159
M
e
nz
e
r
e
l
e
r
Bu yerdə deyək ki, belə müxtəlif bədii tutuma
malik mənzərələrin zamanında tamaşaçılar
tərəindən birmənalı qarşılanmadığını ehtimal
etmək də çətin deyil. Həmin dövrdə Naxçıvan
rəssamlarla dolu olan və müxtəlif cür bədii
cərəyanlara şahidlik etmiş Avropa şəhərlərinə
bənzəməsə də, Bəhruz bəy axtarışlarında
kimlərinsə xoşuna gəlmək prinsipindən uzaq
idi. Başqa sözlə desək, gənc olsa da, nə etdiyini
çox yaxşı bilirdi. Həmin əsərlərin zamanın
sərt sınağından çıxmaları da, bu gün yüksək
sənətkarlıq nümunəsi kimi qəbul olunmaları
da onun vaxtında nümayiş etdirdiyi
uzaqgörənliyinin nəticəsidir...
Zamanında Naxçıvan təbiətinin
real görkəmini bədiiləşdirməklə onun
əslində tarixi əhəmiyyətli salnaməsini
yaradan rəssamın yaradıcılığında Əcəmi
yurdunun “kişi gözəlliyi”ni əks etdirən
əsərlər də az deyildir. Diqqətçəkən
cəhət budur ki, gənc fırça ustası “kişi
gözəlliyi”ndə hifz olunan və arifanə
baxışla aşkarlanan estetik qaynaqları
lirik-poetik ovqata bələməklə, onların
duyğulandırıcı bədii-estetik məziyyət
daşıyıcısına çevrilməsini şərtləndirmişdir.
Onun “Dağ mənzərəsi” (1918), “Dağın
zirvəsi” (1918), “Mənzərə” (1919),
“Qovaq ağacı” (1919), “Ayın doğması”
(1920), “Payız mənzərəsi” (1921), “Əshabi-
kəhf dağı. Payız” (1921), “Ağaclar” (1921),
“Bağda” (1921) və s. əsərləri bu qəbildəndir.
Bəhruz bəyin yaradıcılığında yer almış
bir mənzərə isə özünün bədii-texniki ifadəsinə
görə digərlərindən fərqlənir. Bu “Dağda
monastr” (1916) əsəridir. Onun başqalarından
fərqləndirən xüsusiyyət sulu boya ilə
çəkilmiş mənzərədə applikasiyadan istifadə
olunmasıdır. Rəssam qarlı dağ zirvəsinin və
düzənliyin təsvirində ağ və sarımtıl kağız
parçalardan istifadə etmişdir. Qeyd edək ki,
bu əlavənin rəng tutumu kompozisiyanın digər
detallarının koloritinə müvaiq olması bədii
bütövlüyün əldə olunmasına kömək etmişdir...
Rəssamın mənzərə yaradıcılığında
təkcə Naxçıvan mənzərələri yer almayıb.
Belə ki, bizim günlərə onun Gürcüstanın
müxtəlif guşələrindən, Krımdan və Qara dəniz
sahillərindən aldığı təəssüratın yağlı və sulu
boya ilə ifadə olunduğu əsərləri gəlib çatmışdır.
Həmin əsərlərin yaranma tarixi 1916-1922-ci
illəri əhatə edir. Başqa sözlə desək, rəssamın
B.Kəngərli. “Dağın zirvəsi”. 1918.
160
M
e
nz
e
r
e
l
e
r
B.Kəngərlinin çoxşaxəli yaradıcılığında
onun ərsəyə gətirdiyi “Naxçıvan yadigarı”
albomu xüsusi yer tutur. Bəhruz bəy dəqiq
sayı bilinməyən bu albomları həm özünün
maddi ehtiyacını ödəmək, daha çoxsa
maarifçilik məqsədilə tərtib etmişdir. Bir
qayda olaraq albomda 20-yə qədər portret və
mənzərə təsviri yer alarmış. Kitabın bu qoşa
səhifəsində həmin albomun səhifələrindəki
rəsmləri (“Atabəy məqbərəsi”, “İmamzadə”,
“Atababa günbəzi”, “Köhnə qala”, “Nuhun
qəbri”, “Şəhər məscidi”, Əliabad kəndində
darvaza”, “Ədilağa gölü”, “İlandağ”, Ağrı
dağı, “Qızlar bulağı”, “Naxçıvanda şəlalə”,
“Əshabi-kəhf dağı”, Nəhəcir dağı” və
müxtəlif portretlər) görmək mümkündür.
162
M
e
nz
e
r
e
l
e
r
Tilisdə təhsili başa vurmasından sonrakı
dövrə... Rəssamlıq məktəbi tələbələrinin etüd
çəkmək məqsədilə yuxarıda adları qeyd olunan
yerlərdə olmaları istisna deyil. Ancaq Bəhruz
bəy həmin gözoxşayan təbiət guşələrinə
sonralar da gedə bilərdi. Onun Naxçıvanda
ikən əvvəllər çəkdiyi eskizlər əsasında həmin
dəniz mənzərələrini işləməsini də təbii qəbul
etmək olar. Onun “Dəniz mənzərəsi” (1916),
“Krımda dəniz sahili” (1916), “Dənizin
görünüşü” (1916), “Qara dəniz” (1918),
“Krımda Div dağı” (1919), “Dəniz
mənzərəsi” (1922) və s. lövhələri belə
sənət nümunələridir.
Bəhruz bəy Kəngərli yaranması
və tətbiqi kifayət qədər əhatəli tarixə
malik olan sulu boya texnikasına
özünəməxsusluq bəxş edə bilən az-az
sənətkarlardandır, desək, yanılmarıq.
Bunu ona ayrılan qısa ömür payında
yaratdığı müxtəlif janrlı əsərlərin bədii
həlli təsdiqləyir. Ölçüsündən asılı
olmayaraq onların hər birində müəlliin
tətbiq etdiyi bədii şərhlərdə obyektə
ümumiləşdirmədən
detallaşdırmaya
kimi uzanan tapınma istəyi duyulandır.
Təhsilsonrası illərdə bütün janrlarda
əsərlər yaratmaqda davam edən
rəssam, onları bir qayda olaraq kiçik
ölçülərdə ərsəyə gətirməkdə davam
edib. Görəsən Bəhruz bəy niyə bu qədər kiçik
formata meylli olub? Bu suala bu vaxta qədər
onun barəsində yazılan müxtəlif kitablarda
dəqiq cavab tapılmadığından bu məsələyə
də münasibət bildirməyə məcburuq. Əvvəlcə
bu barədə mövcud olan subyektiv ikirlərlə
tanış olaq. Rəssam haqqında çap olunmuş ilk
tədqiqatın müəllii M.Nəcəfov 1957-ci ildə
işıq üzü görmüş “Bəhruz Kəngərli” kitabında
yazır: ”Bəhruz, bir qayda olaraq, mənzərələrini
B.Kəngərli. “Gölün görünüşü”. 1917.
B.Kəngərli. “Mənzərə”. 1918.
B.Kəngərli. “Mənzərə. Ayın çıxması”. 1919.