194
Son söz v zi...
Belə bir durumda onun təkliyini ona
unutduracaq rəsm çəkmək qabiliyyətinin
aşkarlanması da onu sınağa çəkməkdən
“usanmayan” Yaradanın yalnız özünə
bəlli olan bir lütfü idi... Əslində bu Tanrı
lütfünün mahiyyətində də Bəhruz bəyi
növbəti dəfə sınağa çəkmək niyyəti
vardı və bunun nəticəsi onsuz da təzadlı
yaşantılar burulğanında çırpınan gənci
ya birdəfəlik sındırmalı, yaxud da ona
verilən yaratmaq gücünün sayəsində
ölümsüzlüyə
yüksəlməliydi...
Bəhruz bu sınaqdan da üzüağ çıxdı.
Yəqin ki, Allah-təala bir müsəlman
balasının yeniyetmə yaşlarında
xristianların arasında nümayiş
etdirdiyi çalışqanlığı və fədakarlığı
əvəzsiz qoya bilməzdi və qoymadı
da... Beləcə, ruhunda yaşayıb-
yaratmaq istəyi coşub-daşan Bəhruz
bəy doğma Naxçıvana qayıtdı
və “alın yazı”sında hifz olunan
missiyasının icrasına başladı...
Onun çox qısa zaman kəsiyində
nələr etdiyi barədə yuxarıda söz
açmışıq. Etiraf edək ki, onun ərsəyə
gətirdiyi sənət möcüzələri bir
ömür üçün həddindən çox görünür.
Odur ki, çox vaxt onun yaradıcılığından
söz düşündə heç kəs bizim dövrə gəlib
çatan əsərlərin çox qısa bir müddətdə
yaradıldığına çətinliklə inanır. Əgər bu
məsələdə kəmiyyət keyiyyəti üstələsəydi,
bəlkə də bu barədə danışmağa dəyməzdi.
Amma iş burasındadır ki, hər şey
tərsinədir və say çoxluğunun əsərlərin
bədii tutumuna heç bir məni təsiri yoxdur.
Adama elə gəlir ki, bədii kamilliyin qeyri-
adiliyi duyulan bu əsərlər illərlə təcrübəsi
olan sənətkarın fırçasının məhsuludur.
Amma bildiyimiz kimi bu belə deyildi və
bu əfsunlayıcı və heyrət doğurucu sənət
möcüzəsini azərbaycanlı sənətkar 15-22
yaş arasında yaratmışdı... Bəlkə də bir
soyuq fevral günü dünya ilə vidalaşanda
Bəhruz bəy qoyub getdiklərindən narahat
deyildi. Yaratdıqlarının bu gün hər
birimizə qürurverici qəbul olunması da
bunu təsdiqləyir. Həmin günü onu son
mənzilə salmağa gələn insan axınının
nəhayətsizliyi isə sübut edirdi ki,
Naxçıvan kimi və nəyi itirdiyini çox yaxşı
başa düşür...
P.S. Bəhruz bəy Kəngərlinin
başqalarına örnək ola biləcək həyat
hekayəti doğrudan da çox təsirlidir.
Zamanında həyat və yaradıcılığı ilə
Naxçıvan mühitini duyulası dərəcədə
rövnəqləndirən
və
rəssamlığımızın
Bəhruz bəy zirvəsini yaratmağa nail
olmuş gənc yaradıcının yoxluğu, onu
görənlərin və onunla ünsiyyətdə olanların
onların varlığı dövründə acılı-şirinli
xatirələri yaşatsa da, zamanın axarında
həmin insanların dünyalarını dəyişməsi
ilə xatırlana biləcəklərin üzərinə tədricən
unutqanlıq külü səpildi. İş o yerə çatdı
ki, sovet dönəmində onun şəhərin cənub-
şərqindəki köhnə şəhər qəbristanlığındakı
məzarı belə it-bata düşdü.
Məzarın taleyi əlaqədar qurumların
yadına düşəndə onların köməyinə
rəssamın qohumu Sabir Kəngərlinin o
vaxtlar iti olan, hələ də kortalmayan
195
Son söz v zi...
“yaddaşı” çatdı. Atası ilə hər cümə
axşamı 30 illik ömrünü rənglərdə “əridən”
qohumlarının məzarını ziyarət edən Sabir
kişinin köməkliyi ilə rəssamın əbədi
uyuduğu məkan dəqiqləşdirildi. Yerli
hökumət orqanlarının səyi ilə 1997-ci
ildə görkəmli fırça ustasının məzarı bərpa
olundu, onun üzərində abidəsi ucaldıldı
(müəllii xalq rəssamı Hüseynqulu Əliyev)
və bu yer sənətsevərlərin ziyarətgahına
çevrildi. Zamanında bütün çətinliklərə və
mərhumiyyətlərə baxmayaraq yaradıcılıq
hünəri göstərməklə sözünü deməyə nail
olan və əbədiyyətə qovuşan rəssamın
həmin andan hər bir azərbaycanlının
dilinin əzbəri olması, heç şübhəsiz onun
vətəninə olan sonsuz sevgisinə layiqli
cavabdır.
Ondan sonra – indiki bu cür
şəraitdə bu günümüzün Kəngərlisinin
yetişməməsi də gənc sənət fədaisinin –
vətənpərvər-rəssamın zamanında gördüyü
ölçüyəgəlməz tarixi işin dəyərini birə beş
qat artırır. Qənaətimizcə, istənilən tərif
və təqdir Bəhruz bəyin – Azərbaycan
təsviri sənətini dünyaca şöhrətləndirən
Kəngərli nəsli nümayəndəsinin halal
haqqıdır. Odur ki, biz bildik-bilmədik,
bundan sonra Naxçıvan torpağına ilk
dəfə üz tutan insanlar mütləq cəmisi 30
il yaşamaqla sənət möcüzələri yaratmış
Bəhruz bəy Kəngərlini soraqlayacaqlar.
Bunu Bəhruz bəy Kəngərlinin başqalarına
örnək ola biləcək çox təsirli həyat hekayəti
şərtləndirir...
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu
K ng rlil r
Kəngərlilər
199
Portret cizgil
ri
B
əhruz bəy Kəngərli barəsində
danışarkən məşhur “Hər bir
sənətkar öz dövrünün aynası
olmalıdır” deyimini dilə gətirməyimiz yəqin
ki, təbii görünür. Belə ki, onun bütün həyatı və
yaradıcılığı bu çoxqatlı və çoxmənalı deyimi
təsdiqləyən və əyaniləşdirən bir mənəvi-
psixoloji qaynaqdır. Doğrudan da onun
rəssamlığın yaşantı ifadə edə biləcək
bədii-texniki vasitələrinə bələdçiliyindən
sonra yaratdığı avtoportretlər, yaşadığı
şəhərin və əhatələndiyi – ünsiyyətdə
olduğu insanların özlərini özlərindən
gizlədə bilməyəcək görüntülərinə və
çöhrələrinə tutduğu “bədii güzgü”lər
qeyri-adi dərəcədə sərtliyi və amansızlığı
ilə seçilir.
Görəsən Allah-təalanın cəmisi 30 il
keşməkeşli ömür payı verdiyi bəndəsinə
bu cür həyat yolu bəxş etməsində niyyəti
nəydi? Qismətinə doyunca doğma ana
nəvazişi görmək yazılmayan və ruhunda
yaradıcılıqla məşğul olmaq missiyasını
gəzdirən gənci başqalarını nəvazişə
səsləməklə sınamaq Tanrının hansı istəyindən
irəli gəlmişdi? Səsə həsrətinin yerini təbiətə
və rənglərə məhəbbəti ilə dolduran rəssamın
sınaqlar burulğanından xilas ola bilməməsi axı
onun hansı suçunun nəticəsiydi? Bu sualları
çoxaltmaq da olardı. Bəlkə də buna ehtiyac
yoxdur. Çünki indiki məqamda məqsədimiz bir
qədər başqadır. İstəyimiz təsviri sənətimizin
“səməndər quşu”nun portretini yaratmaqdır.
Bu məsələdə yardımçımız rəssamın çəkdiyi
avtoportretlər və onun Bəhruzsevərlər
tərəindən sözlə “çəkilmiş” portretləri olacaq.
Gəlin rəssamın sözlə təsvirin vəhdətindən
yaranan və təzadlarla dolu portret cizgiləri ilə
birlikdə tanış olaq...
Tanınmış jurnalist İntiqam Mehdizadənin
eşitdiklərinin və təxəyyülünün nəticəsi
olan kövrək sətirlər bizi sonralar böyük
rəssam olacaq Bəhruz bəyin uşaqlıq illərinə
qaytarır: “Təbiətin səslərinə vurulmuşdu, bir
də rənglərinə. Sonra səslər ondan getdikcə
uzaqlaşdı; elə bil kimsə onları günü-gündən
alır, azaldırdı... Günlərin bir günü çox
sevdiyi qədim şəhərin səsli-küylü bazarlarını,
məhəllələrini bəs deyincə dolandı. Ürəyinə
danmışdı ki, nə isə olacaq. Bütün səsləri sanki
qulağına yığmağa tələsirdi. Həmin axşam
xoş bir yuxuya getdi. Qulaqlarında bir əlçim
Araz zümzüməsi, bir az göy gurultusu, bir
şəlalə harayı. Səhər yuxudan gec oyandı. Atası
Şirəlibəy məəttəl qaldı. Oğlu hər gün obaşdan
durar, soyuqdan əsə-əsə günün doğmasını,
üfüqün əlvan rənglərə boyanmasına baxar,
rəsm çəkərdi. Bəs bu səhər nə olub?
Ata oğlunun otağına keçdi. O, şirin-şirin
yatırdı. Bir səslədi, iki səslədi, oyanmadı.
Çiyninə toxunan kimi gözlərini açdı. Yerinin
içində oturub maddım-maddım atasına
baxmağa başladı. Ona elə gəldi ki, səssiz yuxu
görür. Ancaq bu, yuxu deyildi. O səhər Bəhruz
“eşitmirəm, ata” deyib hönkürdü. Sonra ona elə
gəldi ki, təkcə rənglərlə dünyanın nəğməsini
eşidir...”
Gələcəkdə xalqının fəxrinə çevriləcək
rəssamın uşaqlıq illərinin ən ağrılı məqamını
bədii şəkildə şərh edən İntiqam Mehdizadə
Portret cizgil¬ri
Dostları ilə paylaş: |