Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə83/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   79   80   81   82   83   84   85   86   ...   132

351

   


        

İthaflar


almağa çalışdı. Uzaqdan Didubi kilsəsi görünürdü, kilsəyə xeyli qalmış qarşılarına Müctəhid bağı 

çıxdı. Bu bağ Tilisin ən gözəl və ən qədim bağlarından biri idi.

– Bağa gedək?!

– Gedək, bərk yorulmuşam.  Bir az dincimi almaq istəyirəm. 

Bağın kərpicdən hörülən naxışlı, alçaq hasarının böyrü ilə gedib başdan-başa sarmaşıqlara 

bürünmüş qoşa qapıdan keçib bağa girdilər. Bağ, nə bağ, nə payız, nə də qışın nəfəsi sanki ona 

toxunmamışdı, yamyaşıldı. Sükut içində uzanan boş, kimsəsiz xiyabanlar yaşıllıq içində itmişdi. 

Bağ onlara isti gəldi, bayaqkı soyuq sanki yoxa çıxmışdı. Mariya da daha acıqlı deyildi. Bir tərəi 

sınmış skamyada əyləşib etüd çamadanını yanına qoydu. 

– Nə gözəl bağdır– dilləndi – cənnətdir elə bil. İstəyirəm, Bəhruz, məni çəkəsən!

–  Mariya!  –  deyə  səslənəndə  onun  çevrilməsi  və  təbiət  bağında  çəkilmiş  rəsmini  görüb 

diksinməsi bir oldu. Bəhruz heyrətlənən Mariyanın üzündə maraq işığı gördü.

– Heç inana bilmirəm, Bəhruz. Yəni sən çəkmisən?! Nə vaxt, harda?! 

– Təbiət bağında.

– Bəs niyə mənə göstərməmisən?!

– Bilmirəm.

– Mənə verərsən, həmişəlik xatirə kimi qalsın...

– Yox. 


– Niyə?!

– Çünki... çünki – Bəhruz kəkələyib susdu, gözlərini uşaq kimi yerə dikdi. Sükutu Mariya 

pozdu: 

– Üşüdüm, gedək daha – ayağa qalxdı – qoy şəkli alboma. İncimirəm, görünür şəklim özümdən 



qiymətlidir. 

Axşam düşürdü . Bu dəfə Mariya qoluna girib ona sıxındı. Hava sərtləşmişdi, elə bil qışın 

qapı ağzında olduğunu xəbər verirdi. Bəhruz mənalı-mənalı Mariyaya baxdı:

– Fayton tutum?! 

– Nə ağıllı oğlansan! 

– Faytonda Mariya yenə də ona sığındı və qulağına pıçıldadı:

– Mən səni çox istəyirəm, Bəhruz! – üzünü onun kürəyində gizlətdi. Bəhruz üçün bu o qədər 

də gözlənilməz deyildi, sakit dayansa da, hardasa, dərinlikdə yüngül bir təkan duydu, bu təkan 

da ötüb keçdi. Fayton dayananda, Bəhruz birinci düşüb Mariyanın əlindən tutdu və onun aşağı 

enməsinə kömək etdi. Mariya dərhal qapını açdı, işığı yandırdı. Bəhruz otağa girib bir küncdə 

dayandı.

– Niyə orda durmusan?

Bəhruz getmək istəyirdi, amma bunu deməyə dili gəlmədi. Yeməkdən, azacıq şərabdan sonra 

bu istəyi heç yada düşmədi, Mariya açılmış çarpayısında əyləşıb əllərini Bəhruza sarı uzadanda, 

dərhal ona yaxınlaşıb ağ, çılpaq qollarından tutdu.

– Bəhruz, əzizim! – deyə başını qaldıran Mariya pıçıldadı – Şəklimi niyə çəkmisən, düzünü 

de, gizlətmə məndən, bir damcı da olsa, məni sevirsənmi? Bəhruz, niyə dinmirsən?

Bəhruz əyildi, üzünü Mariyanın üzünə yaxınlaşdırıb dodaqlarını pıçıldayan dodaqlarına to-

xun durdu. Bu, bir an çəkdi, Mariya xalatını çıxarıb, çarpayının başına atdı, yorğanın altına girə-girə:



 

352


İthaflar

– Gəl, yanımda uzan – dedi. Bəhruz Mariyanın ağappaq, gecə köynəyindən pırtdayıb çıxan 

iri döşlərini görəndə, titrədi. Ömründə ilk dəfə idi ki, qadınla belə yaxınlıq edirdi. Ona görə də 

paltarını soyunub yatağa girəndə də özünü ələ almağa çalışdısa da bacarmadı. Mariya azca dikəlib 

ona baxdı. Bəhruz əlini Mariyanın kürəyində gəzdirdi, necə oldusa, gecə köynəyi dartıldı, qadının 

çılpaq bədəni titrədi. Mariya ona sıxıldı.Otaq qaranlıq idi. Bayaqdan bəri nə baş vermişdisə, hamısı 

ona möcüzə kimi gəlirdi. Bu möcüzənin sehri onun ürəyində qalmışdı.

                                                               



4

Bir neçə gün sonra Bəhruzun gözləmədiyi bir hadisə baş verdi. Tənəffüs vaxtı kimsə onu 

çağırtdırdı. Bəhruz mərmər pillələri düşüb aşağı mərtəbədə, qapının yaxınlığında üç qızın dayandığını 

görəndə özünü itirdi. Dərhal da varlığını dərin maraq bürüdü. Ortada dayanan qız o birilərindən 

həm  gözəl  idi,  həm  də  yaxşı  geyinmişdi.  Başına  qoyduğu  qəhvəyi  rəngli  dəyirmi  şlyapa,  uzun 

paltarı, paltarın üstündən geydiyi bahalı arxalığı ilə uyuşmasa da qızın gözəlliyi, qəşəng ağ üzü hər 

şeyi unutdururdu. Bəhruz onlara yaxınlaşıb, şlyapalı qəşəng qızın önündə dayanıb, şaşırmış halda 

salam verdi. Qız gülümsündü, bütün sifəti işıq içində yandı: gözləri də, yanaqları da, dodaqları da! 

Üzünün qəşəngliyi, zəriliyi, təravəti ilə birlikdə bu işıq ona xüsusi məlahət və cazibədarlıq gətirdi. 

– Salam, Bəhruz!– dedi– Deyəsən məni tanımadınız?!

-Yox!

– Cəfərqulu xanın qızıyam. Yadınızdadır, sərginizə baxmağa gəlmişdim, atamla...



– Bəli, yadıma düşdü. Dəyişmisiniz. 

– Yox, Bəhruz, dəyişməmişəm. Başqa paltar geyinmişəm. Elə həmin gördüyünüz qızam. 

– Tilisə nə əcəb gəlmisiniz?!

– Burda təhsil alıram. Qızlar gimnaziyasında. Siz necəsiniz?

– Pis  deyiləm, sağ olun!

– Bəlkə bir şeyə ehtiyacınız var, atamdan yanınıza gəlmək üçün icazə almışam, o da sizinlə 

maraqlanır, düzünü deyin, atam bir-iki gün hələ şəhərdədir, kömək lazım olsa...

– Yox, razıyam, sağ olun, minnətdaram. 

Bu zaman Mişa Çiaureli Bəhruzun böyründə dayanıb, qızları heyranlıqla süzə-süzə:

– Tanış elə bizi, Bəhruz! – dedi. Gözləmədən dərhal məzə ilə əlini uzatdı -Artist, rəssam 

Mixail Çiaureli... 

Şlyapalı qız yenı işıq dolu təbəssümlə onun əlini sıxa-sıxa astaca:

– Narınc! – dedi və əlavə etdi – Mən sizi tanıyıram. Yayda Orta Çalada görmüşəm. Gürcü 

artistlərinin konsertində. Gözəl çıxış etdiniz.

– Eşitdin, Bəhruz, eşitdin! – Mişa Çiaureli fərəhləndi.– Məni sizin Azərbaycan da tanıyır.

Daha dayanmadı, yuxarıya – ikinci mərtəbəyə qalxdı. Bəhruz bildi ki, Mişa tələbə dostlarına 

hər şeyi məzə ilə, ikiqat uydurma ilə çatdıracaqdır. Narınca baxıb, onun qəşəng üzünü, yenə işıqlı 

təbəssümlə dolu olduğunu görüb dedi:

– Sizin şəklinizi çəkmək istəyərdim.

– Bu mənim üçün böyük şərəfdir, Bəhruz! Sizin rəsminiz onsuz da Naxçıvanda, bizim evdə 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə