Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə39/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   35   36   37   38   39   40   41   42   ...   132

 

144


M

e

nz



e

r

e



l

e

r



B.Kəngərli. “Mənzərə. Dağın görünüşü”. 1916.


145

   


        

M

e



nz

e

r



e

l

e



r

B

əhruz  bəy  Kəngərlinin  ya ra dı-



cılığı  janr  etibarilə  rəngarəng 

olsa  da,  bu  zənginlikdə  mən-

zə rənin say etibarilə çox olması kifayət qədər  

görünəndir. Yaxşı  haldır  ki,  bu  məsələdə  kə-

miyyət keyiyyəti üstələmir. Başqa sözlə desək, 

gənc rəssamın portret janrında nümayiş etdirdiyi  

yüksək  sənətkarlığı    mənzərələrində  də 

müşahidə  etmək  mümkündür.  Əgər  bu 

məsələyə  professionallıq  müstəvisindən 

baxmalı olsaq, onda demək lazımdır ki, 

Bəhruz bəy hər iki janrda klassik mənada 

realist-gerçəkçi  olsa  da,  gəncliyinə  və 

yaşadığı  məkanda  hər  hansı  rəqabətin 

yoxluğuna  baxmayaraq  ərsəyə  gətirdiyi 

əsərlərin  hər  birində  özünəməxsusluğu-

fərdi  yaradıcı  məziyyətlərini  sərgiləyə 

bilmişdir.  Gənc  Bəhruz  bəy  Kəngərli 

özünün  bu  janrlarda  XX  əsr  təsviri 

sənətimiz  üçün  yeni  və  başlanğıc 

sayıla biləcək fəaliyyətində təbii ki. tək 

deyildi.  Təəssüf  ki,  obyektiv-subyektiv 

səbəblərdən bu ilkinlərin sırası bir qayda 

olaraq  çox  məhdud  və  qeyri-dəqiq 

təqdim  olunub.  Belə  ki,  yalnız  Bəhruz 

bəyi az qala Azərbaycan rəssamlıq məkanında 

bütün janrların yaradıcısı kimi təqdim ediblər. 

Bu  cür  “elmi”  münasibəti  sovet  dönəmində 

bir qədər təbii saymaq, haradasa informasiya 

qıtlığı  ilə  əlaqələndirmək  də  olardı.  Amma 

bu  xoşagəlməz  ənənə  Azərbaycan  təsviri 

sənətinin ən qaranlıq səhifələri barəsində yeni 

məlumatlar  əldə  olunduqdan  sonra  da,  yəni, 

müstəqillik  dönəmində  də  davam  etdirilib. 

Təsviri  sənət  tariximizin  zamanında  gizli 

qalan  bir  çox  həqiqətləri  artıq  məlum  olsa 

belə,  bir  çox  kitab  və  kataloqlarda  mənzərə 

və  portret  janrının  yalnız  B.Kəngərlinin  adı 

ilə bağlanması sadəcə başa düşülən deyil. Bu 

mənada  daha  əhatəli  həcmə  malik  olan  və 

2013-cü  ildə  “Sərvət”  devizi  ilə Azərbaycan 

Milli  İncəsənət  Muzeyinin  təşkilatçılığı  ilə 

nəşr  olunan  kitabda  (mətnin  müəllii  Xədicə 

Əsədova) yer alan təhriləri xüsusi qeyd etmək 

istərdik:  “Bəhruz  Kəngərli  Azərbaycanda 

realist  dəzgah  boyakarlığının,  portret, 

M¬nz¬r¬l¬r

B.Kəngərli. “Türbə”. 1919.



 

146


M

e

nz



e

r

e



l

e

r



mənzərə,  natürmort,  süjetli-tematik  və  teatr-

dekorasiya janrlarının peşəkar bədii ifadəsinin 

əsasını  qoyub.  Heç  şübhəsiz,  XX  əsrdə  milli 

peşəkar rəngkarlıq sənətinin yaranması Bəhruz 

Kəngərlinin adı ilə bağlıdır”. 

Əlavə edək ki, bu yalnış ifadə müəlliin 

2012-ci  ildə  rəssamın  120  illik  yubileyi 

münasibətilə  işıq  üzü  görmüş    kataloqunda 

da  yer  almışdır.    Əgər  Bəhruz  bəydən  bir 

qədər  əvvəl  Tilisdə  elə  onun  təhsil  aldığı 

məktəbdə  Qeysər  Kaşiyeva-Seyidbəylinin 

(1907-1908),  Moskvada  isə  Bəhruz 

bəylə  eyni  vaxtda  naxçıvanlı  Əkbər 

Kazımbəyovun 

(məşhur 

“Qara 


kvadrat”ın 

müəllii 


K.Maleviçin 

tələbəsi olub)  peşəkar rəssamlıq təhsili 

aldığını (1911-1915) nəzərə alsaq, onda 

hansı  birincilikdən  söhbət  gedə  bilər. 

Heç şübhəsiz nə sonradan repressiyaya 

uğramış Q.Kaşiyeva-Seyidbəyli, nə də 

Naxçıvana  qayıtmayaraq  Türkiyədə 

fəaliyyət  göstərmiş  Ə.Kazımbəyov 

sənətdə  Bəhruz  bəyin  səviyyəsinə 

yüksələ bilmədilər.     

Təbii ki, buna gənc rəssam milli 

sənətimizi  zənginləşdirən  zəngin  və 

qiymətli bədii irsi ilə nail oldu. Bəhruz 

bəy  sənətinin  özünəməxsusluğu  onun 

yuxarıda  adları  vurğulanan  janrlara 

birinci  və  yaxud  ikinci-üçüncü 

müraciət  etməsində  yox,  onlara  davamlı 

olaraq  müraciətində  və  bu  sahələri  uğurla 

inkişaf  etdirə  bilməsində  əks  olunub,  desək, 

daha  düzgün  olardı.  Əgər  rəssamlığın  bütün 

mənalarda  inkişafı  üçün  Naxçıvanın  Paris 

olmadığını etiraf etməli olsaq, onda müxtəlif 

maddi-mənəvi  sıxıntıların  onu  heç  vaxt  tərk 

etmədiyi  Bəhruz  bəy  Kəngərlinin  rəssamlıq 

fəaliyyətini  özünə  və  xalqına  başucalığı 

gətirən  yaradıcılıq  qəhrəmanlığı  saymaq 

olar.  Məhz  bu  cür  səmərəli  –  səriştəli  və 

cəsarətli  fəaliyyət  həm  bu  janrların,  həm  də 

milli  rəssamlığımızın  təşəkkülündə  onun 

fərdi  və  fərqli  yer  tutmasını  şərtləndirmişdir.  

Qənaətimizcə,  vətənpərvərlikdə  tayı-bərabəri 

olmayan  Bəhruz  bəy  Kəngərlinin  adını  elə 

bu  məziyyətlərlə  Azərbaycan  təsviri  sənət 

tarixində  əbədiləşdirməyimiz  daha  elmi  və 

ədalətlidir.  Düşünürük  ki,  bu  vətənpərvər-

rəssamın  adını  əbədiyyətə  qovuşduran  bən-

zərsiz mənəvi qazancıdır.

Yeri  gəlmişkən,  duyulası  zaman  distan-

siyasından  azərbaycanlı  fırça  ustasının 

dünyaya gerçəkçi-realist baxışının nəticələrini, 

onun dövründə gerçəkləşən və bu vaxta qədər 

beynəlxalq miqyasda sərgilənmiş oxşar bədii-

yaradıcı  baxışlarla  müqayisə    etsək,  onda 

əminliklə  Bəhruz  bəyin  onların  arasında 

xüsusilə seçildiyini qeyd etmək istərdik. Əlavə 

edək  ki,  əgər  bu  qeyri  baxışlarda  süstlük 

və  durğunluq  nə  qədər  ənənəvi  və  duyulan 

bədii  məziyyətdirsə,  azərbaycanlı  rəssamın 

istər  qraik,  istərsə  də  rəngkarlıq  irsində 

cəlbedicilik  və  duyğulandırıcılıq  qabarıqdır 

və  bu  bədii  keyiyyət  onu  başqalarından 

fərqləndirməkdədir. Bütün bunlarınsa Bəhruz 

bəy  Kəngərlinin  bir  insan  və  yaradıcı  kimi 

B.Kəngərli. “Mənzərə”. 1916.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə