319
İthaflar
– Tələsmə, oğlum, yaxşı şəkillər çək! Aparaq göstərək. Dəxi nə qalıb ki?! Bir getmək, bir də
oxumaq!
Əliqulu Şirəlibəylə nə barədəsə pıçıldaşdı, sonra Bəhruzla görüşdü, yenə ehmallıca burnunu
sıxıb getdi. Qapıdan çıxarkən, ayaq saxladı:
– Ən yaxşı şəkillərini topla! – deyə Bəhruza ciddi tapşırdı – Gəlib baxacağam!
– Yaxşı!
6
Bəhruz Tilisə getmək eşqiylə yaşayırdı. Qanında, iliyində, bir sözlə varlığında hökmranlıq
edən bir duyğu; özü də ülvi, böyük, müqəddəs bir duyğu gizlənmişdi, bunsuz onun nə gecəsi,
nə gündüzü, nə də həyatı vardı. Bəhruz nahardan sonra mitəkkəyə söykənib ikirləşirdi. Bu gün
Naxçıvanın qələ məhəlləsinə kimi gedib çıxmışdı. Gördüklərini bir-bir xatırlamağa çalışdı. Narbənd
ağacı, onun kölgəsində dincələn bir dilənçi xəyalında canlandı. Qəribə, bir topa, böyük kol kimi
görünən, sıx yarpaqlı Narbənd ağacının yanından etinasız keçə bilmədi. Ağac dəyirmi, yaşıl papaq
kimi idi. Bəhruz qarşısında dayananda, cır-cındır içində olan, gözləri çuxura düşmüş bir dilənçinin
bardaş qurduğunu gördü. Çuxura düşmüş bu gözlərin dərinliyində yanan işıq Bəhruza tanış gəldi.
Zavallı, yazıq, müti görəkmi olan qocanın pırdaşıq, ağ saçları gur idi, dərhal əl açdı:
– Allah yolunda! – deyə zarıdı.
Bəhruz əlini cibinə salanda, qocanı harda gördüyünü xatırladı, atası ilə ilk dəfə Naxçıvanı
gəzərkən, məscidin divarlarına söykənmiş bu dilənçiyə aparıb pul vermişdi. O vaxt da gözlərinin
dərinliyində yanan işıq Bəhruzu sehrləmişdi. İndi, üstündən bir neçə il keçsə də, heç dəyişməmiş,
necə varsa, eləcə də qalmışdı. Bəhruzdan pulu alıb:
– Allah səni xoşbəxt etsin, bala! – dedi.– Gecə-gündüz sənə dua oxuyacağam, xudavəndi
aləm həmişə köməyinə gəlsin!
Bəhruz yenə ağaca baxdı, onu çəkmək üçün münasib yer axtardı, bu zaman qoca dilləndi:
– Bu ağac kimi ağac heç yanda yoxdur, bala! Gorürsən, altı necə sərindir. Gəl otu, dincini al!
– Yox, baba. İşim var. Ağacı çəkmək istəyirəm.
– Nəyinə gərəkdir, bala?! – Dilənçinin gözlərinin dərinliyindən süzülən işıq gurlaşdı – Belə
olmağıma baxma, az-maz oxumuşam, dünyadan başım çıxır. Bu ağacın mindən çox yaşı var.
– Elə şey olmaz.
– Qurana əl basaram, allaha and içərəm, hərgah sözümdə yalan varsa. Oğul, Naxçıvan şəhəri
yoxdu, bu ağac – Narbənd elə buradaca bitmişdi. Elə o vaxtdan bəri yaşayır.
Bəhruz qocadan aralanıb, uçuq hasarın yanında dayanıb baxdı, Narbənd ona qamışdan,
yarpaqlardan düzələn böyük koma kimi göründü. Qoca onu maraq içində izləyir, hətta bəzən göstəriş
verməyə can atırdı. Çəkdiyi şəkil Bəhruzun xoşuna gəlmədi, cırıb atdı, ikincisi də yaxşı alınmadı.
Üçüncüsünü çəkəndə, bir də duydu ki, kimsə arxasında dayanıb. Sürətlə dönəndə dilənçini gördü,
nə vaxt durub gəlib, xəbəri olmayıb. Bir az əsəbiləşdi, üstünü vurmamağa çalışdı.
– A bala – dedi – Çək, çək, sən allah məni qınama, maraqlandım, ona görə yerimdə otura
bilmədim
– Necədir, oxşayır?!
320
İthaflar
– Oxşayır, oğul, oxşayır. – Qoca həvəslə dilə gəldi – mən oxumuşam, dünyadan xəbərim var...
– Hərgah oxumusan, niyə molla olmamısan, baba?
– Molladan, axunddan, seyiddən zəndeyi-zəhləm gedir. Onları tanımıram, bir allahı tanıyıram.
Haqq yer üzündə yoxdur, mən haqq-ədalət axtarıram, tapa bilmirəm. Məndən əvvəl yaşayanlar da
tapmayıb. Məndən sonra gələnlər də tapmayacaqlar. Çünki yoxdur. Kəndlilər qlavanın dəftərxanasını
dağıtmaq istəyirdilər. Onlara yazığım gəldi. Avamlar, ağılsızlar! Elə bilirlər, bununla haqq-ədalət
gələcək!
Bəhruz qulaqlarına inana bilmirdi. Cır-cındır içində olan bu adamın qeyri-adi sözləri onu
heyrətə salmışdı. Qəribə o idi ki, bu sözlərin sahibinin acınacaqlı, dəhşətli görkəmindən miskinlik
yağırdı. Miskinliyin arxasında, deyəsən, zənginlik gizlənmişdi. Elə ki, Sədinin “Gülüstan”ından
farsca parçalar oxudu, bizim dilə tərcümə elədi, Bəhruzun ürəyində onun qəribə adam olduğuna
şəkki-şübhəsi qalmadı.
– Evin-eşiyin varmı, baba?!
– Naxçıvan boyda evim-eşiyim var. Bəs deyil mənə?!
– Bəsdir! – desə də, Bəhruz daha heç nə soruşmaq istəmədi. Narbənd ağacını çəkib qurtardığı
üçün getməyə hazırlaşdı, xudahaizləşəndə nə ikirləşdisə dayanıb qocaya bir də baxdı. Pırdaşıq
saçları onu əcayib göstərirdi, bu əcayiblik arxasında gözlərinin dərinliyindən süzülüb gələn işıqda
bir nuranilik də vardı. Bəhruz onu çəkmək ikrinə düşdü:
– Baba, səni harda görə bilərəm?!
– Məsciddə, bazarda, bu ağacın altında.
– Sən başqa yerdən gəlmisən, yoxsa...
– Bu torpaqda doğulmuşam, bala. Naxçıvanın tozu var e... bu toz kimi yaranmışam, bütün
ömrüm boyu burda yaşamışam. Dərvişlər kimi başqa yerə getməmişəm. Gözümü açıb elə bu şəhəri
görmüşəm. Öləndə də elə Naxçıvanın tozu kimi qalacağam. Həə, həə, tozu kimi.
– Sən toz yox, insansan, baba!
– Bu böyük kainatda tozam, bala! Nə vaxt istəsən, gəl, məni tapmaq çətin deyil, axtaran tapar,
nə qulluğun olsa, hazıram.
– Sağ ol, baba, gələcəyəm.
* * *
Birdən qapı açıldı, Şirəlibəy içəri girdi, Bəhruz xəyaldan ayrılıb ayağa qalxdı.
– Nə edirsən, Bəhruz?! – deyə atası mənalı-mənalı soruşdu.
– Fikirləşirəm, ata.
– Nə barədə?!
– Bu gün qəribə bir dilənçi görmüşəm. Elə ağıllı sözlər danışırdı, elmli adam kimi.
– Belə adamlar Naxçıvanda çox olub, mənim balam! Zaman onları üzə çıxmağa qoymayıb.
İtib-batıblar. İndi də elə. Dilənçi bəlkə də böyük adamdır... Amma həyat onu dilənçi gününə salıb.
Sənə şad xəbər: Əliqulu Nəcəfov Tilisdən məktub göndərib.
– Həmişəlik gedib ora?