

gəlməz  tarixi  əhəmiyyətə  malik  “Qaçqınlar” 

silsiləsinə yönəltmək istəyirik. Elə bu səbəb-

dən də bu silsiləni ayrıca şərh etməyə ehtiyac 

duyduq.

Öncə  vurğulamaq  lazımdır  ki,  Bəhruz 



bəy  Kəngərli  irsinin  əvvəlki  tədqiqat-

çıları  rəssamın  yaradıcılığında  önəmli 

mərhələ  kimi  dəyərləndirilə  biləcək  bu 

portretlərin  ifşaedici  yükünü  duyulası 

dərəcədə  oxucuya çatdırmamışlar. Başqa  

sözlə  desək, Qərbi Azərbaycandan – Er-

mənistandan Naxçıvana pənah gətirən bu 

qaçqınların azərbaycanlı olmaları vurğu-

lanmamışdır. Tanınmış sənətşünaslardan 

birinin  bu  qaçqın  portretlərini  müəlliin 

daşnak və müsavatçıların əməllərinə eti-

razı kimi dəyərləndirməsi də bu gün onu 

oxuyanlarda  acı  gülüş  doğurur,  desək, 

yanılmarıq.  Yalnız rəssamın anadan ol-

masının  120  illiyi  ilə  əlaqədar  2012-ci 

ildə  işıq  üzü  görən  son  nəşrlərdə  xalqı-

mıza  yönəli  baş  verən  erməni  təcavüzü 

pislənilmişdir...

 

Xalqımızın  zəngin ənənələrə malik olan 



təsviri sənəti onun çoxəsrlik tarixi ilə bərabər 

təşəkkül  tapmasına  baxmayaraq  nədənsə 

müxtəlif  tarixi  hadisələrin  axarında    ölkənin 

həyatında  yaşananların  bədiiləşdirilməsində 

çox gecikmişdir. Etiraf edək ki, indiki müasir 

dövrdə  belə  çox  vaxt  sənətkarlarımız  öz 

dövrünün aynası olmaları kimi vətənpərvərliyə 

köklənmiş  yaradıcılıq  vəzifəsinin  icrasını 

unudurlar.  Yalnız  bu  gün  duyulası  zaman 

distansiyasından  bu  unutqanlığın  bütünlükdə 

şərəli 

keçmişimizin 



real 

bədii-tarixi  

mənzərəsinin  yaradılmasına  mane  olduğunu 

görə bilirik. 

Azərbaycan  rəssamlığı  yalnız  XX 

əsrin  əvvəllərində  Bəhruz  bəy  Kəngərlinin 

çəkdiyi  “Qaçqınlar”  adlı  silsilə  əsərləri  ilə 

erməni  təcavüzünün  silinməz  izlərini  özündə 

yaşadan  ifşaedici sənət nümunələri yaratmağa 

nail  oldu.  Ölkəmizin  sovetləşməsindən 

sonra  isə  İrəvanda  həmin  qanlı  münaqişənin 

şovinist  təşəbbüskarlarına  abidə  ucaldılsa  da 

(sonradan  həmin  abidəyə  hətta  SSRİ  Dövlət 

mükafatı  verildi),  Bakıda  azərbaycanlı  – 

sovet  rəssamlarına  həmin  “erməni-müsəlman 

müharibəsi”nə  bədii  münasibət  göstərməyə 

imkan verilmədi. Bütün bu dolayısı qadağalar 

həm  də  təsviri  sənətimizdə  xalqımızın  keçib 

gəldiyi  şərəli  keçmişi  sonrakı  nəsillər 

üçün  örnək  ola  biləcək  tarixi  tutumlu  bədii 

nümunələrdə əbədiləşdirməyə mane oldu. Bu 

səbədən də  XX əsrin sonlarında  yenidən baş 

qaldıran  tarixi  erməni  məkrini-təcavüzünü 

beynəlxalq  səviyyədə  ifşa  edə  biləcək  bədii-

tarixi  əsərlər-dəlillər  çıxarmaqda  çətinlik 

çəkdik.  Bu  gün  həmin  boşluğun  aradan 

qaldırılmasına  duyulası  ehtiyac  hiss  olunur, 

desək, həqiqəti söyləmiş olarıq...

Elə  sənətkarlar  var  ki,  sağlığında, 

elə  sənətkarlar  da  var  ki,  yaradıcılığı 

zamanın 

sınağından 

sonra 

ölməzlik 



qazanır,  yaratdıqlarının  bədii-tarixi  dəyəri 

yüksəlir.  Əsrlərin  qovşağında  yaşayıb-

yaratmış  görkəmli  fırça  ustası  Bəhruz  bəy 

“Qaçq¯nlar” silsil¬siİ



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə