163
M
e
nz
e
r
e
l
e
r
kiçik ölçüdə çəkirdi. İstər yağlı boya ilə,
istərsə də akvarel boyalarla çəkdiyi şəkillər,
ölçülərinin kiçikliyindən asılı olmayaraq, çox
zaman tamaşaçıda bitkin mənzərə əsərindən
alınan təsiri oyadır. Onun kiçik mənzərələri
qısa müddətdə çəkilən etüd xarakteri daşısa
da, hər şeydən əvvəl, müəyyən məqsəd güdür.
Onu təbiətdən aldığı ötəri təsir məşğul etmir,
o, həyatda rast gəldiyi ani dəyişikliklərə
laqeyd baxmır. Əksinə, təbiətin ən adi bir
vəziyyətindən doğan təsirdə belə, məna görür,
bu mənanı əhval-ruhiyyəsinə uyğun bir surətdə
ifadə edir”.
Beş il sonra isə K.Kərimov “Bəhruz
Kəngərli” (1962) kitabında bu məsələyə
öz münasibətini belə ifadə edir : “Bəhruz
bu mənzərələri adətən kiçik ölçülü kağız
və kətan parçalarında çəkirdi. Lakin
həmin əsərlərin əksəriyyəti, ölçülərinin
kiçikliyinə baxmayaraq, bədii və
texniki ifaçılıq cəhətdən tamamlanmış
mənzərə təsiri oyadır. Çünki bu kiçik
kompozisiyalarda rəssam təbiətdən aldığı
ötəri təəssüratını deyil, müəyyən bir yerin
bədii obrazını əks etdirməyə çalışırdı.
Buna görədir ki, Kəngərlinin əsərlərinə
mücərrəd bir mənzərə kimi baxmaq
olmaz. Onun hər bir əsəri müəyyən
konkret bir təbiət guşəsinin rəssam
tərəindən bədii surətdə ümumiləşdirilmiş
obrazı, portretidir”. Ancaq onun elə buradaca
dilə gətirdiyi “Lakin bunu həmin illərdə
rəssamlıq üçün yararlı materialın çatışmaması,
onu əldə etməyin çətinliyi ilə əlaqələndirmək
lazımdır. Kəngərlinin bir çox əsərlərini adi ağ
parçalar və kağızlarda, bəzilərini isə əvvəllərdə
çəkdiyi şəkillərin o biri üzündə işləməsi də
bunu sübut edir” sözləri müəlliin əvvəlki ikri
ilə duyulası təzad təşkil edir.
Qənaətimizcə, K.Kərimovun subyektiv-
B.Kəngərli. “Mənzərə”. 1920.
B.Kəngərli. “Mənzərə”. 1919.
B.Kəngərli. “Mənzərə”. 1917.
170
M
e
nz
e
r
e
l
e
r
liyi kimisə azca da olsa inandırmaqdan uzaq
olan bu qənaətini Bəhruz bəyin format seçimi
üçün obyektiv nəticə saymaq olmaz. Ən azı ona
görə ki, sənət tarixi özündə əsərin üzərindən
digər əsərin işlənməsi, məqsədli şəkildə
ikiüzlü tablolar yaratmaq istəyi kimi çoxsaylı
nümunələr yaşatmaqdadır. Bunlar bədii
prosesin elə bir məqamlarıdır ki, onu yalnız
yaradıcı adamlar başa düşmək iqtidarındadırlar.
Əgər kiçik ölçülü mənzərələrin bədii
tutumunu dəyərləndirməli olsaq, onda onların
əksəriyyətinin böyük ölçülü “Möminə
xatun türbəsi” (1919), “Naxçıvan. Sınıq
minarə ilə məscid” (1920), “Mənzərə”
(1920),
“Məqbərə”
(1920)
və
“Naxçıvan xarabalıqları” (1921) kimi
əsərlərlə müqayisədə etüd xarakteri
daşıdığını söyləməliyik. Qənaətimizcə,
rəssamın bilavasitə Naxçıvan tarixi və
memarlığı ilə bağlı olan bu əsərləri
üçün iri formatın seçilməsi də məqsədli
olub. Başqa sözlə desək, o, Əcəmi
təxəyyülünün nəticəsi olan memarlıq
incisinin, eləcə də digər tarixi və dini
abidələrin
zamanında
daşıdıqları
səciyyəvi görüntülərin gələcək nəsillərə
olduğu kimi ötürülməsi məqsədilə
iri formata və nisbi detallaşdırmaya
müraciət edib.
Bütünlükdə isə, Bəhruz bəyin
kiçikliyində qeyri-adiliyi duyulan və sulu
boya ilə ərsəyə gətirilən mənzərələrində
gənc rəssamın daha çox təbiəti öyrənmək
istəyi duyulur. Odur ki, bu kiçik lövhələrin
demək olar ki, hamısı azdetallıdırlar. Müxtəlif
ağacların və şəhəri əhatələyən dağların
təsvirindən ibarət olan çoxsaylı lövhələrdə
müəlliin diqqəti onların bilavasitə həmin
anda daşıdığı ümumi rəng-ovqat tutumunu
əks etdirməyə yönəldilmişdir və daha çox bu
səbəbdən əsərlər azdetallı və kiçikdirlər. Təsvir
obyektləri ilin və günün müxtəlif vaxtlarında
görüntüyə alındığından onların rəng həlli
fərqli və dəyişgəndir. Başqa sözlə desək,
əsərlərin hər biri ayrı-ayrılıqda çeşidli ovqat
daşıyıcılarıdır. Onlarda müəlliin təbiətdə
yaşanan anın-məqamın ömrünü uzatmaq
istedadı kifayət qədər duyulandır.
Bunu onun müxtəlif illərdə yaratdığı
B.Kəngərli. “Naxçıvanda sərdabə”.
1920.
B.Kəngərli. “Qarlı dağlar”.
1916.