334
İthaflar
toz qopara-qopara yanından keçirdilər. Bu vaxt qarşısında dayanan bir faytondan onun sahibi yerə
tullandı:
– Bəhruz! – deyə qışqırdı – A bala, xoş gəlmisən!
– Kərbəlayi Abbas, sənsən?!
– Mənəm, oğlum, mənəm! Gəl, min aparım! Oy... Şirəlibəydən muştuluq alacağam. Sənin
kimi oxumuş, ağıllı cavanları görəndə ürəyim dağa dönür.
Kərbəlayi Abbas çamadanları faytonun arxasına qoyub yuxarı çıxdı, qamçını fırladıb atları
qovdu. Bəhruz şəhərə baxırdı. İlk gözünə dəyən Xan diki oldu, onun üstündə Rəhim xanın uzunsov
binası ağarırdı. Fayton yoxuşu surətlə qalxıb İmamverdi türbəsinin yanından keçib getdi. Bəhruz
faytondan şəhərə baxdıqca, Möminə xatın məqbərəsi də, küçələr də, məscid də, minarə də, qızlar
bulağı da, bazar da – hər şey ona ilk dəfə görürmüş kimi təzə gəlirdi.
Fayton kəsə yolla Zaviyyə məscidinin böyründən keçib, doğma küçəyə tərəf gedəndə
Bəhruzun ürəyi bir tikə oldu. İlk dəfə gözünə dəyən qoz ağacı yaşıl dalğa kimi axıb keçdi. Fayton
ətrafı kərpic hörgülü, üstü yumru dəmirlə bəzənmiş solğun qapının yanında dayananda, Kərbəlayi
Abbas ildırım kimi özünü həyətə saldı. “Muştuluq” deyə qışqıran kimi, Şirin xanımın “Bəhruz,
balam” səsi aydınca eşidildi və kök, ətli-canlı, gen, qat-qat tumanlı, arxalıqlı, sırğalı qadın qapıya
yüyürdü, içəri girən Bəhruzu bağrına basdı, “Oğlum, canım-ciyərim, qurbanın olum”...
Şirəlibəy köynəkdə, jiletdə alça ağacınınm yanında dayanmışdı. Bəhruz gülə-gülə atasına
yaxınlaşdı:
– Salam, ata!
Şirəlibəy qollarını açıb onu qucaqladı.
– Xoş gəlmisən – deyə fərəhlə başdan-ayağa süzdü, Bəhruz üstü gömgöy alçalarla dolu olan
ağaca getdi, əlini yarpaqlara toxundurdu. Bu vaxt həyətin bir küncündə qısılıb kədər içində dayanan
Hürnisəni gördü.
– Salam, Hürnisə! Necəsən, bəs anan necədir? !
Sonuncu kəlimələr ağzından çıxan kimi Hürnisənin iri gözləri doldu, üzünü dərhal çevirib
sürətlə qaçıb həyətdən çıxdı. Bəhruz özünü itirdi. Çamadanları gətirən Kərbəlayi Abbasa muştuluq
üçün nəsə pay verən Şirin xanım yana-yana dilləndi:
– Onun anası bu qış rəhmətə gedib , a bala!
Bəhruz sarsıldı, bir an gözünü yumdu, Şirəlibəy onun qolundan tutub evə sarı apara-apara:
– Qorxma, oğul – dedi – Hürnisə elə bizim həyət-bacada böyüyür. Ağıllı da qızdır.
Bəhruz o günün səhəri yuxudan gec oyandı. Həyətə çıxanda gördü ki, qara papaqlı arabaçı
dirəkdən asdığı qoyunun dərisini soyur, qapıda da onun iri, iki təkərli arabası.
– Şirin xanım bu qoçu sənin adına saxlatdırıb. Deyirdi ki, Bəhruz gələnə kimi kökəlsin.
– Qurban demişəm! – Şirin xanım fərəhlə Bəhruza baxdı.
4
Bu sevinc içində Bəhruzun ürəyinə iynə kimi batan həsrət ona dinclik vermirdi. Hara baxırdısa,
Nazlını axtarır, heç yerdə görə bilmirdi.
335
İthaflar
Bir neçə gün keçdi.
Nəhayət, Şirin xanım söz arası, elə-belə “qonşumuzun toyudur” kəlmələrini eşidəndə Bəhruz
hər şeyi başa düşsə də, ürəyi deşim-deşim olsa da, özünü sakit və təmkinli apardı.
Bəhruz qoz ağacına qalxıb, hasardan azca yuxardakı budağın üstündə əyləşib, kürəyini başqa
bir budağa söykədi, ətraf qaranlıqlaşanacan beləcə oturdu. Hardasa, bir ümid işığı yandı ki, bəlkə
Nazlı əvvəlki kimi, yenə gəlib çıxa! Qaranlıq təkcə qoz ağacını yox, bütün bağları, həyət-bacanı
uddu, amma Bəhruzun ümid işığını söndürə bimədi.
Nazlı gəlmədi, Bəhruz ağacdan düşüb evə gedəndə ürəyində hələ də o işıq yanırdı.
Bəhruz uşaqlıqda, Nazlı ilə bir toyda olmuşdu və o toyu heç zaman unutmurdu. Bu axşam isə
Nazlının öz toyu olmalı idi. Neçə gün idi ki, dalbadal eskizlər edirdi, gah qadınları, gah qızları, gah
üç nəfər çalğıçını, gah evin pəncərələrini, gəbələrini, xalılarını çəkirdi. Bunlar, hələlik eskizlər idi
və heç nə alınmırdı. Birdən hiss elədi ki, nəsə çatışmır?! Nə?! Ayağa qalxdı, toya getmək, uzaqdan
olsa Nazlını görmək istəyirdi.
Toy Qulam Heydərin böyük qonaq otağında təşkil edilmişdi. Divar boyu mütəkkələr,
nazbalınclar düzülmüşdü. Hər tərəfdə qəndillər və şamdanlar işım-işım yanırdı. Qızlar, gəlinlər,
qadınlar rəngbərəng, əlvan paltarlarda, parıltılı, işıqlı bəzəkdə elə bərq vururdu ki, otaq
gözqamaşdırıcı zərlər içində şəfəqlənirdi. Bəhruz ilk baxışda gördüyü belə rəngarəngliyə, əlvanlığa
heyran oldu. Sonra üç nəfər çalğıçının musiqisi altında rəqs eləyən qırmızı qanovuzlu qızların
incə bellərinin ilan kimi qıvrıldığını, əyildiyini, ipək içindəki çiyinlərin, upuzun qollarını, ağ,
zərif boyunların hərəkətlərindəki zəriliyi görəndə yerində dayana bilmədi. Naxçıvan qızlarının bu
hərəkətlərində təsvirə gəlməz bir gözəllik gizlənmişdi.
Toyu aparan arıq, zərif gənc bir qadının camaata müraciətində, oynayanları həvəsləndirməyində
– ay şabaş – deyə çağırmağında, gah çalğıçılara, gah qızlara işarə etməyində bir gül incəliyi vardı.
Açıq bənövşəyi rəngli, güllü paltarı toydakı bütün qızların, gəlinlərin paltarlarından fərqlənirdi.
Əlini irəli uzadır, zərləri elə səpirdi ki, xırda-xırda parıltılı qığılcımlar bütün otaq boyu fırlanır,
çiyinlərə, paltarlara qonur, yerə tökülürdü. Nazlı qırmızı paltarda, qızıl pullarla şəfəq saça-saça
könülsüz otağa girdi. Oynamaq istəmirdi. Üç qız əllərindən tutub zorla oynamağa çəkəndə musiqinin
ritmi dəyişdi. Nazlı ortada qalmışdı. Qırmızı paltarda boyu daha uzun görünürdü. Beli də nazik
üzükdən keçərdi. Toyu aparan qadının əli yenə uzandı, zərləri səpələdi, gəlinin və onunla oynayan
qızların başında şəfəq-şəfəq qığılcımlar yandı. Birdən Bəhruz bütün bu parıltılar içində Nazlının
yanaqlarından süzülən ağ-appaq göz yaşlarını gördü. Nazlı üç qızı kənara itələdi, çalğıçılara başqa
musiqi sifariş verdi. İrəliyə atıldı, nə atıldı. Od kimi oynayırdı, hamı təəccüb, sevinc qarışıq bir
təbəssümlə çəpik vururdu. Nazlı qızları oyuna dəvət edirdi. Bənövşə paltarlı qadın isə yenə əlini
uzadıb, zərləri hamının başına səpirdi. Bəhruz başa düşdü ki, bu oyun Nazlının üsyanı, etirazı idi,
ancaq bunlar musiqi və çəpik sədaları altında itib görünməz oldu.
Bəhruz bütün gecəni yatmadı, pəncərəyə qoyduğu otuzluq lampanın işığında yeni qaralamalar,
eskizlər çəkdi.