327
İthaflar
siz də... Əliqulu, əzizim, sən ki, qonaq deyilsən. Özünü sərbəst apar. Rahatlanın, mən də indi
gələcəyəm.
Şmerlinq otaqdan çıxan kimi, Əliqulu yumşaq, dərin kresloya sərələndi, Bəhruzun üstünə
düşüb özünü zirək, dilli-dilavər, bacarıqlı aparmasını tapşırdı. Şmerlinq qayıtdı və onları başqa iri,
geniş, işıqlı bir otağa apardı. Bəhruza müraciətlə:
– İşlərini divar boyu düz – dedi – Toidze və Lonqo indi gəlməlidirlər.
Bəhruz şəkilləri bir-bir çıxarıb divar boyu yanaşı qoyurdu. Bu işə elə aludə oldu ki, Toidzenin
və Lonqonun nə vaxt gəldiyindən xəbər tutmadı. Axırıncı işini divara söykəyib, kənara çəkiləndə,
onların uzaqdan şəkillərinə baxdıqlarını görüb həyəcanlandı. Xüsusilə Lonqonun sərt sifəti onu
bərk qorxutdu. Bayaqkı tablodan sonra öz əsərləri gözündən düşmüşdü, üstəlik də belə ciddi
müəllimlərin onları diqqətlə nəzərdən keçirdiyini görəndə ümidsizliyə qapıldı.
Bu, onun həyatında ilk, böyük imtahan idi!
Gözlənilmədən Toidzenin qəhqəhə çəkməsi Bəhruzu daha da həyəcanlandırdı, düşündü ki,
heç nə, batdım. Toidze Qulam Heydərin aftafanı yuxarı qaldırıb qışqırması səhnəsini göstərən şəklə
barmağını uzadıb Şmerlinqə gülə-gülə dedi:
– Bax, ardıcılın gəlir, daha nə dərdin?!
Şmerlinq də bu şəklə biganə qalmayıb onu təbəssümlə nəzərdən keçirdi.
Lonqo irəli gəlib soruşdu:
– Bu nə ağacdır?!
– Narbənd.
– Bu ağac haqqında eşitmişəm. Ağac da orijinaldır, iş də!
Bəhruzun daha nə qorxusu, nə də ümidsizliyi vardı. Şirəlibəy susub sakit-sakit baxsa da,
təmkinli görünsə də, daxilindəki gərginliyi duymaq çətin deyildi. Əliqulu Nəcəfov isə gah Toidzeyə,
gah Şmerlinqə, gah Lonqoya izahat verir, təriləyir, mənasını deyir, yeri düşəndə zarafatından da
qalmırdı.
Baxışın uzanması Bəhruzu həm sevindirir, həm də darıxdırırdı. Nəhayət, onlar şəkillərə baxıb
qurtardı, hər üçünün ikri bir oldu. Heç şübhəsiz Bəhruzun istedadı vardır, amma çox öyrənməli,
çox işləməlidir! Bunun üçün də oxumalıdır. İşləri göstərdi ki, tələbə olmağa layiqdir!
Hamıdan çox Əliqulu Nəcəfov sevinirdi. İlk məşğələlərə qədər vaxt çoxdu, bu müddətdə bir
sıra inzibati işləri də həyata keçirmək lazım idi. Şmerlinq Bəhruza uzun siyahı yazdırdı, Toidze isə
onun tərcümeyi-halına dair qeydlər götürdü.
Bəhruzun həyatında yeni dövr başladı.
5
Bu dövrün ilk günləri bədii mağaza, kirayə ev, Şirəlibəyin doktor Şengelayanın qohumlarına
dəyməsi, onun hədiyyələrini çatdırması, ata-oğulun yazıçı Mirzə Cəlillə görüşməsi... Bəhruz bir də
ayıldı ki, atasını Tilis vağzalında yola salır.
Şirəlibəy tutqun idi, sakit-sakit oğluna baxır, nəsə demək istəyir, amma susurdu. Qatarın yola
düşməsinə az qalmış əlini Bəhruzun çiyninə qoydu:
328
İthaflar
– Narahat gedirəm, oğlum! – dedi – hərçənd salamat, fəqir növcavansan, şəkki-şübhəm də
yox. Özündən muğayat ol, tez-tez məktub yaz!
– Yaxşı yol, ata. Məndən nigaran qalmayın.
... İri pəncərəsi bağçaya açılan bu geniş otaq ona dar gəldi, köynəyini soyunub köhnə taxtın
üstünə atdı. Sağda hündür, ağır daşlı Bekker saatı qoyulmuşdu. Solda isə üst-üstə uzunsov, altı
gözlü, pianoya oxşayan qədimi şkaf vardı. Bəhruz atasının bədii mağazadan aldığı fırça qutusunun
qapağını açıb qaldırdı. Su tökmək, rəng qoymaq üçün ayrıca yerlər, qablar gördü və birdən-birə
qatarın pəncərəsində dayanan atasının kədərli, mukəddər üzünü xatırladı.
Bəhruz səhər tezdən oyandı. Səliqə ilə geyinib kağız, qələm götürüb məktəbə getdi. Mərmər
dəhlizdən keçib, yenə göl mənzərəsinə baxdı, pillələrlə yuxarı qalxıb, sinin qapısına doğru gedəndə
elə bildi ki, hamıdan əvvəl gəlib. Qapını açmaq istəyəndə, pəncərəyə söykənmiş bir gənci görüb
dayandı. Gənc uca boylu idi, yekə, yastı burnu, sifətinə ilk baxışda sərtlik gətirirdi. Əslində belə
deyildi. Gülə-gülə:
– Gəl, tanış olaq– dedi – Mən Revazam. Sən öz adını demə, çünki bilirəm. De görüm, niyə bir
saat qabaq gəlmisən, yoldaş Bəhruz Kəngərli?!
Bəhruz çaşdı, özünü itirdi, ilk dəqiqədən döşünə yatmış Revaza baxa-baxa qaldı.
– Hə, niyə dinmirsən? – Revaz yenə gülə-gülə davam etdi – Axı bu sualı sən də mənə verə
bilərsən. Elədir, yoxsa yox?! Bu gün birinci gündür, adam tələsir, can atır... Bax, odur bizim kimi
biri də gəlir. Sən tanımazsan onu, amma mən tanıyıram. Lado Qudiaşvilidir.
Gödəkboy, bığ yeri təzəcə tərləmiş, üzü işıqlı bir gənc qapıya doğru getdi, qızılı dəstəkdən
tutub dartdı:
– Hörmətli tələbə Lado Qudiaşvili! – deyə Revaz ona müraciət etdi – Otaqda hələ heç kəs
yoxdur. Buyurun, yaxın gəlin, əvvəlcə tanış olaq. Mənim adım Revaz, bu tələbənin isə adı Bəhruzdur.
Lado onlara tərəf gələ-gələ:
– Çox şadam! – üzü daha da işıqlandı – hörmətli Revaz, ərz elə görək bizi haradan tanıyırsınız?
Axı bu gün birinci gündür.
– Bəli, birinci gündür – Revaz təsdiq etdi – Maraqlanmışam. Siniimizdə kim oxuyursa,
onların siyahısı məndədir.
– Elə isə de görək, o gələn qız bizimlə oxuyur?!
– Bəli, bizimlə, Ketovan Maqalaşvilidir!
– Daha sözüm yox! – deyə Lado heyrətlə gözlərini qıydı, sini axtaran, ora-bura baxan qızı
səslədi – Keto, bura gəl! Dərsə gecikmişik.
Saçlarına bant bağlamış, naxışlı, güllü kofta geymiş, yupyumru bir qız son sözlərini eşidən
kimi qorxdu, gözlərini qırpa-qırpa onlara baxdı:
– Müəllim buraxmadı sizi?
Lado ciddi görkəm aldı:
– Yox, buraxmadı.
– Vay, bəs nə edək?!
– Bizə təkcə tələbə dostumuz Revaz kömək edə bilər. Lado Revazı ona göstərdi – Çünki yerin
altından da xəbərdardır, üstündən də...