382
İthaflar
7
Bəhruz bütün şübhələrinə, tərəddüdlərinə son qoyub Hürnisə ilə evləndi. Şirəlibəy, Şirin
xanım həyətdə, alça ağacının böyründəcə kiçik toy məclisi düzəltdilər. Nə təntənə, nə hay-küy, nə
çığır-bağır, nə də parıltılar, bər-bəzəklər! Bəhruz Hürnisəni xoşbəxt görmək istəyirdi, Hürnisə də
xoşbəxt idi, amma bu hissini açıq göstərə bilmirdi. Başına ağ, ipək kəlağayı salmış, əyninə uzun,
güllü paltar geyinmişdi. Bəhruz onu məclisə gətirməyə nə qədər cəhd etsə də, mümkün olmadı.
Babası Əşrəf bəy də ayağına getdi, Hürnisə bir daşa döndü, yerindən tərpənmədi ki, tərpənmədi.
Otağın həyətə açılan balaca pəncərəsindən baxıb bütün məclisin neçə şən və gözəl keçdiyini gördü.
Faytonçu Kərbəlayi Abbas nə oyun çıxartdı, elə bil bədənində sümüyü yoxdu, birdən elə uzanırdı
ki, qamış kimi olurdu. Birdən də dəyişib qarpız kimi şişir, gah armud, gah buzov şəkli alırdı. Bir də
görürdün ki, əlləri üstə göyə qalxıb. Bəs o gəlin, o kişi kimdir?! Nə gözəl geyiniblər. Hürnisə Əkbər
bəylə, Zöhrə xanımı görürdü. Zöhrə xanım Hürnisənin yanına gəldi, onu qucaqlayıb öpdü, boynuna
mirvari boyunbağı keçirdi. Hürnisə ömründə belə qiymətli, gözəl boyunbağı görməmişdi. Başdan-
başa ətir qoxuyan, gözəllik içində,
bər-bəzək içində sadəliklə deyib
gülən Zöhrə xanımı heyranlıqla
süzürdü. Sonra Zöhrə xanımın
şeir oxuduğunu görəndə ağzı
açıla qaldı. Bu ki, möcüzədir,
səsi də, hərəkətləri də, oxuduğu
şeirin misraları da, özü də, gül
kimi incədir. Deyəsən, bir az da
abırsızdır, heç kəsdən çəkinmir,
nə utanır, nə həya edir, özünü kişi
kimi aparır. Bir bax, təkcə mən
yox, hamı ona heyran olub, hətta
Bəhruz da, yanında oturan kişi də,
yəqin ki, əridir.
Qonaqlar dağılandan sonra,
Şirin xanım da, Şirəlibəy də ya-
xınlaşıb Hürnisəyə xeyir-dua
verdilər. Onu balaca gəlin otağına
ötürdülər. Hürnisənin gözləri dörd
oldu: təp-təzə yandırılmış alabəzək
şamların işığı titrədikcə kölgələri
divarda, tavanda əks edirdi və
xoş bir gözəllik yaradırdı. Birdən
qapı açıldı, Bəhruz içəri girib,
onu görən kimi başını aşağı dikən
Hürnisəyə yaxınlaşdı. Gözlərini
yuman Hürnisə çevrilib başını onun sinəsinə qoydu...
Toydan sonra Bəhruz evdən çıxmırdı. Həmişəki kimi, bir küncə çəkilib , şəkillərinin üzərində
çalışırdı. Hürnisəni xoşbəxt etmək onun böyük arzusu idi. Bir-iki həftə sonra başa düşdü ki, bu
həyatı bahasına başa gəlir. Çünki varlığında bir boşluq, bir soyuqluq duyurdu. Ancaq Hürnisənin
əl-qol açdığını, şənləndiyini, üzünün təbəssümlə dolduğunu görəndə bunları unudub özündən razı
qalır, hətta sevinirdi. Demək, Hürnisə xoşbəxt idi. Bir hadisə onun bu xoşbəxtliyinə kölgə saldı.
Günlərin birində, qapı ağzında qara rəngli, təzə fayton dayandı. Qapının çax-çaxı döyüldü,
Hürnisə çıxıb qapının ağzında gənc, gözəl bir qız görüb, qorxa-qorxa geri çəkildi.
– Mənə Bəhruz lazımdır! – qız dillənəndə, Hürnisə ona bir də diqqətlə baxdı. Şaşqın bir
vəziyyətdə “ Ölmüş nə qəşəng qızdır, kimdir görəsən” deyə xəyalından keçirdi, sonra :
– Bəhruz evdədir, buyurun, özü qabağa düşdü. Onun dalınca qız həyətə girdi. Həyətdəki
birinci qapının yanında dayanıb, içəri girən Hürnisəni gözlədi. Hürnisənin otağa girib tək bir söz
deməsi ilə Bəhruzun ildırım kimi yeridən şığıyıb qapıya cumması bir oldu.
383
İthaflar
Bəhruz nəinki Hürnisəni; bütün dünyanı unutdu, ona görə Hürnisənin necə çıxıb getdiyindən
xəbəri olmadı. Gözünə inana bilmirdi. Elə hey Narınca baxırdı, sanki qorxurdu ki, Narınc yox
olar. Bərbəzəklərini taxmamış qızın olduqca gözəl görünən sadə geyimi vardı, otağa keçib ətrafa
maraqla göz gəzdirdi. Bəhruz elə çaşmışdı ki, uşaq kimi qalmışdı. Birdən birə hörmə stulu Narıncın
qarşısına qoydu:
– Buyur, əyləş, Narınc!
– Yox, Bəhruz, gedirəm, vaxtım azdır.
– Bura iş otağımdır, şəkillərimi göstərə bilərəm.
– Başqa vaxt, Bəhruz! Atam bizi tezliklə Makuya göndərəcək. Fürsət düşdü, mən də bu
fürsətdən istifadə edib, yanına gəldim. Gəldim ki, səninlə görüşüb ayrılım. Şəklimi qiyamət
çəkmisən. Onu da özümlə aparacağam, Haça dağı da! Mən də uzaqdakı dağları çox sevirəm, sənin
kimi! Saatlarla dayanıb onlara baxıram, heç yorulmuram!
– Bəlkə bir az əyləşəsən, çay gətirim...
– Yox, Bəhruz, səni gördüm bəsdir, gəl, məni faytona qədər ötür!
8
Günlər keçirdi. Bəhruz maddi korluq çəkdiyi üçün şəkillərini satmaq ikrinə düşdü. Onların ən
yaxşılarını seçib bazara gətirdi. Bazarın gur yerində münasib yer tapıb şəkillərinin bir qismini xan
carçısının kərpic divarı boyunca düzdü. Çərçivəyə alınmış o biri qismini isə dükanların vitrinlərinə
qoydu. Özü kənarda vaxtını itirməsin deyə gah ayaq üstə dayanıb, gah qatlama kürsüsündə əyləşib
albomuna şəkillər çəkirdi. Bir həftə keçdikdən sonra əlində əsa tutmuş qoca dilənçi yaxınlaşıb
divarın o tərəində hıqqana-hıqqana yerə çökdü. Bəhruz qatlama kürsünü götürüb onun yanına
getdi. Qoca başını qaldırıb zəndlə baxdı:
– Kimsən, a bala?!
– Tanımadın, baba, Naxçıvanın tozu, o gün səninlə görüşən adam.
– Hə, indi tanıdım. Nə əcəb güzaranını bura salmısan?!
– Şəkillərimi satıram.
– Satırsan?! – qoca əsəbi-əsəbi soruşdu – onları almağa kimin gücü çatar?! Satma, bala, satma!
Nə qədər baha satsan, yenə qəpik-quruşdur.
Bəhruz qulaqlarına inana bilmirdi. Qocanın bu sözlərindən sonra indiyə qədər satdığı bütün
əsərlərinə görə təəssüf duydu, ağrı duydu, başa düşdüyü bir həqiqətin indi yoxsul bir dilənçi
tərəindən deyilməsi onu yerindən oynatdı. Pambıq kimi yumşaq ağlığın arasından quyu kimi
dərin, solğun gözləri ilə baxan, qırış-qırış sərt bir sifətin məna ilə dolu ifadəsini anlamaqdan uzaq
deyildi. Satdığı əsərlər elə bil heç zaman çəkilməmişdi, indi onlar Bəhruz üçün yox idi və bir daha
olmayacadı.
Elə bu vaxt qəribə bir hadisə baş verdi. Başına dəyirmi papaq qoymuş, belinə qara toqqa
bağlamış bir gənc, Bəhruzun üstünə gəldi və dişindən çıxan bütün kobud, acı, təhqiramiz sözləri
yağış kimi yağdırdı. Bəhruzun döyükə-döyükə təəccüblə baxması onu daha da qəzəbləndirdi, əlini
dükan vitrininə tərəf uzadıb ağzı köpüklənə-köpüklənə dedi:
– Atamın şəklini çəkib niyə məsxərəyə qoyursan, kimi ələ salırsan, de görüm kimi?! Niyə
onun şəklini çəkmisən?