Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə58/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   54   55   56   57   58   59   60   61   ...   132

 

230


Ölm

zlik


Deyə bilmərəm nə qədərdir, amma indi təkcə Naxçıvanda yox, ümumən Azərbaycanda da 

Bəhruz Kəngərlini yaxşı tanıyanlar o qədər də çox deyildir. Amma onun əsərləri həddindən artıq 

qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun 

yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm, xüsusən o ağır dövrün, 1918-1919-1920-ci 

illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını, az da olsa, öz əsərlərində əks 

etdiribdir.

Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar 

Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar. 

Həm  Bəhruz  Kəngərlini  Azərbaycan  xalqının  görkəmli  və  yüksək  mədəniyyətə  malik  olan 

nümayəndəsi kimi təbliğ etsinlər, həm də böyük rəssam kimi təbliğ etsinlər.

Mən  bu  muzeyin  yaradılması  haqqında  Naxçıvan  Muxtar  Respublikası  rəhbərliyinin 

təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Bu muzeyin yaranması təkcə Naxçıvandakı tədqiqatçılar 

üçün  yox,  bütün  Azərbaycan  tədqiqatçıları  üçün  böyük  imkanlar  yaradacaqdır.  Mən  onların 

hamısını dəvət edirəm ki, bu işlə məşğul olsunlar. Hesab edirəm ki, bu tövsiyələrim bir sənətşünas, 

tədqiqatçı kimi, bir alim kimi, onlar üçün çox faydalı olacaqdır. Onların gördükləri iş Azərbaycan 

mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir.

Bəli, bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin, 

mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, 

Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur. Yeri gəlmişkən, bu bina haqqında 

da bir neçə kəlmə demək istəyirəm. Çünki mən bu binada oxumuşam, təhsil almışam. Mən burada 

orta təhsil alandan sonra Bakıya gedib Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil 

olmuşam. Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç 

vaxt çıxmayacaqdır. Birinci sinifdən sona qədər heç vaxt yadımdan çıxmayacaqdır.

Ona  görə  də  müəllimlərin  hamısı  yadımdadır.  Hansı  binada,  hansı  sinifdə  oturmuşam, 

o  da  yadımdadır.  Hansı  partanın  arxasında  oturmuşam,  o  da  yadımdadır.  İndi  içəri  keçsək  sizə 

göstərərəm, biz hansı sinifdə dərs keçirdik – hamısı yadımdadır. Nə üçün? Çünki həyatımızın ağır 

dövründə – təkcə mənim həyatımda yox, bütün xalqımız ağır dövr yaşayırdı – çətin problemlər 

içərisində burada o qədər məhəbbətlə, o qədər sevgi ilə o qədər köklü təhsil aldım ki, sonra bütün 

başqa yüksək təhsil ocaqlarında oxumaq mənim üçün çətin olmadı. Əksinə, buradakı kimi, mən 

sonra da həmişə tələbələrin içində seçilən olmuşam.

Ona görə bu divarlar mənim üçün əzizdir. Bu bina mənim üçün əzizdir. Bunun balkonu var 

idi, bilmirəm indi durur, yoxsa yox. O tərəfdə də bir bina var idi, o da buna bitişik idi. O indi var, 

yoxsa yox?

Vasif Talıbov: Cənab Prezident, bəli, musiqi məktəbidir. Ancaq bundan bir az aralıdır.

Heydər Əliyev: O, buna bitişirdi. Çünki sinilərin bəziləri orada idi. Bunun həyəti var idi, belə 

geniş deyildi, kiçik idi. İndi genişləndirmisiniz. Həyətdə idman etmək üçün bəzi imkanlar vardı. 

Burada gözəl müəllimlər var idi.

Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm. Elə bil ki, dünən idi. 

Mənim yadımdadır, o, Azərbaycan dili dərsi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən 

bəzən soruşurlar, axı Siz təhsilinizin əsas hissəsini rus dilində almısınız, işlərinizin hamısı, demək 




231

   


        

Ölm


zlik

olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini 

bəzi azərbaycanlılar kimi unutmamısınız? Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar, o qədər 

bilməyiblər. Belələri, xüsusən Bakıda çoxdur. Burada belələri azdır. Burada hamısı Azərbaycan 

dilində yaxşı təhsil alır və Azərbaycan dilini yaxşı bilən adamlar çoxdur. Ona görə mən onlarla 

yarışa girmək istəmirəm. Bilirəm ki, onlar güclüdürlər. Amma o illər Lətif müəllimin, təkcə Lətif 

müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, şəxsən mənə verdiyi dərslər və 

tövsiyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir.

Mən  o  gün  Lətif  müəllimlə  görüşəndə  bilirdim  ki,  yaşı  çox  olsa  da,  səhhəti  pis  deyil. 

İndi  təsəvvür  edin,  o  günkü  mərasimdə  əvvəldən  axıra  qədər  iştirak  edirdi.  Demək,  sağlamlığı 

da  yaxşıdır. Yenə  deyirəm,  müəllimlər,  bir  yerdə  oxuduğumuz  məktəb  yoldaşlarım,  bu  binanın 

divarları, siniləri mənim üçün həmişə əziz olubdur. Mən buraya gələndə elə bilirdim ki, böyük bir 

saraya gəlirəm.

Vasif Talıbov burada Məmməd Cəfər Cəfərovun bir ifadəsini yada saldı ki, Bəhruz Kəngərli 

Puşkin küçəsində kiçik bir otaqda özünə sərgi düzəltmişdi və insanları çağırırdı ki, gəlin, baxın. 

Bu həqiqətdir. Çünki Məmməd Cəfər çox ədalətli, bilikli alim idi. Onun dediyi sözlərin hamısı, 

güman edirəm ki, həqiqətə uyğundur. Amma o Puşkin küçəsi haradadır? Puşkin küçəsi budur. Bu 

küçə axıra qədər, Şahab məhəlləsinə qədər Puşkin küçəsidir. Özü də deyə bilərəm ki, Puşkin küçəsi 

yuxarıdan Əlixan məhəlləsindən gəlib keçir və Şahab məhəlləsinin axırında qurtarır. Mən sonralar 

bəzən deyirdim ki, bu küçəyə Puşkinin adı nə vaxt verilibdir?

Puşkinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın mütəfəkkir adamları – 

onların adları yadımdan çıxıb, ona görə təkrar etmək istəmirəm, gərək ki, o vaxt Sidqi, başqa bir 

iki nəfər də olmuşdu – şairə öz münasibətlərini bildirmək üçün bu böyük küçəni Puşkin küçəsi 

adlandırmışdılar. Mən də burada doğulmuşam. Puşkin küçəsi ilə gedəndə, balaca bir döngə vardı, 

elə idi ki, iki adam bir-birinin yanından keçəndə toqquşurdu. Belə bir dar küçə idi, elə adı da Dar 

küçə idi. Oraya heç fayton, araba da girmirdi. Orada atamın balaca bir həyəti var idi, mən orada 

doğulmuşam. Allaha şükürlər olsun ki, o yer qaldı. Düzdür, bir az dağılmışdı və mən 1990-cı ildə 

burada olanda atamın yurdunu abadlaşdırdım. Mən buraya gələndə elə orada yaşayıram. Mən bunu 

sevirəm. Çünki orada doğulmuşam. Bizim həyətdə quyu var idi, o quyudan su içmişəm. Quyu suyu 

bir az duzlu idi, amma Puşkin küçəsindən yuxarıdan yaxşı su axırdı, anam, böyük bacım vedrə ilə 

oradan su gətirirdilər.

Sonra  o  vaxt  Naxçıvanda  suyu  süzən  daşlar  var  idi.  İndi  mən  görürəm,  çoxları  bilmir  bu 

nədir. O vaxtlar qəribə idi. Daşı yonurdular, yonurdular, ona vedrə ilə su tökürdülər. Altına isə yenə 

vedrə qoyurdular. Su damcı-damcı vedrəyə süzülürdü. Ondan ancaq çay üçün, yemək üçün istifadə 

olunurdu. Mən bunların hamısını yaşamışam. İndi görürəm ki, burada bunları beş-altı adam bilir. 

Başlarını tərpədib mənim dediyim sözləri təsdiq edirlər. Amma qalanları bilmirlər. Mən gələndə 

bunlardan  soruşdum  ki,  daşdan  su  necə  süzüldüyünü  bilirsiniz?  Onlar  dedilər,  biz  belə  şeylər 

bilmirik. Harada görüblər?

Bəli, həmin bu Puşkin küçəsi də mənim üçün əzizdir. Çünki bu küçədən gedirdik, gəlirdik, 

gəncliyim belə keçirdi. İndi buraya gəlmişəm, həm məktəbimi görürəm, həm yaşadığımız yeri, 

həm də Puşkin küçəsini görürəm. Bunlar tarixin nişanələridir. Amma mənim üçün ən əziz odur ki, 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə