339
İthaflar
O biri otağa keçdilər, Revaz qızlarla zarafat etməyə başladı. Eteri pərt olan Bəhruzun qolundan
tutdu:
– Gəlin bura, Bəhruz, gəlin əyləşin. Ona ikir verməyin.
Revaz hardansa çaxır gətirdi, qızlar isə yemək-içmək. Gürcü qızlarının mehribanlığından
kövrələn Bəhruz hər üçünün sağlığına badə qaldırmağı təklif etdi. Revaz gözlərini qıya-qıya ona
məna ilə baxdı:
– Vallah – billah səhərdən Bəhruzu Ortaçala qızlarının yanına apara bilmirəm. Səbəbini indi
tapmışam. Bu qızlardan birinə vurulub. Bəhruz, düzünü de, hansına?
– Hər üçünə.
– O... Düz demədin, Bəhruz! – Revaz şərabı içdi – bilirəm, kimə vurulmusan! Boy... Bu nədir,
niyə içmirsən?!
– İçə bilmirəm.
– Daha nə oldu, qızlardan uzaq qaçırsan, şərab içmirsən, qorxuram axırda dostluğumuz
pozulsun.
– Qoxma, Revaz, mən dostluqda möhkəməm!
Bəhruz ordan çıxıb, Davidovski küçəsinə gəldi. Əliqulu Nəcəfovun qapısını döydü. Qapını
Qəmər açdı. Bəhruz əyilib onu yerdən götürdü, qucağına alıb üz-gözündən öpdü, ovcunu saçaqlı
konfetlərlə doldurdu. Otağa girdi, Əliqulu gözlərində pensne nəsə yazırdı. Bəhruzu görən kimi,
qələmi atıb ayağa qalxdı:
– Xoş gördük oğul! – deyə Bəhruzu bağrına basdı.– Gəl otur, nə var, nə yox Naxçıvanda,
Şirəlibəy necədir, anan necədir?!
– Hamının salamı, duası var. Nə yazırsan, Əliqulu dayı?!
– Nə yazacağam, felyeton... “Molla Nəsrəddin” jurnalı üçün. Adını belə qoymuşam: “Şəriətdə
şərm yoxdur”. Məncə pis deyil. Bu ruhanilər avam camaatın qanını sorurlar. Çıxar, oxuyarsan.
Bəhruz evə gələndə Bekker saatına baxa-baxa ikirləşirdi.
3
Səhər dərsə gedəndə xəyalında bir nəfər dolanırdı: Mariya Ratiyeva! Mərmər pillələrlə
qalxarkən, Ketovana rast oldu.
– Necəsən, Bəhruz?! Xoş gəlmisən!
– Sağ ol Keto! Sən də xoş gəlmisən.
Gülə-gülə ikinci mərtəbəyə qalxdılar. Qapının yanında heç kəs yox idi. Bəhruz heyrətlə:
-Nə əcəb Revaz görünmur?! – soruşdu.
– Birinci biz gəlmişik! – Keto şən əda ilə güldü.
Elə bu zaman Xəlil Musayevin uca boyu qaraldı, yaxınlaşıb Bəhruzla öpüşdü, zarafatla
Ketonu da öpmək istəyədə, o – ehey... deyə geri çəkilə-çəkilə qışqırdı. Sonra Lado, sonra Kosta,
sonra Mişa Çiaureli, sonra o biri tələbələr...
İlk dərsdə Oskar Şmerlinq içəri girdi, tələbələrin yay işləri ilə maraqlandı. Hər tələbə ayağa
qalxıb divar boyu bir-iki şəkil düzdü. Öz-özünə balaca bir sərgi yarandı. Şmerlinq şəkilləri gözdən
keçirə-keçirə sinifdə qopan coşğun və kəskin mübahisəyə qoşuldu. Bəhruzun “kafər” deyə qışqıran
340
İthaflar
Qulam Heydəri əl – əl gəzdi. Hamı Şmerlinqin təriləyəcəyini gözləyirdi. Əksinə, o, ikirli – ikirli
Bəhruza tərəf baxanda, otağa dərin, intizarlı bir sükut çökdü.
– Satira sənin yolun deyil, Bəhruz! Sən öz yolunu tapmalısan! Başqalarını təqlid etmək sənətə
yaddır.
Şmerlinqin bu ciddi tənqidi onu sarsıtdı. Uşaqlar da özlərini itirdilər. Gərgin vəziyyət yarandı.
Müəllim özü də belə gərginliyi gözləmirdi, yavaş-yavaş söhbətini Bəhruzun sulu boya ilə işlədiyi
mənzərənin üstünə gətirib çıxartdı. Bununla gərginliyi azaltmağa nail ola bildi, sonra o biri uşaqların
işlərinin təhlilinə başladı.
Bəhruz, necə oldusa, birdən arxaya çevrildi, Kostanın böyründə əyləşən Mariyanı görüb
diksindi. Gözləri ilə onun gözlərini tutmaq istədi, duydu ki, Mariya ona yox, müəllimə baxır. Amma
gözlərini çəkmədi, inadla baxanda Mariyanın dözə bilmədiyini, azacıq qızardığını, gülümsündüyünü
və başını aşağı dikdiyini gördü. Bəhruz üzünü sinfə sarı çevirdi.
Tənəffüsdə Mariyanın yanına getdi.
Mariya heç kimə baxmadan nəsə çəkirdi. Çiyinlərindən zərif, rəngarəng, tül şal sallanırdı,
saçlarını yığıb gül şəklində arxada sancaqlamışdı. Bəhruz onun yanında durub:
– Salam, Mariya! – dedi.
– Salam! – deyə Mariya ona baxmadan pıçıldadı.
– Necəsən, Mariya?!
– Pis deyiləm. Bəs sən necəsən, Nazlı necədir?!
– Nazlının toyu oldu.
– Necə? – Mariya işindən ayrılıb, heyrətlə Bəhruza baxdı – toyu?!
– Bəli! – Bəhruz qızarıb başını aşağı dikdi. Mariya ona təsəlli vermək məqsədilə:
– Daha nə etmək olar?! – dedi – Nazlının toyu olub, çox yaxşı, kədər, dərd nəyə gərək?!
4
Bəhruzun Naxçıvan toyuna aid əsərini Toidze bir neçə dəfə gözdən keçirdi. Sonra çaparın
eskizlərinə, qaralamalarına baxdı. Uzun müddət ikirləşdi və soruşdu:
– Niyə axıra qədər işləməmisən?!
– Çaparın vaxtı yox idi.
– Onu hökmən tap, çoxlu qaralama elə. Başqa çaparı yox, elə bu çaparı... yaxşı bir əsərin
ruşeymini görürəm. Çapar. Naxçıvan çaparı. Qiyamət bir əsər yaratmaq olar, koloritli, gözəl, canlı...
tələsmə, Bəhruz, sən bu çapar haqqında yaxşı-yaxşı düşün. Naturadan çox çək, onda istədiyinə nail
ola bilərsən. Səndən bir söz soruşmaq istəyirəm: Şmerlinqin tənqidinə necə yanaşırsan?!
– Həm haqlıdır, həm də yox...
– Nəyə əsasən belə deyirsən?!
– Buyurun, baxın! – deyə Bəhruz ona bir şəkil uzatdı – Necədir, şəkildəki tanışdırmı?!
Toidze diqqətlə baxdı, sonra qəhqəhə ilə gülməyə başladı:
– Bu ki, bizim Revazdır – dedi – Əl-qolunu ölçə-ölçə danışan vəziyyədə çəkmisən.
– Bəli!
– Təbiidir. Ayrı-ayrı detalları yaxşı verə bilmisən. Afərin. Amma bunlara baxmayaraq, əzizim,
341
İthaflar
Bəhruz, Şmerlinqin sözlərində böyük həqiqət var, çünki sən karikaturaçı deyilsən, elə Revazın
portretini götürək, burada sən özün yoxsan, çünki sənə məxsusu cəhətlər yoxdur, çünki bu əsər
Bəhruzun deyil, sanki başqa bir adamındır. Sənin yolun, ruhun ayrıdır, bəlkə də, Naxçıvan toyunda,
Nax
çıvan çaparında üzə çıxacaqsan?!
– Başa düşürəm.
– Çox şadam. İndi kimin dərsidir?!
– Nikoladzenin.
– Nikoladze sevdiyim sənətkarlardan biridir. Əminəm ki, onu sən də sevəcəksən.
– Sevirəm!
– Əgər sevirsənsə, onu dərindən başa düşməlisən. Nikoladze bəlkə də yaxşı müəllim deyil,
ancaq yaxşı sənətkardır.
Bəhruz ondan ayrılıb, uzun dəhlizə çıxdı, Nikoladzenin birinci mərtəbədə yerləşən
emalatxanasına doğru getdi, mərmər pillələri düşüb, Polenovun “Göl” tablosunun önündən keçdi,
elə bu zaman Mariya Patiyeva ilə üz-üzə gəldi.
– Salam, Bəhruz!
– Salam! – Bəhruz ötüb keçmək istəyəndə Mariya onun qolundan tutub saxladı, gözlərinin
içinə baxıb ciddi halda soruşdu:
– Nə olub sənə?!
– Heç...
– Hamısını başa düşürəm, Bəhruz, anlayıram ki, Nazlını çox sevirsən, unuda bilmirsən. Ancaq
məni heç cürə başa düşmək istəmirsən. Yəqin ki, heç zaman başa düşməzsən də! Hələlik, Bəhruz!
– Hələlik!
Nikoladzenin emalatxanasında, bir küncdə əyləşən Bəhruz Mariyanın sözləri haqqında
ikirləşirdi. Elə xəyala dalmışdı ki, hər şeyi unutmuşdu. Müəllimin qarşısında dayandığını görsə
də, öz aləmindən ayrıla bilmirdi. Müəllim mehribanlıqla və heyrətlə Bəhruza baxırdı. Tələbələr
gülürdülər. Get-gedə bu gülüş qəhqəhələrə çevrildi. Bəhruz o yan– bu yana baxıb qızardı,
Nikoladzenin mehriban üzünü görən kimi sakitləşsə də, dərhal ayağa qalxdı.
– Əyləş, oğlum, əyləş! – deyə Nikoladze əlini onun çiyinlərinə qoydu – Narahat olmağa
dəyməz. Bil ki, xəyalsız sənətkar yoxdur!
Dedi, geri çevrilib, öz yerinə qayıtdı. Müxtəlif heykəllərlə dolu olan bu emalatxanadan
işgüzarlıq əhval-ruhiyyəsi yağırdı. Bəhruz bu dəfə işləyə bilmir, hara baxırdısa, Mariyanın səsini
eşidirdi.
5
Bəhruz Şeytanbazara yaxınlaşanda, uzaqda, ağ çadrada bir qızı görüb ildırım vurmuş kimi
yerindəcə dayandı. Elə bu anda dünya gözlərində sehrləndi, təzə bir möcüzənin baş verəcəyini
gözləməyə başladı. Ağ çadralı qız ona tərəf gələndə elə bildi Nazlıdır. Qız yanından ötüb keçdi,
Bəhruz titrədi, insan-insana necə oxşarmış! Nazlı kimi qəşəng, təravətli, ağappaq. Kiminsə:
– Təbrizə... Təbrizə... – qışqırığı Bəhruzu bu hisslərdən ayırdı. O yanda, divar dibində yerə
Dostları ilə paylaş: |