342
İthaflar
yatan, başlarını dik tutub ətrafa baxan dəvələrin cərgəsində dayanmış uzun əbalı bir adam var
səsilə car çəkirdi. Bəhruz əlində kuzə, bağlama tutmuş çadralı qadınların, qara papaqlı, saqqallı,
əbalı kişilərin yanından keçib, qaynayan bazarın taybatay açılmış qapısına doğru getdi. Qapının sol
tərəində yükləri boşalmış bir neçə araba, onların böyründəcə aralığa alınmış on-on beş qoyun vardı.
Burda qızğın alver gedirdi. Böyük, geniş bazar meydanının hər tərəindəki müxtəlif dükanların
qarşısı adamlarla dolur, boşalırdı. Dükanlarla bazar qapısı arasındakı boş yerdə böyük bir dəstə
dövrələmə nəyəsə tamaşa edirdi. Ondan azca aralıda isə xoruz döyüşdürənlərin səs – küyü aləmi
götürmüşdü.
Bəhruz qapıdan keçib bazarın gur yerinə girib gəzdikdən, albomuna bir neçə qaralama etdikdən
sonra geri qayıtdı. Dərhal dipdiri bir qoyunu çiyninə alıb aparan bir qara papaqlı kişini çəkdi. Bazar
meydanının aşağı tərəinə doğru addımladı və kərpic hasarın böyründə dayanıb, sinəsində saz
oxuyan dərvişi gördü. Dərvişin səsi də, nəğməsi də Bəhruza tanış gəldiyindən marağlanıb irəlidə
dövrələmə dayanmış adamların cərgəsinə yaxınlaşdı. Naxçıvanda, əvvəl Əlixan məhəlləsində,
sonra bazar məscidinin qarşısında gördüyü dərviş idi. Bəlkə səhv edir?! Yox, işıqlı göy gözləri elə
onunkudur ki, var. Açıq hava rəngli əbası da eyni ilə həminkidir. Bəhruz irəli çıxıb, bir az qabaqda
dayandı. Cərgələr arasında uşaqlar daha çox gözə dəyirdi. Dərviş isə hamını mehribanlıqla süzə-
süzə sazı bağrına basıb həvəslə oxuyurdu. Birdən nəğmənin ritmini dəyişdi. Dərviş onların ruhuna
uyğun gələn məzəli bir nəğməni, məzəli bir hərəkətlərlə oxudu. Bəhruza Əlixan məhəlləsindən
tanış olan bir nəğməni ikinci dəfə eşitmək xoş oldu. Nəğmə başa çatan kimi əl çaldılar, xüsusilə
də uşaqlar. Dərviş əlini atıb bir torba götürdü. Bəhruz bildi ki, onun içindən ilan çıxacaqdır. Çıxan
kimi cərgələrin arasından “ah” nidası keçdı. Maraqdan gözlər böyüdü. İlan dərhal dərvişə sarılanda
heyrət daha da çoxaldı, sarıla-sarıla qalxıb gözləri qabağında başını dik tutdu, dilini çıxartdı. Sonra
boşalıb toqqa kimi yerə düşdü və camaata doğru süründü. Təkcə Bəhruzdan başqa hamı qorxub
həyəcan içində geriyə çəkildi. İlanın lap yaxınlaşdığını görəndə Bəhruz sarsıldı, qorxudan onu
tər basdı. Yaxşı ki, ilan adəti üzrə geriyə döndü. Qorxu hissi keçdi, rahat nəfəs alan Bəhruz başını
qaldıranda gözləri dərvişin gözləri ilə qarşılaşdı. Bayaqdan göy gözlərdən süzülən mehribanlıq
işığı elə bil azaldı, narahat bir kölgə titrəməyə başladı. Cingilti ilə, dalbadal kəşkulə pullar yağış
kimi töküldü. Dərviş ilanı torbaya qoyub, bağladı. Bəhruz ətrafa dağılan camaatın arasından keçıb
ona yaxınlaşdı, hörmətlə salam verdi. Dərviş salamı alıb şübhəli-şübhəli baxdı:
– Məndən nə istəyirsən?– yavaşca soruşdu.
– Yəni məni tanımadın?!
– Niyə tanımadım, Naxçıvandakı oğlan deyilsən?
– Bəli.
– Niyə məni izləyirsən, dalıma düşürsən?!
– Nə izləyirəm, nə dalına düşürəm. Burada təhsil alıram. Bazara gəldim, gördüm camaat
yığışıb... Səni görən kimi tanıdım.
– Tilisdə harda oxuyursan?!
– Rəssamlıqda. Şəkil çəkirəm.
– Yəni elə məktəb var?
– Var. Təzə açılıb.
Dərviş ona mənalı-mənalı bir də baxdı, deyəsən, inanmırdı.
343
İthaflar
– Nə çəkmisən, göstər görüm.
– Bax! – Bəhruz albomunu açıb göstərdi.
– Pis deyil! – deyə dərviş Bəhruzun karandaşla çəkdiyi şəklə baxdı. Çiynində qoyun aparan
kişi... Bu adamı Şeytanbazarda görmüsən?!
– Bəli.
– Mənim səndən gözüm su içmirdi...
– Niyə ki?!
– Nə bilim, indi aləm bir-birinə qarışıb, cibəgirən var, cəsus var, oğru var... hər yerə baxırsan
gündə bir çaxnaşma... Məzhəb itib, hökumət gündə bir qanun çıxarır, orda qırğın, burda qırğın...ona
görə də şübhələndim səndən...
Dərviş Bəhruza diqqətlə, məna ilə bir də baxdı. Deyəsən, yavaş-yavaş ona inanırdı. Gəncin
qarayanız üzündən, iri gözlərindən, dalğalı gur saçlarından, bir sözlə bütün varlığından təmizlik,
səmimilik yağırdı və belə bir insana inanmamaq olmazdı. Özü də bu gənc heç kəsə bənzəmirdi:
qəribə sakit danışığında, mehriban, isti baxışında, zərif hərəkətlərində sehirli bir cazibə gizlənmişdi.
– Nə vaxt Naxçıvana gedəcəksən?! – Bəhruz ondan maraqla soruşdu.
– Bilmirəm.– Dərviş çiyinlərini atdı – Çünki İrəvana, Dərbəndə, sonra Şirvana, Təbrizə
gedəcəyəm.
– Demək, səni daha görməyəcəyəm.
– Bilmək olmaz. Dağ-dağa qovuşmasa da, insan insana rast gələ bilər. Bu günki kimi...
– Elə bilirəm ki, təkcə dərviş deyilsən!
– Bəs nəyəm?! – dərviş diksinib yenə şübhəli Bəhruza baxdı.
– Çünki o biri dərvişlərə bənzəmirsən.
– Səhv edirsən, qardaş! Dərvişlikdən başqa sənətim yoxdur. Bir də uşaqları çox sevirəm.
Onlar üçün nəğmələr oxuyuram. Oyunlar çıxarıram.
– Səni uşaq vaxtı da görmüşəm.
– Harada?!
– Naxçıvanda, Əlixan məhəlləsində, Tək armudun yanında, ağ binanın önündə...
– Hə, orda çox oluram! – dərviş torbasını çomağının ucuna keçirib çiyninə qaldırdı – hələlik,
cavan oğlan!
– Hələlik! – Dərviş Tilis küçəsində, camaatın arasına qarışıb bir anda gözdən itdi.
6
Onun Tilisdəki tələbəlik həyatı gözəl, mənalı, sakit günlərlə keçib gedirdi. Bir də gözünü
açanda özünü Naxçıvanda, doğma həyətdə, alça ağacının yanında gördü. Sərgi açmaq istəyirdi,
bu məqsədlə qapısı həm həyətə, həm də küçəyə baxan otağı Şirin xanımın köməyi ilə boşaltdı.
Qonşuluqda yaşayan balaca bir oğlan – Adil onun köməyinə gəldi. Şirin xanım Hürnisəni səslədi,
qız həyətə girəndə Bəhruz gözlərinə inanmadı. Hürnisə dəyişmiş, böyümüş, ətə-qana dolmuşdu.
Şirin xanımın yanında dayanıb çəkinə-çəkinə:
– Xoş gəlmisən, Bəhruz dadaş! – dedi.