Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə96/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   92   93   94   95   96   97   98   99   ...   132

 

380


İthaflar

6

Bəhruz hər gün Cəfərqulu xanın evinə gedir, Narıncın portreti üzərində işləyirdi.

Bu imarətdə onu Narıncdan başqa heç nə maraqlandırmırdı. Hətta hər dəfə müqavva kimi lal-

dinməz otaqda nəzarətçi kimi dayanan qulluqçunu belə görmürdü. 

Bəhruza elə gəlirdi ki, otaqda bir Narıncdı, bir də özü. Daha heç kim. 

Çox zaman susurdu. Narınc özü onu söhbətə tuturdu. 

– Təzə nə çəkirsən, Bəhruz?!

– Naxçıvan çaparını...

– Bu hardan ağlına gəlib!?

– Uşaqlıqdan. Əlixan məscidinin yanında görmüşəm, at üstündə, qılıncla...

– Mən yaxşı bir çapar tanıyıram, adı Məciddir.

– Elə onu çəkirəm.

– Bəs sən onu hardan tanıyırsan?!

– O vaxt gördüyüm çapar elə Məcid olub

– Əntiqə bığları var onun, hər dəfə görəndə məni gülmək tutur. Yəqin ki, bığlarını da çəkirsən. 

– Onsuz şəklin nə ləzzəti?!

– Atam bizi Makuya göndərmək istəyir, anamı, məni, bibimi... ona görə də tələsir.

– Sizi niyə Makuya göndərir ki?! 

–  Görmürsən,  Naxçıvanda  aləm  bir-birinə  qarışıb.  Heç  kəs  baş  çıxarda  bilmir.  İngilislər, 

türklər, almanlar, bizimkilər didişirlər... İndi də amerikalılar gəlib. Rey adlı bir şəxs. Türk Xəlil bəy 

gündə bizdədir. Ona görə atam bizi bu odun içindən uzağa göndərmək istəyir. Ara sakitləşən kimi 

yenə qayıdıb gələrik. 

– Rusiyada inqilab dalğası axır...

– Yəqin  xəbərin  yoxdur.  Orda  hökuməti  yıxıblar.  Təzə  hökumət  qurulub.  Naxçıvanda  da 

inqilabçılar var. Onlar da az iş görmürlər, Bakıda da aləm qarışıb.

Narıncın yanaqlarından qızartı çəkilmişdi, xal da astaca üzə çıxıb nöqtə kimi qaralırdı. 

Bəhruz bir– iki gün də gəlib getdi, üçüncü gün isə elə gözlənilməz hadisə baş verdi ki! Qələtən 

Cəfərqulu xan otağa girdi, həyəcanlı idi, üzünü qızına tutub:

– Bu axşam qonaqlarımız var– dedi – daha bu işi qurtarın, qızım, geyinib keçinməlisən. Anana 

kömək etməlisən. Vacib, hörmətli qonaqlardır...

Sonra Cəfərqulu xan Bəhruza sarı döndü:

– A bala, haqqın nə qədərdir– soruşdu və cibindən bir dəstə kağız pul çıxartdı və ona uzatdı. 

Bəhruz yerindən tərpənmədən donmuş kimi qalmışdı, asta-asta başını qaldırdı, asta-asta da ayağa 

qalxdı. Cəfərqulu xan onun hərisliklə pulları almaq istədiyini başa düşüb özündən razı halda:

– Götür, götür– dedi, – hamısını götür!

Yox,  deyəsən,  bu  qarayanız,  çatmaqaş  rəssam  pulları  götürmək  ikrində  deyildi.  Görəsən 

niyə mənə belə baxır, sanki yalvarır, sanki nəsə başqa şey demək istəyir?! Bu nədir, elə bil pulları 

görmür. Nə qəribə adamdır?! Birdən Bəhruz dilləndi:

– Xan, mən şəkli hələ qurtarmamışam. 

– Eybi yox, elə belə də yaxşıdır. 




381

   


        

İthaflar


– Ata, atacan...

– Sən sus, danışma, eşidirsən, bizim işimizə qarışma, otur yerində, şəkli də görürəm, əməlli 

başlı yaxşı şəkil çıxıb. Daha nə istəyirsən, götür pulları!

Bəhruz Narıncın tablosunu yerdən qaldırdı, asta-asta qıza yaxınlaşdı, portreti onun ayaqlarının 

yanında qoyub bərkdən dedi:

– Bunu sizə hədiyyə verirəm, Narınc xanım. Qoy məndən yadigar qalsın! 

Sonra pulları əlində tutan, heyrət içində baxan Cəfərqulu xanın yanından keçib rəng çamadanını 

götürdü, bir də onlara tərəf çevrildi, astaca baş əydi və otaqdan çıxdı. Cəfərqulu xan qıpqırmızı 

qızarıb, pərt halda, əsəbi halda əlini yellədi. Bu vaxt Narınc ayaqlarının altındakı şəkili götürüb 

baxdı, yerindən qətiyyətlə sıçrayıb:

– Bəhruz! – deyə bərkdən onu səslədi, ildırım kimi otaqdan çıxıb rəssamın ardınca qaçdı. 

Dərhal  qapılar  açıldı.  Bəhruz  bu  qoşa  qapıdan  keçib  şəhərə  çıxanda,  ziddiyyətli,  qatma-

qarışıq ikirlərin burulğanında çırpınırdı. Bilirdi ki, bu kərpic hasarın arxasında başqa dünya var, bu 

dünyaya bir daha qayıda bilməz. Qayıda bilməzsə, demək bir daha Narıncı görə bilməz. Qarşısında 

dərd, kədər və fəlakət içində bir şəhər vardır. Bu şəhərin dörd tərəində uzaqda ucalan dağlar vardı, 

bu şəhəri, bu dağları görəndə yüngülləşən kimi, sevinən kimi oldu. Çevrilib hər tərəfə göz dolusu 

baxa-baxa bayaqdan qaranlıq içində olduğunu, indi isə işığın qoynuna çıxdığını güman etdi. Əhval 

–  ruhiyyəsinin  birdən-birə  belə  dəyişməsinə  heyran  qalsa  da  bir  həqiqəti  aydın  başa  düşdü:  bu 

şəhərsiz, bu dağlarsız yaşaya bilməz. 

Gözlənilmədən qoca dilənçi ilə üzbəüz gəldi. Bəhruz onu dərhal tanıdı, ancaq qoca dilənçi 

əsasını taqqıldada-taqqıldada keçib getmək istədi, ya görmədi, ya da tanıya bilmədi.

– Baba! – deyə Bəhruz bərkdən səslənəndə ayaq saxlayıb titrəyə-titrəyə çevrildi, ondan kim 

olduğunu soruşdu. 

– Naxçıvanın tozuyam, baba – deyə Bəhruz zarafat etmək istədi, qoca o halda deyildi, zarafatı 

başa düşməyib qulağını ona sarı uzatdı. Yəqin ki həm zəyif görür, həm də pis eşidirdi. Dilənçi 

əvvəlki kimi deyildi, xeyli düşmüş, arıqlamış, gözlərinin dərinliyindən süzülüb gələn işıq sönmüş, 

sümükləri  üzə  çıxmış,  avazımış  və  sərtləşmişdi. Yuxudan  ayılan  uşaq  kimi  qoca  birdən  ayıldı.

Yaxına gəldi, sevinə-sevinə:

– Tanıdım, oğlum, tanıdım – dedi. Necə varsan?

– Sağ ol, baba. Görünmürsən, yoxsan!

– Kənddəydim, oğul, özümə behişt yer tapmışdım. Qoymadılar dünyadan rahat köçüm gedim. 

Aləmi qatdılar biri– birinə. Yenə gəlmişəm bu doğma şəhərə, Allahın əmri belədir, bala, allahın. 

Kərəminə  qurban  olum,  ona  görə  qorxum  yoxdur.  Çünki  başımın  üstündə  dayanıb. Ayaqlarım 

torpaq üstə yeriyir, bəsimdir, naşükür deyiləm, xudavəndi-aləmin sayəsində hələ yaxşıyam. 

Qoca əsasını yerə vura-vura uzaqlaşdı, Bəhruz isə dayanıb uzun müddət onun dalınca baxdı.

                                                             




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə