Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə94/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   90   91   92   93   94   95   96   97   ...   132

375

   


        

İthaflar


– Onda niyə küçədə dayanmısan, keç içəri.

– Tələsmə, Bəhruz. 

– Nişanlını tapdın?

– Yox!


– Ümid də yoxdur?

– Yox!


– Bəlkə sağdır?!

– Yox, sağ deyil, yalan, doğru eşitdim ki, öldürüblər. Mənsə buna inanmıram, inanmıram. 

Yenə axtaracağam!

Bu nədir? Duman çəkildi, özü ilə bərabər qızı da aparıb getdi. Afər əllərini açıb Bəhruza doğru 

can atırdısa da, qüvvəsi çatmır, gedir, uzaqlaşır, yavaş-yavaş dumanla birlikdə qeybə çəkilirdi.

Geriyə çevriləndə Hürnisənin arxasında məzlum-məzlum dayandığını gördü.      

Bəhruz dadaş, keç yerinə uzan... 

Bəhruz  yatağa  girəndə  hiss  etdi  ki  bərk  yorulub,  tər  basıb,  ayaqlarında,  qollarında  taqət 

yoxdur. Onu dərhal yuxu apardı. Oyananda gördü ki, Hürnisə yenə əvvəlki yerindədir. Kağız, qələm 

götürüb çəkməyə başladı. Xalının üstündəki nazik döşəkçədə yun corab geydiyi ayaqlarını uzadıb 

əyləşmiş  qızın  başına  örtdüyü  güllü  kəlağayısının  ucları  sinəsindən  sallanırdı.  Onun  duruşunda 

sadə bir gözəllik vardı. 

– Kəlağayını aç başından.

Hürnisə kəlağayını açanda qap-qara, yoğun, qəşəng hörükləri sinəsində görünən kimi, Bəhruz 

Şahab  məhəlləsində,  Südlü  nənənin  yaxınlığında  gördüyü  qızı,  onun  acı  taleyini  xatırladı.  Bu 

saçlar Hürnisəni birdən– birə dəyişdi, elə bil qarayanızlılığını, burnunun azacıq kobudluluğunu, 

dodalarının solğunluğunu gizlətdi, ilk gənclik təravəti ilə dolu üzünün gözəl cizgilərini üzə çıxartdı. 

Yanaqları necə totuq idi və necə qızarmışdı. Yerə baxdığı üçün, yarıörtülü iri göz qapaqlarının 

kölgəsi üzündə titrəyirdi. Bəhruz onun hörüklərini çəkirdi.

                                                        



4

Bəhruz sağaldıqdan sonra, birinci növbədə teatrın divarlarındakı Ağrı dağın şəklini tamam 

bitirdi.  Sonra  Xoylu  məhəlləsindəki  xaraba  evləri  çəkdi.  “Qaçqınlar  silsiləsini  davam  etdirmək 

niyyətilə şəhəri gəzdi. Köhnə, uçuq evlərin divarlarına söykənən, məscid ətrafında dolanan, bazarda 

hərlənən, oğurluq edən, küçələrdə gəzən uşaqları, yeniyetmələri, qızları, qocaları bir-bir gözdən 

keçirdi. Gəzə-gəzə ən böyük arzusunu – Naxçıvan çaparı haqqındakı əsərini çəkib başa vurmaq 

üçün ikirləşdi. 

Yenə ürəyinə kədər doğdu; Padşahlıq bağına çatmamış geri qayıtdı, məscidin yanından ötüb 

Xoylu məhəlləsinə doğru getdi. Bu tərələrdə cır-cındır içində bir oğlan görmüşdü. Onu axtarıb 

tapdı, yanına çağırdı. Oğlanın üzündə heyrət, qorxu ifadəsi doğdu, yerindən tərpənmədi. Bəhruz 

özü yaxınlaşıb, məqsədini bildirib fırça qutusunu açdı, qatlama stulunu düzəldib, sulu boya ilə 

işləməyə başladı.

– Adın nədir, oğlan?



 

376


İthaflar

– Qədir.


– Heç kəsin yoxdur?

– Bacım var, axtarıram, tapa bilmirəm. Ölüb, qalıb, nigaranam.

– Necə qızdır?!

–  Məndən  balacadır,  qəşəng,  dəyirmi  sifəti  var,  saçlarında  nazik  hörüklər  hörməyi  sevir. 

Başına qırmızı yaylıq bağlayıb, adı Reyhandır.

Söz verirəm, əgər mənə rast gəlsə mütləq yanına gətirərəm.

Bəhruz Qədirlə üç gün dalbadal görüşdü, onu xaraba, uçuq evlərin yanında çəkdi. Qədir torba 

kimi  sallanan  cırıq  yamaqlı  şalvarına  uyğun  gələn  bir  köynək,  onun  üstündən  başqa  bir  şalvar 

geyinmişdi. Qırmızı köynəyin ətəkləri cırıq-cırıq idi. Bu vaxt başqa qaçqın bir oğlan yaxınlaşıb 

yanında  dayandı.  Bəhruzun  ürəyi  yenə  sıxıldı,  daha  ona  baxa  bilmədi.  Cibindən  bir  manat  pul 

çıxardıb Qədirə verəndə onun gözləri işıqlandı, pulu demək olar ki göydə “qapdı” və bazara tərəf 

qaçdı. O biri oğlan da dalınca getmək istəyirdi ki, Bəhruz yolundan saxladı:

– Dayan, a bala, gəl o daşların üstünə çıx!

– Mənə də pul verərsən?? – Yazıq-yazıq dilləndi – Acam e... Səhərdən acam.

– Yaxşı, verərəm. 

Oğlan  başını  qırmızı  yaylıqla  bağlamışdı,  köhnə  əzik-üzük  cırıq  pencəyinin  bir  tərəi 

olmadığından bir qolu çılpaq qalmış, iri, çirkli qarnı qabağa çıxmışdı. Ayaq üstə dayanmış meyitə 

bənzəyirdi.  Rəngi-ruhu  solmuşdu.  Uçuq  divarın  daşları  üstə  qalxmağa  oğlanın  gücü  çatmadı, 

hıqqanıb, ləhləyib yazıq-yazıq baxdı. Daşlara söykənib qaldı. Bəhruz iki gün dalbadal onu çəkdi, 

üçüncü gün də görüşməyi qərara aldı.

Bəhruz üçüncü gün gələndə onu görə bilmədi, soraqlaşdı, axtardı, Qədirə rast gəldi. Qədir 

təzə köynək geymişdi, əvvəlkiləri görünür tamam çıxarıb atmışdı. Doğru hərəkət etmişdi, axı köhnə 

şeyləri əynində saxlamağın nə mənası vardı?! Qədir də dünənki oğlanı heç yanda görməmişdi. 

Birdən  nə  ikirləşdisə  gözlənilmədən  uçuq  evlərə  doğru  qaçdı,  Bəhruz  da  onun  dalınca  getdi. 

Evlərin tökülən divarları arasına girən Qədir ora-bura vurnuxdu, səslədi, çağırdı, birdən özü də 

itdi, səs-səmir kəsildi. Bəhruz o yan, bu yana baxdı, şübhələndi, istədi ki, Qədiri səsləyə bu vaxt 

tükürpədici qışqırıq eşidib yerində dondu. Bəhruz Qədirin hansı tərəfdə olduğunu təyin etməkdə 

çətinlik çəkdi, uçuq divarların arasına girib yavaş-yavaş irəlilədi. Bir az sonra onu yarıörtülü bir 

otağın küncündə dayanan görüb yaxınlaşdı:

– Nə olub, Qədir?!

Qədir  hönkür-hönkür  ağlayırdı,  əli  ilə  uçulub  tökülmüş  qalaq-qalaq  daşlardan  bir  az  aralı 

ot – ələf üstündə uzanmış oğlanı göstərdi. Bəhruz dik atıldı, rəngi ağardı. Bu dəhşətli səhnədən 

Bəhruz özünə güclə gəldi, Qədirin qolundan tutub bu xarabalıqlardan uzağa apardı. Oğlanın göz 

yaşları kəsilmək bilmirdi. Bəhruz onu sakit etməyə çalışsa da mümkün olmurdu. O qaçqın oğlanın 

ölümündən  daha  çox  Qədirin  belə  dərdli-dərdli  ağlamağı  Bəhruzun  bütün  varlığını  yerindən 

oynatdı. O gün işləmək istəmədi, daha doğrusu bacarmadı, şəhəri başdan-başa ələk-vələk elədi, 

harda qaçqın qız gördüsə onu Qədirin  bacısı Reyhana bənzətdi.                                                                



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə