325
İthaflar
3
Bəhruz Tilis vağzalında Əliqulu Nəcəfovu görəndə heyrətindən qışqırdı. Xəbəri yox idi ki,
Şirəlibəy ona teleqraf vasitəsilə xəbər vermişdi.
– Ay bizim şəhərə xoş gəlmisiniz! – deyə Əliqulu əvvəlcə Şirəlibəylə görüşdü, sonra Bəhruza
tərəf dönüb, ehmallıca burnunu sıxdı – hə, axır mən deyən oldu, yoxsa yox?! Bu da Tilis! Bax, gör
xoşuna gəlir?!
Bəhruzun gözü dörd olmuşdu. Naxçıvandan da böyük şəhər varmış! Vağzal binasının dar
keçidindən ötüb, geniş meydana çıxanda, bu meydandakı faytonların, adamların çoxluğunu,
qarşıdakı uca, yaraşıqlı binaların cərgələndiyini, bu cərgələr arasından daşlı küçələrin uzandığını
görəndə çaşıb qalmışdı. Taxta çamadanı yerə qoyub, meydanın genişliyinə baxdı. Şirəlibəy Əliqulu
Nəcəfovun qolundan tutub:
– Fayton götürək – dedi.– Növbə saxlamaq lazımdır.
Əliqulu güldü:
– Sənin üçün məxsusi fayton gətirmişəm. Odur, gözləyir.
Bəhruz faytona minib yanaşı əyləşmiş Şirəlibəylə Əliqulu Nəcəfovun qarşısındakı məxmər
oturacaqda rahatlandıqdan sonra, faytonçu arxaya çönüb nəsə dedi. Əliqulu dərhal:
– Şirəlibəy, hara sürsün?– soruşdu.
– Qafqaz mehmanxanasına.
Fayton tərpəndi, atların nalları daşların üstündə səs sala-sala, vağzaldan uzaqlaşıb böyük
prospektə çıxdı. Yuxarı hissələrində kiçik heykəllər, naxışlar, ornamentlər olan, eyvanlarından
sarmaşıq sallanan, pəncərələrinə güldanlar qoyulan və tül pərdələr asılan uca imarətlər: müxtəlif
dükanlar, avropasayağı bəzədilmiş foto-atelye, gül mağazaları, balaca bağlar, quş yuvasına
bənzəyən küçə fənərləri, dəyirmi şlyapalı, paltarları uzun, gen ətəkli xanımlar, son dəbdə geyinmiş
qara kostyumlu, panamalı kişilər, xüsusi formada, işıldayan çəkməli hərbçilər, döngələrdə əda ilə
gəzişən qorodovoylar bir-birini əvəz edirdi.
Qafqaz mehmanxanasında yaxşı otaqlar olmadığı üçün başqa yer axtardılar.
– Şeytanbazara, İran mehmanxanasına.
– Ora pis olmaz. Razıyam – Şirəlibəy bu sözləri deyib, gülə-gülə faytonçuya baxdı. Fayton
mərkəzdən uzaqlaşıb Kür çayına sarı endi. Hər iki sahili otluq, qayalıq, çəmənlik idi, bir az aralıda
evlər vardı. Şəhər burdan başlayıb, dağların ətəklərinə qədər uzanırdı. Fayton indi dikdiri qalxdı, daşlı
küçə onları Şeytanbazara doğru apardı. Küçənin hər iki tərəində mağazalar, dükanlar gözə dəyirdi.
İran mehmanxanasinda yerləşəndən, əl-üzlərini yuyub rahatlanandan sonra, Əliqulu
Nəcəfov dedi:
– Sizi aşağıda gözləyirəm, faytonda!
– Ay Əliqulu, qardaş, get evə dincəl... Biz də...
– Çörək yeyin, sonra. Tez olun!
Bəhruz da, Şirəlibəy də əyinlərini dəyişdilər. Onlar, ata-bala faytona minəndə Əliqulu heyrətlə:
– Paho! – deyə qışqırdı – Vallah-billah sizi tanımadım. Sür Qolovanski küçəsinə.
Duxanın qapısı taybatay açıq idi. İçəri keçdilər. Zirzəmiyə dolama pillələr enirdi. Bəhruz
üçün hər şey təzə və qeyri-adi idi. Aşağıda onları döşəməsi par-par parıldayan dəyirmi meydanda
qarşıladılar, nəzakətlə:
326
İthaflar
– Buyurun, yeriniz hazırdır! – deyib, rəngbərəng şüşələrdən düzəlmiş alabazək qapını
göstərdilər– keçin içəri!
İçəridə, günbəzvari tavanın altında, küncdə üstü ağ süfrəli boş yer ağarırdı. Bir neçə günbəzvari
tavan isə o tərələrdə idi, onların altında yeyib içirdilər. Əliqulu qabağa düşüb, həmin küncə getdi,
Şirəlibəy də dalınca. Qapı ilə günbəzvari tavanların aralığında, divarda başdan – başa rəngli bir
şəkil vardı. O qədər canlı və gözəl idi ki, yanından laqeyd keçə bilmədi. Zəngin və gözəl geyinmiş,
qəşəng, gənc bir qadının şəkli çəkilmişdi. Əliqulunun şən qəhqəhəsi eşidildi:
– Bəhruz, gəl, burdan yaxşı görünür – dedi, Bəhruz yaxınlaşan kimi əlavə etdi – Kim çəkibsə,
qiyamət çəkib!
– Bu qız kimdir?!
– Gürcüstanın şahzadəsi Tamaradır.
– Kim çəkib?!
– Onu deyə bilmərəm.
4
Əliqulu Nəcəfovun və Şirəlibəyin ardınca, divarları alabəzək naxışlarla bəzədilmiş böyük,
işıqlı dəhlizə çıxan Bəhruzun gözlərindən heç nə yayınmırdı. Dəhlizin döşəməsi mərmərdən idi,
özü də şəkilli, rəngbərəng düzəlmiş mərmərdən. Divarlara tablolar vurulmuşdu. Bəhruz onlardan
birinə – balaca gölü təsvir edən tabloya yaxınlaşdı. “Göldə üzən yarpaqlara bax! Göyün, buludun
sularda əksinə bax! Hər şey aydın, düzgün, dəqiq! Necə canlıdır, elə bil şəklə yox, həqiqətən gölə
baxıram. Bu ki, möcüzədir! Görəsən, kim çəkib?!” Tablo rus rəssamı Polenovun əsəri idi, Bəhruzun
ağzı açıla qalmışdı.
Bir də gördü ki, Əliqulu da, atası da mərmər pillələrin üstündə dayanıb onu gözləyirlər. İkinci
mərtəbəyə qalxdılar. Əliqulu otaqlardan birinə girib tez də qayıtdı:
– Gəlin.
Onlar içəri girən kimi tanış elədi:
– Bu Şirəlibəydir, mənim dostum, bu da onun oğlu Bəhruz!
Əliqulu yuxarı başda, sakit-sakit baxan, arıq, uzun, çənəsi saqqallı adamı Şirəlibəyə göstərdi:
– Bu isə haqqında danışdığım Şmerlinqdir. Bizim “Molla Nəsrəddin”in rəssamı, redaktorun
dostu!
Şmerlinq dərhal qabağa gəldi. Şirəlibəyin, Bəhruzun əlini sıxdı, əyləşməyi təklif edib, gülə-
gülə, azərbaycanca dedi:
– Çox şadam!
– Mirzə Cəlilin dostu həm də bizim dostumuzdur – Şirəlibəy gülə-gülə dilləndi, Şmerlinq başı
ilə razılığını bildirdi. Əlini çənəsinə aparıb ucu şiş saqqalını sığallaya-sığallaya əlində şəkillərini
tutmuş, iri gözləri maraqla, heyrətlə dolu, gur saçlı, qara bığlı, təravətli gəncə məhəbbətlə baxdı,
yavaş-yavaş ona yaxınlaşdı:
– Rəssam olmaq istəyirsən?!
– Bəli!
– Görürəm, böyük həvəslə gəlmisən. Bu yaxşıdır. Ayaq üstə dayanma, keç əyləş, Şirəlibəy,