Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə47/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   43   44   45   46   47   48   49   50   ...   132

183

   


        

Süjetli kompozisiyalar

sehirli səsinə qulaq asır və ortada şövqlə rəqs 

edən  qadına  əl  çalırlar.  Məclisdə  anaları  ilə 

toya  gəlmiş  azyaşlı  oğlan  uşaqlarından  və 

musiqiçilərdən başqa digər kişilərin olmaması, 

əsərin  bilavasitə  qız  toyuna  həsr  olunduğunu 

bir daha sübut edir. Rəssam əsərdəki obrazların 

hər  birinin  üzündəki  xarakterik  cizgiləri  əks 

etdirən – sevinc, kədər, düşüncə və s. ifadələri 

ayrı-ayrılıqda böyük ustalıqla təsvir etmişdir. 

Rəssamın  bu  tablosu  XX  əsrin  əvvəllərində 

Naxçıvanda  fəaliyyət  göstərmiş  musiqi 

qrupları,  onların geyim tərzləri və ifa etdikləri 

alətləri  öyrənmək  baxımından  da 

qiymətli sənət əsəri sayılır.  Eyni zamanda 

“Naxçıvan toyu” təkcə bədii dəyərlərinə 

görə  deyil,  tabloda  təsvir  olunan  qadın, 

uşaq  və  kişi  iqurlarının  üzərlərindəki 

milli geyimləri, yerə döşənmiş xalça və 

kilimləri, taxçalardakı məişət əşyalarının 

və  digər  avadanlıqlarının  zənginliyi  ilə 

də,  tədqiqatçıların  diqqətini  cəlb  edən 

etnoqraik  əsər  kimi  xüsusi  əhəmiyyətə 

malikdir. 

Bəhruz  bəyin  bu  əsərini  digərlə-

rindən  fərqləndirən  əsas  cəhətlərdən 

biri  də,  burada  təsvir  olunan  insan 

iqurlarının digər əsərlərə nisbətən daha 

çox  və  dinamik  pozalarda  olmasıdır. 

Adətən  portret  ustası  kimi  tanınan 

rəssam, çəkdiyi əsərlərdə bir və ya iki passiv 

pozalarda, əsasən – oturmuş, durmuş, yatmış 

obrazlar təsvir etdiyi halda, “Naxçıvan toyu” 

əsərində iyirmi beş qadın, altı uşaq və üç kişi 

iqurunu bir araya gətirərək, həm də mürəkkəb 

kompozisiya yaratmaq istedadını sərgiləmişdir. 

Əsərin üzərində onun yaradılma tarixi yoxdur. 

Bununla  belə,  onun  bədii-estetik  tutumunun 

rəssamın  digər  janrda  yaradılmış  ən  yaxşı 

lövhələri ilə müqayisəsinə əsasən demək olar 

ki, əsər tələbəlik illərində işlənmişdir... 

Bəhruz bəy Kəngərli imzasının  zaman-

sızlığını  şərtləndirən  səbəblərdən  biri  onun 

yaradıcılığında  qaçqınlar  mövzusunun  geniş 

yer  almasıdır,  desək,  yanılmarıq.  Rəssamın 

portret  janrında  yaratdığı  əsərlərdən  söz 

açarkən onların bədii-estetik məziyyətlərindən 

söz açmışdıq. İndi isə onun süjetli “Qaçqınlar 

arabada” (1921) tablosunu şərh etmək istərdik. 

Sulu boya ilə çəkilmiş bu kompozisiya onun 

qaçqınlar  mövzusunda  ərsəyə  gətirdiyi  ən 

iriölçülü (20x25,5 sm) əsərdir. Yeri gəlmişkən 

deyək  ki,  başqa  janrlı  əsərlərlə  müqayisədə 

gənc rəssam qaçqınlar mövzusundakı işlərində 

kağıza  qızırqanmamışdır.  Belə  ki,  həmin 

portretlərin  ölçüləri  rəssamın  digər  insanlara 

həsr  olunmuş  portret  və  mənzərələrdən 

kifayət  qədər  böyükdür.  Bəhruz  bəyin 

qaçqınlara  ünvanlanmış  digər  əsərləri  kimi 

“Qaçqınlar  arabada”  lövhəsi  də  bilavasitə 

onun  müşahidələri  nəticəsində    çəkilmişdir. 

Günün  çox  hissəsini  açıq  havada  –  təbiətin 

qoynunda keçirən rəssam bu motivi şəhərdən  

kənarda  müşahidə  edə  bilərdi.  Doğrudan 

da  qaçqın  köçünü  daşıyan  arabanın  kəndə 

yönəli  hərəkətində  diqqəti  cəlb  edə  biləcək  

məqamlar  kifayət  qədərdir.  Günəşli  havada 



B.Kəngərli. “Kişi kitab ilə”. 1921.


 

184


Süjetli kompozisiyalar

B.Kəngərli. “Naxçıvan çaparı”. 1915-1920.


185

   


        

Süjetli kompozisiyalar



B.Kəngərli. “Elçilik”. 1910-1915.


 

186


Süjetli kompozisiyalar

yaşıllıqla əhatələnmiş işıqlı torpaq yolda taxta 

çarxlı arabanı arxasınca çəkən kəllərin ümumi 

silueti duyulası dərəcədə cəlbedicidir. Arabaya 

yüklənmiş  ev  avadanlıqlarının  şux  rəngi, 

kəllərin  diqqətçəkən  qara  rəngi  və  ifadəli 

silueti,  eləcə  də    heyvanları  nizamlamağa  

çalışan papaqlı kişinin  hərəkəti kifayət qədər 

duyğulandırıcı    bədii  tutum  daşıdığından 

kompozisiya  yaddaqalandır.  Əgər  ayrı-ayrı 

qaçqın  obrazlarına    münasibətdə  rəssamın 

gördüklərinə  acıması  nə  qədər  qabarıq 

duyulursa,  qaçqın  köçünü  təbiətlə 

vəhdətdə təqdim edən müəllif bu dəfə 

nikbin ruhlu, gələcəyə inamlıdır...   

Rəssamın  sulu  boya  ilə  işlədiyi 

“Qaçqınlar”  (1921)    lövhəsində  də 

qaçqınlıq həyatının yaşantılarının bədii 

təqdimatı    diqqətçəkəndir.  Ön  planda 

köhnə tikilinin fonunda iki qaçqın qızı 

görüntüyə  gətirən  rəssam,  bununla  da 

iravan  güzəranları  ilə  vidalaşmağa 

məcbur olan  soydaşlarımızın ağrılarını 

rənglərin  dili  ilə  göstərə  bilmişdir. 

Nigaran baxışlarını tamaşaçıya zilləyən 

qaçqın  qızların  didilmiş  geyimlərində 

yaşananların  izini  həkk  edən  Bəhruz 

bəy  bununla  da  əsərin  təsirli  tutum 

almasına nail olmuşdur...

1914-cü  ildə  Naxçıvanda  təşkil 

olunan  ilk  fərdi  sərgisində  həm  də 

dini  tutumlu  bir-neçə  əsərini  ictimaiyyətə 

təqdim  edən  gənc  rəssam  sonrakı  illərdə  bu 

mövzuda  kompozisiyalar  yaratmaqda  davam 

etmişdir.  Onun  məscidləri  və  dindarları  əks 

etdirən  əsərləri  də  dediklərimizi  təsdiqləyir. 

Onun  “Namaz”  lövhəsi  isə  bu  motivin 

Azərbaycan  təsviri  sənəti  üçün  yeni  olması 

ilə diqqət çəkir. Əsərdə ibadətlə məşğul olan 

dindar  təsvir  olunub.    Sübh  çağına  təsadüf 

edən  bu  namazın  yol  üstündə  olan  dindar 

tərəindən  icra  olunduğuna  tamaşaçısını 

inan dırır.  Çıxmaqda  olan  günəşin    səmaya 

yayılan  şəfəqlərinin  və  ürəkaçan  mənzərənin 

fonunda  görüntüyə  gətirilən  dindarın  təsviri  

bütünlükdə  kompozisiyanın  yaddaqalanlığını 

şərtləndirmişdir...

Rəssamın digər təkiqurlu kompozisiyası 

isə  əmək  mövzusundadır.  “Kəndli  oraq  ilə” 

(1921)  adlanan  bu  əsərdə  əmək  meydanana 

yollanan yaşlı kişi təsvir olunmuşdur. İşıqlı fon-

yerlikdə proil təsvir olunmuş isti rəngli geyimi 

ətrafdakı  yaşıllığın  soyuq  çalarları  ilə  təzad 

təşkil  etməklə,  obrazın  cəlbediciliyinin  əldə 

olunmasını,  bütünlükdə  isə    kompozisiyanın 

dinamikliyini şərtləndirmişdir...

Bəhruz bəyin sulu boya ilə çəkilmiş oxşar 

kompozisiyalı  “Oturmuş  iqur”  (A.Qazıyev 

etüddə)  (1921)  və  “Kişi  kitab  ilə”  (1921) 

lövhələrində  də  süjetli  tablonun  əlamətləri 

duyulmaqdadır.  Rəssam yaradıcılıq və mütaliə 

ilə  məşğul  olan  müasirlərinin  obrazlarına 

müraciət  etməklə,  yaşadığı  dövrün  mənəvi-

psixoloji  ab-havasının  müxtəliliyini    yurdun 

təbiəti ilə əlaqəli göstərməyə çalışmışdır. 

“Çoban  sürüsü  ilə”  (1921)  lövhəsində 

də  Bəhruz  bəy  təbiətlə  insanın  vəhdətini 

göstərməyə çalışmışdır. Sulu boya ilə çəkilmiş 

bu  kompozisiyada  gənc  rəssamın  dünyaya 

özünəməxsus  baxışını  səciyyələndirən  bədii-

estetik  xüsusiyyətlər  öz  əksini  tapmışdır. 

Ətəkləri dumana bürünmüş İlandağın əzəmətli 

görüntüsü qarşısında görüntüyə gətirilən çoban 

və onun qoyun sürüsü gənc Bəhruz bəyin bədii 

şərhində cəlbedici lirik ovqatlıdır...

Sonda  gənc  rəssamın  daha  bir  süjetli 

kompozisiyasının  adını  çəkmək  istərdik. 

“Dükanda” (1913) adlanan bu əsər karandaşla 

işlənib və hazırda Azərbaycan Milli İncəsənət 

Muzeyində saxlanır. Görünür onun rəngkarlıq 

nümunəsi  olmamasındandır  ki,  çox  vaxt 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə