332
İthaflar
Qızlar günorta üstü onları yeməyə çağırdılar. Stolun ətrafında əyləşəndə Lado şampan şüşəsini
götürüb açdı, şərabı qədəhlərə süzdü. Zarafat edib, hamını güldürməyə başladı. Revazın qaşqabağı
açılmırdı. Eteri hazırcavablığı, kinayəsi, mənalı sözləri ilə üstünlüyünü göstərir, o biri iki qız heç
nə demədən gülürdü. Bəhruz söhbətə arabir qarışırdı.
2
Bəhruz yenə Tilisi gəzirdi. Bu dəfə tək deyildi. Ona Lado da qoşulmuşdu, Revaz da.
Molokan küçəsindəki səs-küydən qulaq tutulurdu. Bu uzun, daşlı küçə boyunca qapıları
taybatay açıq müxtəlif dükanlar düzülmüşdü. Sənətkarlar elə küçənin ortasında işləyirdilər. Onlar
qalayçıları, dəmirçiləri, misgərləri, tənəkçiləri seyr edə-edə keçib gedirdilər.
– O kişiyə bir bax! – Lado Bəhruza nəhəng gövdəli, qara saqqalı sərt baxışlı bir misgəri
göstərdi – Nə güclü adamdır! Gəlsənə şəklini çəkək! Bəhruz ayaq saxlayıb baxdı, Revaz da
dayanıb maraqlandı. Misgər ağır çəkiclə dəmiri sürətlə döyəcləyirdi. Əzələli, tüklü qolları çılpaq
idi, boynundan önlük kimi uzun, qara dəri salmışdı. Çəkici yuxarı qaldıranda daha əzəmətli olurdu.
ətrafında köhnə, təzə qazan, güyüm, sini, dolça, kasa görünürdü. Onlar qaralamalar edə – edə
küçənin o başına kimi getdilər.
– Acmışam, Bəhruz! – deyə Lado onun qolundan tutub yaxınlıqdakı duxanı göstərdi – Gəl,
girib toqqanın altını bərkidək. Revaz, sən də gəl...
– Mən ac deyiləm. Bu duxanda gözəl şəkil var, onun xətrinə gedərəm...
Pillələrlə aşağı düşdülər. İçəri isti və rahat idi. Lado razı-razı əyləşib, ayaq üstə qurumuş
Bəhruza məəttəl qaldı, çünki özünü unudub heyranlıqla nəyəsə baxırdı. Lado onun baxdığı tərəfə
çevriləndə, divarda bir neçə qızın portretini gördü. Revaz bu şəklə küncdən dayanıb baxırdı.
– Nə olub sizə? – Lado narazılıqla dilləndi. – Gəlin, əyləşin, bir tikə çörək yeyək, şəkil
qaçmır ki!
Revaz hirsli-hirsli qabağa gəldi:
– İmkan olsa bu şəklə gündə on dəfə gəlib tamaşa edərdim, əsl sənətdir. Sənsə... Eh, Lado!
– Yaxşı, Revaz, bəsdir...
Rəssam Tilisin Ortaçala qızlarının gözəlliyini divarda məharətlə canlandıra bilmişdi. Bu
şəkildə elə salıq vardı ki, hamını günəş kimi özünə çəkirdi. Lado ram oldu:
– Nə gözəldir! – Ürəkdən dilləndi – Görəsən, kim çəkib?
– Bilmirəm. – Bəhruz dedi və Revaza baxdı. Revaz çiyinlərini atdı. Duxanın küncündə
əyləşmiş bir fəhlə dedi:
– Niko çəkib, bizim rəngsaz. İndi orada süd dükanında işləyir. Ona nəsə yazdırırlar, qapıya
vurmaq üçün...
– Gedək, uşaqlar, tanış olaq! – Revaz Ladoya yalvardı.
– Gedək! – deyə Bəhruz dostunun sözünə qüvvət verdi.
Hər ikisi qapıya cumdu, Lado narazılıqla, başını bulaya-bulaya, deyinə-deyinə onların dalınca
getdi. Süd dükanını axtarıb tapdılar. Ancaq rəngsazın bir az bundan qabağ getdiyini bilib pərt
oldular. Təzədən həmin duxana qayıtdılar. Yemək sifariş edib Ortaçala gözəllərinin şəkli çəklmiş
333
İthaflar
divara heyran – heyran baxdılar. Bu sadə, gözəl şəklin salığı hər üçünü məftun etmişdi. Yeməkdən
sonra belə baxır, ikirlərini, mülahizələrini söyləyir, ondan ayrılmaq istəmirdilər.
Duxandan çıxıb Aleksandr bağına gəldilər. Xiyabanlardan keçə-keçə indicə gördükləri
Ortaçala gözəlləri haqqında söhbətlərinə təzədən başladılar. Elə qızğın mübahisə edirdilər ki,
hər şeyi unutmuşdular. Birdən Bəhruz “vay” deyə Aleksandr bağının qarşısındakı poçta girmək
istədiyini söyləyib qaçdı, Lado da fürsətdən istifadə edib, onlardan görüşüb ayrıldı. Revaz Bəhruzun
dalınca qışqırdı:
– Səni bağda gözləyirəm, tez qayıt!
Poçtdan qayıdanda Bəhruzun üzü gülürdü. Atası Şirəlibəydən məktub almışdı. Məktubu
qatlayıb cibinə qoydu, əlini Revaza uzatdı ki, onunla görüşüb Lado kimi ayrılsın. Reyvaz onu
buraxmadı:
– Elə şey yoxdur – dedi – Eteri bizi gözləyir.
Qapını onlara sadə ev paltarında Eteri özü açdı, təbəssümü işıqlı olsa da, üzündə titrəyən
kədər kölgəsi daha güclü idi. Bu kölgə işıqlı gözlərində də, səsində də titrəyirdi. Bəhruz bunu
dərhal duydu, otağa keçən kimi Revazın üzünə baxdı. Revaz:
– Bilirəm, nə soruşacaqsan – dedi – Səbr elə!
Eteri içəri girib:
-Sizə yemək gətirimmi? – Revaza müraciət etdi – Yaxşı gürcü xəngəlimiz var.
– Lazım deyil.
– Paltarımı dəyişim, yoxsa yox?!
Bəhruz zarafatla dilləndi:
– Dəyişmə! Bu paltarda daha gözəlsən!
– Qoy görək! – deyə Eteri güldü – Bəlkə fartuk da taxım?!
– Gəl, elə-beləcə dayan!
– Bəhruz düz deyir! – Revaz Eteriyə diqqətlə baxdı – Bu sadə paltar sənə daha çox yaraşır.
Eteri daha heç nə demədi, divanda əyləşəndə onlar çəkməyə başladılar. Qızın kədərli
duruşundakı gözəlliyi kağızda canlandırmaq çətin idi və Bəhruz ən vacib xətləri çəksə də, istədiyini
ala bilmirdi. Başını azca yana əymiş, kədərli, ikirli, şahanə, zərif qızın gözəlliyi gənclik məlahəti
və təravəti ilə işıqlanmışdı. Eteri özünə qapılmış, hər şeyi demək olar ki, unutmuşdu.
3
Günlər sürətlə keçirdi. Bəhruz gündəlik qayğıların qoynundan ayrılanda gördu ki, vağzaldadır,
gördü ki, qəhqəhə çəkə-çəkə dostları onu yola salırlar. Təkcə Mariya yoxdur, bir də Mişa Çiaureli.
Revaz dostlarının əhatəsində, masabəyi kimi Bəhruza yaxşı yol arzulayırdı.
Qatar tərpəndi, yavaş-yavaş perrondan uzaqlaşdı, Bəhruz ağır bir kədər duydu...
Qatar Naxçıvana çatanda günlərlə, aylarla ürəyinə yığılan həsrət bulud kimi sıxlaşıb gözlərində
sevinc damlalarına çevrildi. Gəldiyini evə xəbər verməmişdi, odur ki, onu heç kəs qarşılamırdı.
Qatardan düşəndə stansiyanın balaca, ağ binasının böyründə dayandı. Burda hər şey ona doğma
və əziz idi, hətta adicə bir toz da! Çamadanları yerə qoyub, göz dolusu şəhərə baxdı. Faytonlar