Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə55/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   51   52   53   54   55   56   57   58   ...   132

215

   


        

R

ssam haqqında fikirl r



B

əhruz Kəngərlinin əsərlərində xətlər və cizgilər deyil, sərbəst və cəsarətlə birbaşa təsvir 

səthinə vurulmuş rənglərin ahəngi əsas həlledici rol oynayır. Sulu boya ilə çəkilməsinə 

baxmayaraq  onun  qraik  əsərləri  bədii-estetik  tutumuna  görə  yağlı  boya  ilə  işlənmiş 

boyakarlıq  əsərlərindən  geri  qalmır.  Bəhruz  Kəngərlinin  əsərlərinə  xas  olan  bu  xüsusiyyətlər 

Azərbaycan rəssamlığına yeniliklər bəxş edib. Formanın plastikliyi, xətti və hava perspektivi, fəza 

dərinliyi, işıq, kölgə və rəng keçidləri, incə rəng nüansları və s. realist boyakarlığın əsasını təşkil 

edən bu ifadə vasitələri də Azərbaycan incəsənətinə ilk dəfə Bəhruz Kəngərli tərəindən gətirilib.



ÜLVİYYƏ  HƏMZƏYEVA

Azərbaycan Respublikasının əməkdar rəssamı,  

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri

K

əngərli  hələ  gənc  yaşlarında  təbiəti  həssas  qəlblə  sevməyi,  onun  gözəlliklərini  dərindən 



duymağı bacarırdı. Doğma Naxçıvan təbiətindən vəcdə gələrək çəkdiyi “İlandağ”, “Meşə”, 

“Yaz sabahı”, “Qürub” adlı mənzərələrində o, vətənin böyük məhəbbətlə sevən sənətkar 

olduğunu göstərir. Mənzərələri kiçik ölçüdə çəkmək adətiydi, ancaq bu balaca şəkillər tamaşaçını 

sıxmır, əksinə, onda genişlik, hüdudsuzluq təsəvvürü yaradır. Bəhruz təkcə təbiətdən aldığı ötəri 

zövqə  uymur,  həm  də  həyatda  rast  gəldiyi  ani  dəyişikliklərə  diqqət  yetirir,  təbiətin  ən  adi  bir 

vəziyyətində belə, məna görür, bu mənanı ovqatına uyğun şəkildə ifadə eləyir.



İNTİQAM  MEHDİZADƏ

Jurnalist


 

216


R

ssam haqqında fikirl r

M

ənzərələrində  olduğu  kimi,  portret  əsərlərində  də  realizm  ənənələrinə  sadiq  qalan 



Bəhruz Kəngərli, bu janrı istər məzmun, istərsə də forma cəhətdən zənginləşdirməyə 

nail olmuşdur. Bu portretləri əsasən iki qrupa bölmək olar. Onlardan birini sulu boya ilə 

çəkilmiş müxtəlif yaşlı uşaqların və müasirlərinin, digərini isə erməni təcavüzü nəticəsində Qərbi 

Azərbaycandan Naxçıvana pənah gətirmiş qaçqınların portretləri təşkil edir. Dəyişgən xarakterləri, 

onların  səciyyəvi  üz  cizgilərini  inandırıcı  təsvir  edən  rəssamın  müşahidə  qabiliyyətinə  heyran 

qalmaya bilmirsən.

                                                        

   SAMİR  SADIQOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru



217

   


        

R

ssam haqqında fikirl r



Cümə məscidi. XII əsr.





221

   


        

Ölm


zlik

O

na  ayrılan  çox  qısa  ömür  payında  hər  kəsi  şaşırda 



biləcək  yaradıcılıq  məhsuldarlığı  sərgiləyən  və 

müxtəlif  janrlarda  yaratdığı  çoxsaylı  əsərləri  ilə 

sənətin ölməzlik zirvəsini fəth edən Bəhruz bəy Kəngərlinin (1892-

1922) adı vəfatından bu günə kimi Azərbaycan məkanında hər kəsin 

dilində hörmətlə çəkilməkdədir. Təbii ki, bu ölməzliyi ona sənətinin 

doğma Naxçıvan çərçivəsini aşması, elinə-obasına, onsuz da məşhur 

olan Kəngərlilər nəslinə qürurverici başucalığı gətirməsi bəxş etmişdir. 

Zaman-zaman  onun  adının  əbədiləşdirilməsi,  bədii  irsinin  təbliği 

istiqamətində görülən işlər də ona dövlətimizin, qədirbilən xalqımızın 

öz sənətkar oğluna ehtiramının ifadəsidir. Qeyd edək ki, Bu məsələlərin 

qaldırılmasında və həllində Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

çox səmərəli fəaliyyət göstərmişdir. 

Bu mənada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 

1971-ci ildən fəaliyyət göstərən sərgi salonuna 2000-ci ildə rəssamın 

adının verilməsi müstəqillik dövründə onun xatirəsinə göstərilən ən 

yaddaqalan hadisə olmuşdur, desək, yanılmarıq. 

Müstəqillik illərində “Bəhruz Kəngərlinin bədii irsi xalqımızın 

milli sərvətidir” deyən Azərbaycan xalqının ümummilli lideri Heydər 

Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəssamın xatirə muzeyi açılmışdır. 

Müstəqillik dövründə rəssamın məzarı abadlaşdırılmış və orada 1989-

cu  ildə  onun  abidəsi  (müəllii  xalq  rəssamı  Hüseynqulu  Əliyevdir) 

ucaldılmışdır. 

2001-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 

sədri cənab Vasif Talıbovun 22 may 2001-ci il sərəncamı ilə  Bəhruz 

Kəngərli muzeyinin yaradılması qərara alınmışdır. Bir il sonra – 18 

iyun 2002-ci il tarixdə isə həmin muzeyin təntənəli açılışı olmuşdur. 

Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyev  həmin 

mərasimdə  iştirak  etmişdir.  Həmin  mərasimi  Naxçıvan  MR  Ali 

Məclisinin sədri Vasif Talıbov açmışdır. 

Ölm¬zlik



 

222


Ölm

zlik


Bəhruz Kəngərli Muzeyinin açılışı

Bəhruz Kəngərli Muzeyi


223

   


        

Ölm


zlik

Möhtərəm Prezident!

Bu  gün Azərbaycan  mədəniyyətinin  ən  qədim  nümunələrini  özündə  əks  etdirən  Naxçıvan 

torpağında daha bir mədəniyyət obyektinin – Bəhruz Kəngərli muzeyinin açılışına toplaşmışıq. 

1970-ci ilə qədər Naxçıvanda iki muzey – tarix-diyarşünaslıq və ədəbiyyat muzeyləri fəaliyyət 

göstərirdi. Sizin Azərbaycana rəhbərliyinizin birinci və ikinci dövründə Naxçıvanda, rayonların 

hamısında  tarix-diyarşünaslıq  muzeyləri,  Cəmşid  Naxçıvanskinin  ev  muzeyi,  Hüseyn  Cavidin 

ev muzeyi, rəsm qalereyası, Məmməd Səid Ordubadinin ev muzeyi, Yusif Məmmədəliyevin ev 

muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Xalça muzeyi, Açıq səma altında muzey və Xatirə 

muzeyi yaradılmışdır. 

Heydər Əliyev: O qədər muzey adı saydın ki, deyirəm, Naxçıvanda bu qədər muzey olmaz, 

yəqin, Azərbaycandakılardır.



Vasif Talıbov: Bunlar Sizin dövrünüzdə Naxçıvanda açılan muzeylərdir. Bu gün isə Sizin, 

Azərbaycan  mədəniyyətinin  böyük  təəssübkeşi  və  hamisinin  xeyir-duası  ilə  görkəmli  rəssam 

Bəhruz Kəngərlinin muzeyi fəaliyyətə başlayır, qapılarını tamaşaçıların üzünə açır. 

Bəhruz Kəngərli XX əsr Azərbaycan boyakarlıq sənətinin görkəmli nümayəndələrindən biridir. 

Azərbaycan təsviri incəsənət tarixində realist portret və mənzərə yaradıcılığının əsasını qoymuş, 

rəssamlığa yeni ictimai məzmun gətirmiş, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir. 

Tilisdə xüsusi rəssamlıq təhsili alan Bəhruz Kəngərlinin yaradıcılığı rus boyakarlıq məktəbinin 

ənənələrini davam etdirən mühitdə formalaşsa da, o, tamamilə milli ruhda və üslubda yaratmış, 

milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. Xəlqilik və insanpərvərlik, realizm və 

Vətənə sonsuz məhəbbət Kəngərli yaradıcılığının əsasını təşkil edir. 

Rəssamın yaradıcılığından qırmızı xətlə keçən “Qaçqınlar” portretlər silsiləsi 1918-1920-ci 

illərin canlı salnaməsidir. Erməni zülmündən baş götürüb qaçan, didərgin ömrü yaşayan insanları, 

erməni daşnaklarının törətdikləri qırğınları, deportasiyanı Bəhruz Kəngərli realist sənətçi müşahidəsi 

və fırçası ilə əks etdirmiş, millətin üzləşdiyi faciəni gələcək nəsillərə çatdıra bilmişdir. 

Qısa  ömür  yaşayan  rəssam  “Nuhun  qəbri”,  “Atabəy  məqbərəsi”,  “İmamzadə”,  “Atababa 

günbəzi”,  “Ədilağa  gölü”,  “İlanlı  dağ”,  “Qızlar  bulağı”  kimi  əsərlərini  “Naxçıvan  yadigarları” 

adlandırdığı bir albomda toplamışdır. Bütün bunlar böyük vətəndaşlıq qeyrəti göstərən yaradıcı 

dühanın bizə əmanət qoyub getdiyi xəzinədir, yadigarlardır. O dövrdə müvaiq mədəniyyət ocağı 

olmadığından, rəssamın çox qısa müddətdə yaratdığı iki minə yaxın portret, mənzərə və digər rəsm 

əsərləri sonralar əldən-ələ düşərək itib-batmış, onların 500-ə yaxını dövrümüzə gəlib çatmışdır. Bu 

əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyində fondda saxlanılır. 

Naxç

van Muxtar Respublikasıı



Ali M¬clisinin S¬dri 

Vasif Talbovun çx¼ 


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə