Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə87/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   83   84   85   86   87   88   89   90   ...   132

359

   


        

İthaflar


3

Uzun ayrılıqdan sonra Naxçıvana qayıdan Bəhruz həyəcan içində doğma həyətə girdi. Onu 

birinci  qarşılayan  alça  ağacı  oldu.  Bu  ağac  Bəhruzun  özü  kimi  böyümüş,  qol-qanadlı  olmuş, 

üstü qızaran alçalarla dolmuşdu. O, yaxınlaşıb bir neçə alça dərdi, ağzına qoydu. Şirin xanımın 

qışqırtısını eşidib geriyə döndü və onu bağrına basdı. Hürnisənin sevinc içində dayanıb baxdığını 

gördü, dərhal yaxınlaşıb görüşdü. Atası Şirəlibəylə, qohum– əqraba ilə belə görüşlər uzun çəkdi, 

qurtarmaq bilmədi. Bəhruz gah qonaq gedir, gah da qonaq qəbul edirdi.

Bəhruzun  Tilisdən  qayıtdığı  bu  günlərdə  doktor  Şengelaya  Naxçıvandan  köçüb  Tilisə 

gedirdi.  O  bütün  tanıdığı  adamlarla  gedib  görüşmüş,  Şirəlibəygilə  sevincli  bir  vaxtda  gəlib 

çıxmışdı. Şengelaya Bəhruzu görüb daha çox sevinmiş, “balaca dostum” deyə bağrına basmışdı. 

Şengelayanı təntənə ilə Naxçıvandan yola saldılar, onların arasında Şirəlibəy də vardı. Nəhayət, 

sakitlik başlandı. Bəhruz başına 

beret  qoyub  albomunu  götürüb, 

iki  illik  fasilədən  sonra  ilk 

dəfə  şəhərə  çıxdı.  Hər  şey  ona 

əziz  və  doğma  idi,  Padşahlıq 

bağından  ötüb  mərkəzi  küçə  ilə 

məscidə  sarı  getdi.  Məscidin 

qapısı  yanında  divara  söykənən 

başı  ağ  sarıqlı  həmin  kor 

dayanmışdı. Qarşısında əl boyda 

dördkünc  məxmər  döşəkçə. 

Bir  anlıq  Bəhruza  elə  gəldi  ki, 

bu  kor  məscidin  ayrılmaz  bir 

parçasıdır.  Məxmər  döşəkçəyə 

pul  atıb  keçdi.  Qoca  dilənçi 

yox  idi,  Bəhruz  bazara  getmək 

istəmədi, qapısı yanından ötüb, 

Möminə  xatın  məqbərəsinin 

önündə  dayandı.  Elə  bil  ilk 

dəfə  idi  görürdü.  Həqiqətən  də 

məqbərə  ona  təzə  kimi  gəldi. 

Məqbərədən  oyana  Cəfərqulu 

xanın  imarətinə  tərəf  getdi, 

yaxınlaşıb  dayandı.  Qarşısını 

hasar kəsdi. Həyatın özündə də 

gözəgörünməz hasarlar hər addım 

başı üzə çıxır, yolu bağlayırdı. Belə ikirləşən Bəhruz bilirdi ki, Narınc bu hasarın arxasında, o ağ 

imarətdədir. Tilisdən qayıdanda, uzaqdan ən yaxşı vaqona minən yerdə Narıncı görmüşdü. Onu iki 

nəfər müşaiyət edirdi. Biri şlyapalı idi, Bəhruz onu dərhal tanıdı, Cəfərqulu xanın sərgiyə gələcəyini 

xəbər verən adam idi.

Bəhruz  Bazarçaya  doğru  irəlilədi,  körpünün  altından  ağappaq  şəlalə  axırdı.  Bu  şəlaləni 

çəkməyi qət etdi, gözəyarı dərəyə necə enməyi, hansı yerdən ona baxıb işləməyi ikirləşdi. 

Vaxtını itirmədən sabah sübhdən oyanıb, şəlalənin yanına gəldi. Münasib yer tapdı, şəlalədən 

aralıda, iri bir daşın yanında əyləşib işləməyə başladı. Bir həftədən çox gəlib getdi, bu müddətdə 

iki hadisə baş verdi. 

Bəhruzun  başı  işə  elə  qarışmışdı  ki,  günün  göy  üzündə  şaqqaşaq  yandığından  xəbəri  yox 

idi,bütün ikri, diqqəti şəlalədə qalmışdı. Qayadan tökülən, ağappaq köpük kimi şişən, daşan şəlalə 

sıldırım daşlara çırpılır, damcılarını ətrafındakı dizə qədər qalxan sıx otluğa səpirdi. Buna görə otluq, 

ağımtıl, işıltılı olmuşdu, şəlalənin yanında bir neçə cavan söyüdün yarpaqları ağaran saçlar kimi 

işım-işım işıldayırdı. Bəhruz birdən diksindi, çünki gözü düz şəlalənin üstündə, körpüdə dayanmış 

çadralı bir qadına sataşdı. Qadının çadrası şəlalə rəngində idi, sanki sulara qoşulub axmaq üçün 




 

360


İthaflar

dayanmışdı. Bəhruz yavaş-yavaş ayağa qalxdı, tərpənmədən baxan qadının kim olduğunu bilməsə 

də, öz-özlüyündə qət etdi ki, o Nazlıdır, başqa heç kim!

Bu ikir Bəhruzu həyəcanlandırdı, cığırla yuxarı qalxmağa başladı, geriyə dönəndə çadralı 

qadının iki-üç addım çəkildiyini gördü, bu gəlmə! – işarəsi idi, Bəhruz sürətlə qalxdı, yuxarı çatıb, 

geriyə dönəndə körpünün üstündə heç kəs yox idi. Çadralı qadın sürətlə məscidə tərəf gedirdi. 

Bəhruzu ağır kədər bürüdü, daha işləyə bilmədi, şeylərini yığışdırıb evə getdi. 

Bir neçə gün sonra sübhdən gəlib təzəcə işləməyə başlamışdı ki, kiminsə qızlar bulağı tərəfdən 

arxasında dayandığını duydu. Bir anlıq elə bildi ki, körpüdə dayanan çadralı qadındır, yavaş-yavaş 

çevrildi, dikdəki cığırın üstündə gözəl bir qız gördü. 

– Salam! – deyə qız maraqla Bəhruzdan çox çəkdiyi şəkilə baxdı və gülümsündü.

– Salam! 

– Deyəsən, məni tanımadınız?

– Yox... 

Qız elə şən güldü ki! Əynində qırmızı köynək, büzməli qat-qat gen tuman vardı.

– Bir neçə il bundan qabaq orda, Sarvanlar məhəlləsində tezdən mənimlə görüşdünüz...

– A... yadıma düşdü... Adın, qoy görüm...

– Ziba...

– Hə, Ziba... Maşallah, böyümüsən, yekə qız olmusan... Bəs nə vaxt şəklini çəkim?

– Nə bilim, hələ vaxt var, bu şəkili qurtarın, sonra ...

Ziba  gözlənilmədən  gəldiyi  kimi  gözlənilmədən  də  çıxıb  getdi.  Bəhruzun  ürəyi  həvəslə, 

inamla, işıqla doldu, yorulmadan günortaya qədər işlədi.

                                                  

4

Bəhruz  hər  səhər  evdən  gedir,  bir  də  axşam  qayıdırdı.  Çox  zaman  kədərli,  mükəddər  və 

ikirli olurdu. Payız girmiş, havalar soyumuşdu. Uğursuz məhəbbətindən, Tilis həyatından sonra 

onun  yeganə  ikri,  məqsədi  işləmək,  əsərlər  yaratmaq  idi.  Buna  görə  sulu  boya  ilə  Naxçıvanın 

payız mənzərələrini çəkirdi. Onu həmişə özünə dağlar cəlb edirdi. Dağlarda hansı qüvvəsə elə bil 

Bəhruzu izləyirdi.Hara baxırdısa, nə çəkirdisə, bunların arxasından Bəhruz həmişə dağları görürdü. 

Onun nəzərində dağlar Möminə xatın məqbərəsi kimi, İmamverdi türbəsi kimi, qızlar bulağı kimi 

şəhərdən ayrı deyildi. 

Beş altı payız mənzərəsini çəkən Bəhruz portret yaratmağa ehtiyac duyurdu. Zibanı çəkmək 

ikrinə düşdü, bu məqsədlə Sarvanlar məhəlləsinin  Bazarçay tərəində zurnaçı Eyvazın həyətinə 

yaxınlaşdı,qapının  yanında  ayaq  saxladı.  Həyətdən  zurnanın  elə  yanıqlı,  elə  həzin  səsi  gəlirdi 

ki, dinləməmək qeyri-mümkün idi. Bəhruz bir anlıq hər şeyi unutdu. Nə qədər belə dayandığını 

bilmədi, birdən əli qapıya uzandı, azacıq açıb həyətə baxdı, kök, dolu Eyvaz gözünü yumub zurnanı 

gah göyə, gah da yana tutub çalırdı. Bəhruz qapını araladı, içəri girib Eyvazın qarşısında dayandı.

– Salam, usta! – deyə dillənəndə Eyvaz bir an dayandı, diqqətlə ona baxdı, birdən tanıdı:

– Xoş gəlmisən, Bəhruz bəy! Atan necədir?

– Yaxşıdır, usta! Bayaqdan dinləyirdim, gözəl çalırdın. 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə