Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə77/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   73   74   75   76   77   78   79   80   ...   132

 

336


İthaflar

5

Bəhruz bütün günü Naxçıvanı gəzib dolandı, hay-küylü bazara girdi, çarşılardan keçə-keçə, 

satıcıların üzünə baxa-baxa ötdü, bir də gördü ki, sakit, dar bir küçə ilə gedir.

Bəhruz Şahab məhəlləsində, Süddü nənənin yanından keçib, yenə tanış küçəyə gəlib çıxdı. 

Bilirdi ki, bu küçə Naxçıvanın kənarına çıxır, ordan isə Haça dağ və ətrafındakı silsilə dağların 

mənzərəsi açılır. 

Sövqi-təbii bir duyğu Bəhruzu bu dağlara doğru aparırdı. Xeyli irəlidə, ətrafı kərpic hörgülü 

qapını, onun qarşısındakı iri daşın üstündə əyləşən qocanı görəndə ayaq saxlaya bilmədi. Qocanın 

ağappaq saçları alnına, üzünə tökülmüşdü. Görkəmindən yazıqlıq yağırdı. İri gözləri qızarmışdı, 

ona salam verən Bəhruza heyrətlə baxırdı.

Qoca əlini dəlicəsinə kərpicli qapıya doğru uzatdı:

– Qızım azara düşüb, oğul! – dedi – o qədər zülm etdilər ki, biçarə qız gül kimi solub. Gözüm 

görə-görə əlimdən gedir. Gecə-gündüz allaha yalvarıram ki, ona nicat qapısı açsın! 

Bəhruz dayanmadı, onsuz da dərd əlindən qaçırdı, hər yerdə yenə dərdə rast olurdu. Qocanın 

səsi hələ də gəlirdi. Qarşıda isə genişlik və bu genişlikdən uzaqda dağların silsiləsi açıldı. Bəhruz 

elə bil birdən-birə dirçəldi, hər şeyi, hətta indicə gördüyü qocanı da, onun sözlərini də unutdu. Baş 

alıb bu genişliyin qoynunda dağlara doğru irəlilədi. Bu anda düşündüyü, gördüyü bu genişlik, bu 

dağlar idi, gedə-gedə onların içində ərimək istəyirdi.

Axşam evin dəhlizində salınmış döşəkçədə uzanan Bəhruz uzun, qotazlı mütəkkəni qatlayıb 

qollarının altına qoymuşdu və Nazlını düşünürdü. Nazlı sabah gəlin gedirdi. Demək, onunla bağlı 

olan hər şey – görüşlər də, xatirələr də, həyəcanlı anlar da sona çatırdı. Həyət zil qaranlıq idi, 

uzaqdan cırcıramaların səsi eşidilirdi. Bağçadan xışıltı gəldi, astadan kimsə:

-Bəhruz! – deyə səsləndi, quyu dibindən gələn bu kövrək, bu həzin səsdəki kədər Bəhruzun 

bütün varlığını titrətdi. Sıçrayıb özünü qaranlığın qoynuna atdı və bu qaranlıqda canlı işıq gördü. 

Nazlı titrəyə-titrəyə onun qarşısında dayanmışdı.

– Sənsən?!

– Mənəm, Bəhruz, mən biçarə...

– Qorxmadın?! 

Bəhruz qızın əllərindən tutdu, əlləri də titrəyirdi.

– Bu gecə vaxtlı qəbeh iş tuturam, qəbeh! Xudavəndi-aləm bu günahımı mənə bağışlamaz!

Sabah axşama yaxın küçədə hay-küy, mərəkə qopdu. Qara zurnanın səsi yeddi məhəlləyə yayıldı. 

Eyni çiçək kimi bir-birinə oxşayan qırmızı çadralı qızlar böyürə-böyürə söykənib durmuşdular. 

Çəhrayı, ağ, sarı rəngdə çadra örtmüş qadınlar qırmızı çadralıların cərgəsinə qoşulmurdular. Hasar 

üstündən, damdan baxanların sayı çox idi, küçənin o başından uşaqların qışqırığı eşidildi, qabaqda 

bəzəkli fayton, dalınca da başqa faytonlar gəlib Nazlıgilin taybatay açılmış qapısı ağzında dayandı. 

Faytonçu  Kərbəlayi Abbasın  özü  də  bəzənmişdi,  ipək  köynək  geymiş,  belinə  göy  qurşaq 

bağlamış, başına ağımtıl tüklü papaq qoymuşdu. Faytonu isə tanınmaz olmuşdu. Qotazlı, bəzəkli 

atların üstünə rəngarəng balaca xalılar salınmış, başına gül çələngi bağlanmış, gəbə döşənmiş, hər 

tərəi; üstü, yanı, arxası qırmızı, sarı, abı, lentlərlə sarınmışdı. 



337

   


        

İthaflar


Qırmızı  çadralı  qızlar  həyətə  doldular.  Çalğıçılar  küçədə  tüğyan  edirdilər.  Bir  dəstə  qız-

gəlin dəhlizə çıxdı. Əlində qatlama güzgü tutmuş bir qız irəliyə keçdi. Yanları qırmızı parçalarla 

bəzədilmiş güzgünün qatlanan yerləri açıldı, müxtəlif gül, quş şəkilləri ortasındakı iri, parıldayan 

şüşəsi, naxışları, ornamentləri göründü. 

Nazlı titrəyirdi, başına tül kimi ağ ipək şal örtmüşdü. Qatlama güzgü tutmuş qızın dalınca 

onu dörd  qız aparırdı. Pillələrlə enəndə qızlara şam verdilər. Onları aşağı düşməyə qoymadılar. 

Küçədən beli qırmızı qurşaqlı bir gənc gəlib pillələri qalxdı, gəlinə çatıb qoynundan şal çıxartdı 

və onun belinə doladı. Nazlının anası hardasa, birdən üzə çıxdı, gəncə bir cüt corab, dəsmal verdi.

Sağdış, soldış qızların şamları yandırıldı. Həyətdəki qızlara və qadınlara da şamlar paylandı. 

Çöldə olanlar isə şiş ucuna gərmə keçirib, neftlə alışdırıb, məşəl kimi yuxarı qaldırmışdılar. Gəlin 

həyətə enəndə qızların, qadınların da şamları yanırdı və gözəl bir mənzərə yaranmışdı.

Qabaqdakı bəzəkli fayton çırağban olmuşdu, çünki ətrafında rəngbərəng şamlar yanırdı. Gəlini 

faytona mindirdilər, beş qız da yanında. Kərbəlayi Abbas özünün həmişə əyləşdiyi yerdə, ayaq üstə 

qalxıb bir oynadı ki! Bəzən əyilir, cilovları ayaqları arasından keçirir, bəzən də yıxılmamaq üçün 

müvazinətini elə saxlayırdı ki, ona baxanları heyrət götürürdü. Elə oynaya-oynaya faytonu sürdü, o 

biri faytonlar da dalınca! Ümumi hay-küy içində birdən güllə səsi gurladı. Faytonlar sürət götürdü. 

Bəhruz o axşam evdə kədər içində, qəm içində işlədi, beləliklə onun “Naxçıvan toyu” əsəri 

meydana çıxdı. 



DÖRDÜNCÜ HİSSƏ

                                                    

1

Günəşli  bir  gün,  Bəhruz  Padşahlıq  bağından  keçib  Sarvanlar  məhəlləsinə  endi,  ordan 

dövrələmə  ötüb,  kiçik,  dar  küçə  ilə  məscidə  doğru  addımladı.  Çoxdan  idi  ki,  məscidi  çəkmək 

istəyirdi.  Bazarçay  körpüsünə  çatanda,  günbəzə,  minarəyə  təzə  gözlə  baxdı,  məscidin  qapısına 

yaxınlaşdı. 

Qapının böyründə əlində çubuq tutmuş, başına ağ yaylıq bağlamış bir kor divara söykənib 

hərəkətsiz dayanmışdı. Bəhruz yerdəki çirkli, köhnə, sürtülmüş məxmər parçanın üstünə pul atdı, 



 

338


İthaflar

başını qaldıranda qapının o tərəində, nüfuzedici gözlərinin dərinliyində işıq yanan ağ saçlı qoca 

dilənçiyə baxdı.

 – Salam, baba! – deyə ehtiramla salam verdi. 

– Xoş gördük, oğul, hələ Naxçıvanın tozuna çevrilməmişəm.

– Yəqin ki, heç zaman çevrilməzsən. 

– Oğul, allahın əmrindən kənara çıxmaq olmaz. Nə buyurursa, onun quluyam.

Bəhruz dilənçinin ovcuna pul qoyub, qapıdan məscidin həyətinə girdi. Günorta namazına az 

qalırdı. Yavaş-yavaş gələn adamlar sağdakı hücrəyə yaxınlaşır, ayaqlarını soyunub taxta başmaqlar 

geyinir,  oradakı  çarhovuza  doğru  gedirdilər.  Qollarını  dirsəklərinə  qədər  çirmələyib  dəstəmaz 

aldıqdan sonra başdan-başa təp-təzə xalılar döşənmiş məscidə daxil olurdular. Bəhruz yuxarı başda 

dörd pilləli, üstünə qırmızı parça salınmış minbər, sağda və solda gümüş rəngli məhəccərlər, teatr 

lojalarına bənzəyən alçaq eyvanlar gördü. Bu eyvanlardan zil qara pərdələr asılmışdı. Bu pərdələr 

elə  qara  idi  ki,  qorxu,  vahimə  yaradırdı.  Onlara  baxanda  Bəhruzun  bədəni  buz  kimi  soyudu. 

Yuxarıda, günbəzin dörd tərəində rəngli, naxışlı, xırda pəncərələr işım-işım yanırdı.

Bəhruz yavaş-yavaş Zaviyyə məscidinin yanından ötüb kərpic evlərin böyrü ilə evə doğru 

getdi. Axşam gah karandaş, gah da sulu boya ilə işlədi. Məsciddə gördüyü xəyalından çıxmırdı. 

Qaralamalar etməyə başladı. Bir də gördü ki, nəsə çəkir. Vərəqin üstündə portret yaranır: qapqara 

əbada əlini qəzəblə irəli uzadan qara saqqal bir kişi...

                                                             



2

Qatar şəhərə yaxınlaşanda tanış mənzərələr; Şeyx Sənan dağı, Kür çayı, kilsələrin qüllələri, 

məscidlərin  minarələri,  hamamların  günbəzləri,  uca,  daş  binalar  görünəndə  Bəhruz  Tilis  üçün 

darıxdığını daha çox duydu. Kirayə qaldığı evə getməsi, şey-şüylərini otağa qoyub çıxması bir an 

çəkdi. 

Bir  də  gördü  ki, Aleksandr  bağındadır  və  bağın  yanındakı  daş  binanın  dəyirmi  həyətinə 



yaxınlaşır.  Qapını  açan  Eteri  oldu,  otaqda  Revazın  əmisi,  bibisi  qızları  dərhal  ayağa  qalxıb 

görüşdülər. Revaz qonşu otaqda yatırdı. Onu oyatmaq üçün əməlli-başlı çalışdılar.Daş kimi yerindən 

tərpənmirdi. 

– Oho... – deyə alt paltarda qışqırdı, onu bağrına basdı. Geyinə-geyinə astadan, Bəhruzun 

qulağına  pıçıldadı  ki,  Lado  ilə  birlikdə  axşam  Ortaçala  qızları  ilə  görüşəcəkdir.  Bundan  sonra 

soruşdu:


– Bəlkə sən də bizimlə gedəsən?

-Yox, Revaz, yox...

-Boy, Lado demişkən lap ağ elədin ki! Əvvəl Ladonu qınayırdım ki, səninlə şit zarafat edir. 

Yaxşı, yaxşı bir şey çəkib eləmisən?

– Naxçıvan toyu...

– Toyu çəkirsən, özün niyə qızlardan qaçırsan?

– Qaçmıram. 

– Elə bilirsən qızlar özləri gələcək dalınca. Hay, hay... 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə