336
İthaflar
5
Bəhruz bütün günü Naxçıvanı gəzib dolandı, hay-küylü bazara girdi, çarşılardan keçə-keçə,
satıcıların üzünə baxa-baxa ötdü, bir də gördü ki, sakit, dar bir küçə ilə gedir.
Bəhruz Şahab məhəlləsində, Süddü nənənin yanından keçib, yenə tanış küçəyə gəlib çıxdı.
Bilirdi ki, bu küçə Naxçıvanın kənarına çıxır, ordan isə Haça dağ və ətrafındakı silsilə dağların
mənzərəsi açılır.
Sövqi-təbii bir duyğu Bəhruzu bu dağlara doğru aparırdı. Xeyli irəlidə, ətrafı kərpic hörgülü
qapını, onun qarşısındakı iri daşın üstündə əyləşən qocanı görəndə ayaq saxlaya bilmədi. Qocanın
ağappaq saçları alnına, üzünə tökülmüşdü. Görkəmindən yazıqlıq yağırdı. İri gözləri qızarmışdı,
ona salam verən Bəhruza heyrətlə baxırdı.
Qoca əlini dəlicəsinə kərpicli qapıya doğru uzatdı:
– Qızım azara düşüb, oğul! – dedi – o qədər zülm etdilər ki, biçarə qız gül kimi solub. Gözüm
görə-görə əlimdən gedir. Gecə-gündüz allaha yalvarıram ki, ona nicat qapısı açsın!
Bəhruz dayanmadı, onsuz da dərd əlindən qaçırdı, hər yerdə yenə dərdə rast olurdu. Qocanın
səsi hələ də gəlirdi. Qarşıda isə genişlik və bu genişlikdən uzaqda dağların silsiləsi açıldı. Bəhruz
elə bil birdən-birə dirçəldi, hər şeyi, hətta indicə gördüyü qocanı da, onun sözlərini də unutdu. Baş
alıb bu genişliyin qoynunda dağlara doğru irəlilədi. Bu anda düşündüyü, gördüyü bu genişlik, bu
dağlar idi, gedə-gedə onların içində ərimək istəyirdi.
Axşam evin dəhlizində salınmış döşəkçədə uzanan Bəhruz uzun, qotazlı mütəkkəni qatlayıb
qollarının altına qoymuşdu və Nazlını düşünürdü. Nazlı sabah gəlin gedirdi. Demək, onunla bağlı
olan hər şey – görüşlər də, xatirələr də, həyəcanlı anlar da sona çatırdı. Həyət zil qaranlıq idi,
uzaqdan cırcıramaların səsi eşidilirdi. Bağçadan xışıltı gəldi, astadan kimsə:
-Bəhruz! – deyə səsləndi, quyu dibindən gələn bu kövrək, bu həzin səsdəki kədər Bəhruzun
bütün varlığını titrətdi. Sıçrayıb özünü qaranlığın qoynuna atdı və bu qaranlıqda canlı işıq gördü.
Nazlı titrəyə-titrəyə onun qarşısında dayanmışdı.
– Sənsən?!
– Mənəm, Bəhruz, mən biçarə...
– Qorxmadın?!
Bəhruz qızın əllərindən tutdu, əlləri də titrəyirdi.
– Bu gecə vaxtlı qəbeh iş tuturam, qəbeh! Xudavəndi-aləm bu günahımı mənə bağışlamaz!
Sabah axşama yaxın küçədə hay-küy, mərəkə qopdu. Qara zurnanın səsi yeddi məhəlləyə yayıldı.
Eyni çiçək kimi bir-birinə oxşayan qırmızı çadralı qızlar böyürə-böyürə söykənib durmuşdular.
Çəhrayı, ağ, sarı rəngdə çadra örtmüş qadınlar qırmızı çadralıların cərgəsinə qoşulmurdular. Hasar
üstündən, damdan baxanların sayı çox idi, küçənin o başından uşaqların qışqırığı eşidildi, qabaqda
bəzəkli fayton, dalınca da başqa faytonlar gəlib Nazlıgilin taybatay açılmış qapısı ağzında dayandı.
Faytonçu Kərbəlayi Abbasın özü də bəzənmişdi, ipək köynək geymiş, belinə göy qurşaq
bağlamış, başına ağımtıl tüklü papaq qoymuşdu. Faytonu isə tanınmaz olmuşdu. Qotazlı, bəzəkli
atların üstünə rəngarəng balaca xalılar salınmış, başına gül çələngi bağlanmış, gəbə döşənmiş, hər
tərəi; üstü, yanı, arxası qırmızı, sarı, abı, lentlərlə sarınmışdı.
337
İthaflar
Qırmızı çadralı qızlar həyətə doldular. Çalğıçılar küçədə tüğyan edirdilər. Bir dəstə qız-
gəlin dəhlizə çıxdı. Əlində qatlama güzgü tutmuş bir qız irəliyə keçdi. Yanları qırmızı parçalarla
bəzədilmiş güzgünün qatlanan yerləri açıldı, müxtəlif gül, quş şəkilləri ortasındakı iri, parıldayan
şüşəsi, naxışları, ornamentləri göründü.
Nazlı titrəyirdi, başına tül kimi ağ ipək şal örtmüşdü. Qatlama güzgü tutmuş qızın dalınca
onu dörd qız aparırdı. Pillələrlə enəndə qızlara şam verdilər. Onları aşağı düşməyə qoymadılar.
Küçədən beli qırmızı qurşaqlı bir gənc gəlib pillələri qalxdı, gəlinə çatıb qoynundan şal çıxartdı
və onun belinə doladı. Nazlının anası hardasa, birdən üzə çıxdı, gəncə bir cüt corab, dəsmal verdi.
Sağdış, soldış qızların şamları yandırıldı. Həyətdəki qızlara və qadınlara da şamlar paylandı.
Çöldə olanlar isə şiş ucuna gərmə keçirib, neftlə alışdırıb, məşəl kimi yuxarı qaldırmışdılar. Gəlin
həyətə enəndə qızların, qadınların da şamları yanırdı və gözəl bir mənzərə yaranmışdı.
Qabaqdakı bəzəkli fayton çırağban olmuşdu, çünki ətrafında rəngbərəng şamlar yanırdı. Gəlini
faytona mindirdilər, beş qız da yanında. Kərbəlayi Abbas özünün həmişə əyləşdiyi yerdə, ayaq üstə
qalxıb bir oynadı ki! Bəzən əyilir, cilovları ayaqları arasından keçirir, bəzən də yıxılmamaq üçün
müvazinətini elə saxlayırdı ki, ona baxanları heyrət götürürdü. Elə oynaya-oynaya faytonu sürdü, o
biri faytonlar da dalınca! Ümumi hay-küy içində birdən güllə səsi gurladı. Faytonlar sürət götürdü.
Bəhruz o axşam evdə kədər içində, qəm içində işlədi, beləliklə onun “Naxçıvan toyu” əsəri
meydana çıxdı.
DÖRDÜNCÜ HİSSƏ
1
Günəşli bir gün, Bəhruz Padşahlıq bağından keçib Sarvanlar məhəlləsinə endi, ordan
dövrələmə ötüb, kiçik, dar küçə ilə məscidə doğru addımladı. Çoxdan idi ki, məscidi çəkmək
istəyirdi. Bazarçay körpüsünə çatanda, günbəzə, minarəyə təzə gözlə baxdı, məscidin qapısına
yaxınlaşdı.
Qapının böyründə əlində çubuq tutmuş, başına ağ yaylıq bağlamış bir kor divara söykənib
hərəkətsiz dayanmışdı. Bəhruz yerdəki çirkli, köhnə, sürtülmüş məxmər parçanın üstünə pul atdı,
338
İthaflar
başını qaldıranda qapının o tərəində, nüfuzedici gözlərinin dərinliyində işıq yanan ağ saçlı qoca
dilənçiyə baxdı.
– Salam, baba! – deyə ehtiramla salam verdi.
– Xoş gördük, oğul, hələ Naxçıvanın tozuna çevrilməmişəm.
– Yəqin ki, heç zaman çevrilməzsən.
– Oğul, allahın əmrindən kənara çıxmaq olmaz. Nə buyurursa, onun quluyam.
Bəhruz dilənçinin ovcuna pul qoyub, qapıdan məscidin həyətinə girdi. Günorta namazına az
qalırdı. Yavaş-yavaş gələn adamlar sağdakı hücrəyə yaxınlaşır, ayaqlarını soyunub taxta başmaqlar
geyinir, oradakı çarhovuza doğru gedirdilər. Qollarını dirsəklərinə qədər çirmələyib dəstəmaz
aldıqdan sonra başdan-başa təp-təzə xalılar döşənmiş məscidə daxil olurdular. Bəhruz yuxarı başda
dörd pilləli, üstünə qırmızı parça salınmış minbər, sağda və solda gümüş rəngli məhəccərlər, teatr
lojalarına bənzəyən alçaq eyvanlar gördü. Bu eyvanlardan zil qara pərdələr asılmışdı. Bu pərdələr
elə qara idi ki, qorxu, vahimə yaradırdı. Onlara baxanda Bəhruzun bədəni buz kimi soyudu.
Yuxarıda, günbəzin dörd tərəində rəngli, naxışlı, xırda pəncərələr işım-işım yanırdı.
Bəhruz yavaş-yavaş Zaviyyə məscidinin yanından ötüb kərpic evlərin böyrü ilə evə doğru
getdi. Axşam gah karandaş, gah da sulu boya ilə işlədi. Məsciddə gördüyü xəyalından çıxmırdı.
Qaralamalar etməyə başladı. Bir də gördü ki, nəsə çəkir. Vərəqin üstündə portret yaranır: qapqara
əbada əlini qəzəblə irəli uzadan qara saqqal bir kişi...
2
Qatar şəhərə yaxınlaşanda tanış mənzərələr; Şeyx Sənan dağı, Kür çayı, kilsələrin qüllələri,
məscidlərin minarələri, hamamların günbəzləri, uca, daş binalar görünəndə Bəhruz Tilis üçün
darıxdığını daha çox duydu. Kirayə qaldığı evə getməsi, şey-şüylərini otağa qoyub çıxması bir an
çəkdi.
Bir də gördü ki, Aleksandr bağındadır və bağın yanındakı daş binanın dəyirmi həyətinə
yaxınlaşır. Qapını açan Eteri oldu, otaqda Revazın əmisi, bibisi qızları dərhal ayağa qalxıb
görüşdülər. Revaz qonşu otaqda yatırdı. Onu oyatmaq üçün əməlli-başlı çalışdılar.Daş kimi yerindən
tərpənmirdi.
– Oho... – deyə alt paltarda qışqırdı, onu bağrına basdı. Geyinə-geyinə astadan, Bəhruzun
qulağına pıçıldadı ki, Lado ilə birlikdə axşam Ortaçala qızları ilə görüşəcəkdir. Bundan sonra
soruşdu:
– Bəlkə sən də bizimlə gedəsən?
-Yox, Revaz, yox...
-Boy, Lado demişkən lap ağ elədin ki! Əvvəl Ladonu qınayırdım ki, səninlə şit zarafat edir.
Yaxşı, yaxşı bir şey çəkib eləmisən?
– Naxçıvan toyu...
– Toyu çəkirsən, özün niyə qızlardan qaçırsan?
– Qaçmıram.
– Elə bilirsən qızlar özləri gələcək dalınca. Hay, hay...
Dostları ilə paylaş: |