Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə90/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   86   87   88   89   90   91   92   93   ...   132

365

   


        

İthaflar


bunların heç biri solğunluğunu gizlədə bilmirdi. Bu arıqlamaq onun xeyrinə olmuşdu, Nazlı daha 

da zəriləşmişdi. Bəhruz sakitcə dayanan, ancaq ona baxan Nazlıya nəsə demək istədi, bacarmadı, 

susdu. Bu sükutda onların baxışları danışdı. Nazlı gözlərini Bəhruzdan çəkmədən yenə çadrasına 

büküldü, kədər içində pıçıldadı:

– Necəsən, Bəhruz?!

– Sağ ol, Nazlı, yaxşıyam. 

Mənsə bədbəxtəm, günüm qaradır...

– Niyə ki, ərin dövlətli...

– Hər şey var, Bəhruz, nəsə çatmır. Bilmirəm nədir, söz tapa bilmirəm. Tək Allah-taala bilir 

ki, cəhənnəm əzabı çəkirəm. Gecə-gündüz tanrıdan ölüm istəyirəm, yalvarıram, vermir ki, vermir.

– Nazlı, mən də səni unuda bilmirəm, həmişə xəyalımdasan.

–  Bir  dəfə  xəstə  olanda... Allah  günahımdan  gərək  keçsin...    Ziya  bəyə  baxıb  sənin  adını 

çağırmışam. Bəhruz demişəm. Bunun üstündə başım o qədər ağrıdı... Yaxşı, mən gedim, allah səni 

xoşbəxt eləsin, sağ ol, Bəhruz!

Nazlının gözləri yaşla doldu və dükandan çıxıb getdi. Bəhruz sanki yuxu görürdü, birdən 

ayılan kimi, özünü çölə atdı. Ağ çadralı bir neçə qadın bazara, təkcə biri isə körpüyə tərəf gedirdi. 

Təkcə  gedənin  Nazlı  olduğunu  qət  edən  Bəhruzun  neçə  ay  əvvəl  şəlalənin  üstündə,  körpüdən 

dayanıb uzaqdan ona baxan qadının da Nazlı olduğuna indi şəkki-şübhəsi qalmadı. Onun ardınca 

getməyin mənasızlığını anlayıb yavaş-yavaş bazara doğru addımladı. Bazarın qapısı yanında isə 

yadından çıxartdığı bir adam– dərvişi görüb irəli gəldi, yenə camaatın arasında dayanıb ona baxdı. 

Dərviş həmin dərviş idi, dəyişilməmiş, həmin hava rəngində əba, işıqlı göy gözləri, əvvəlki kimi 

cavan. Torbanın ağzını bağlayırdı. Görünür ki, ilanı nümayiş etdirib qurtarmışdı. İndi saz götürdü, 

ortalığa düşüb, aşıq kimi çalıb oxumağa başladı. Bu, onun, deyəsən, təzə nömrəsi idi, həm nəğmə, 

həm sözləri mənalı səslənirdi. Özü də ürəklə oxuyurdu, bir də ki, hamının  istəyindən, arzusundan 

xəbər verirdi.

Bəhruz özü də, camaat da onu həvəslə dinləyirdi. Nəğməni duyub qurtaran kimi, güclü alqış 

qopdu. Dərviş bu alqışdan daha da ruhlandı, sonra gözəlləmə oxudu, bu da onun ifasında şirin, 

duzlu, çıxdı. Yenə hamının xoşuna gəldi. Camaat dağılan kimi dərviş onu görüb sevinclə:

– Səni təbrik edirəm – dedi – daha məktəbi bitirmisən?! 

– Hardan bilirsən?!

– Necə hardan?! Tilisdə oxuduğun məktəbə getmişdim, dedilər ki qurtarmısan!

– Tilis necədir?! – Bəhruz kədərlə soruşdu. 

–  Gördüyün Tilisdir:  küçələr,  meydanlar,  restoranlar...  Bir  də Tilisin  gözü  Şeytanbazar... 

Bura bax, deyəsən oralarda bir eşq macəran olub, hə?!

– Yox, yox... 

– Bəs Tilisdən danışanda gözündən od tökülür...

– Yox, yox, əksinə kövrəlirəm. Çünki orada beş il qalmışam, oxumuşam...

-Sevmişəm...

– Düzdür, sevmişəm, Tilisdə yox, Naxçıvanda sevmişəm.

Dərviş qəhqəhə ilə güldü.




 

366


İthaflar

İlqar Mehdiyev. “Bəhruz Kəngərli yaradıcılıq axtarışlarında”. 2015.


367

   


        

İthaflar


– Hər halda düz tapmışam, ya Tilis olsun, ya Naxçıvan, sevmisən ki! Gənc olasan, sevməyəsən, 

mümkün deyil.

– Heç sənin adını bilmədim.

– Adımı neynirsən, elə dərviş kimi tanıyırsan, bəsdir.

– Yox, adını da bilmək isəyirəm...

– Adım Həsəndir. Həsən Bektaşi. Heç adımı çəkən və bilən yoxdur. Hamı məni təzə dərviş 

kimi tanıyır. Uşaqlar məni görəndə “təzə dərviş gəldi” deyə çığırırlar, buna görə böyüklər də mənə 

təzə dərviş kimi baxırlar. Yəqin cavanlığımı da nəzərə alırlar.

– Tilisdə səni bir tramvay sürənə oxşatmışdım.

– Dünyada bir-birinə oxşayan adam çoxdur.

– Tutmuşdum yaxasından ki, bəs dərviş deyilsən. Yaman pərt oldum. 

– İndi əməlli başlı şəkil çəkə bilirsən?!

– Az-çox... Naxçıvanda neçə gün qalacaqsan?!

– Bir– iki gün...

– Bəlkə sənin portretini çəkim?!

– Tələsmə, Bəhruz! Ay var, il var, mən cavan, sən cavan, şəkil çəkmək üçün həmişə vaxt 

tapılar. Qonağım ola bilərsən, Puşkin 18-də oluram.

– Sağ ol! Bir gün gələrəm, ya qismət!

Bəhruz  evə  gəlib  otağına  girib  hörmə  kürsüsündə  əyləşdi,  Hürnisə  daha  otağı  yığışdırıb, 

təmizləmir, Bəhruzun gözünə görünməməyə çalışır, uzaq qaçırdı. 

Şirəlibəy də , Şirin xanım da eyhamla danışır, evlənməsinin vacibliyini bu və ya digər şəkildə 

ona çatdırırdılar. Bəhruz hər şeyi başa düşür, yaradıcılıq eşqi, ehtirası daha güclü, qüvvətli olduğu 

üçün, bir də ötən sevgisini unuda bilmədiyi üçün evlənmək haqqında ikirləşmək belə istəmirdi.

                                                     



7

Bəhruz Əkbər bəyin portretini çəkib bitirə bilmədi. Tilisdən Əliqulu Qəmküsar gəlib çıxdı, 

Naxçıvan ziyalıları arasında bir canlanma yaratdı. Yeni teatr uğrunda mübarizə başlandı. Əliqulu hər 

yerdə odla-alovla danışır, hökumətdən teatr üçün yeni bina verilməsini tələb edirdi. Bu mübarizəyə 

çox adam qoşulmuşdu. Hətta Əkbər bəy onlara kömək göstərirdi. Hələ qələbəyə çatmamış Əliqulu 

tamaşa  hazırlamaq  qərarına  gəldi.  “Hacı  Qara”  tamaşasını.  Rolları  böldü,  şəkillərini  çəkməyi 

Bəhruza tapşırdı. Dərhal vaxt itirmədən məşqlərə girişdi.

Mübarizənin  qızğın  vaxtında  Əkbər  bəy  onları  evinə  qonaq  çağırdı.  Həmin  iri,  pərdəli 

otağa, çilçıraqlı büllur qəndilin altında Naxçıvanın ziyalıları dəyirmi stolun arxasında əyləşib şən 

məclis keçirirdilər. Zöhrə xanım Əkbər bəylə yanaşı olsa da hamı ilə ünsiyyət bağlayır, qonaqları 

söhbətə tutmağa, əyləndirməyə çalışırdı. Əliqulu Qəmküsar, əvvəlcə Naxçıvan torpağının, sonra 

isə Əkbər bəylə Zöhrə xanımın şərəinə uzun sağlıq nitqi söylədi və alqışlarla qarşılandı. Birdən– 

birə xalqın taleyindən, Rusiyada baş verən inqilabdan, Bakıdakı iğtişaşlardan, erməni-müsəlman 

münasibətlərindən, general Andranikin hücum planlarından, türklərin, ingilislərin Naxçıvana göz 

verib işıq verməmələrindən söhbət başlandı, bəzən kəskin bir şəkil aldı, mübahisə qopdu. Söhbətlərə 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə