18
K ng rlil r
nəslindən olan nümayəndələri Naxçıvan
tüməninin hakimi, bəy nəslindən olanları isə
hakimin vəkili kimi fəaliyyət göstərirdilər. İrsi
başçı olan xan eyni zamanda Naxçıvanın xanı
olmuşdur. Yüksək səlahiyyətli məmur olan
vəkil isə xanın adından tayfa köçərilərinin
daxili işlərini tənzimləyirdi. Xanlıqlar
dövründə Kəngərlilərin bir qismi Qarabağa
köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı
Kəngərli kənd adları bununla bağlıdır. 1828-ci
il Türkmənçay müqaviləsinə görə Naxçıvan
xanlığı
Rusiyanın
himayəsinə
keçsə də, Kəngərlilərin ən nüfuzlu
nümayəndələri 1840-cı ilədək “Naib”
titulu ilə vəzifədə qalmışdılar. Çar
hökuməti həmin vaxtdan kəngərli naib
və varisləri mülkədarlıq hüququndan
məhrum etmişdi. 19-cu əsrin ortalarında
bir sıra qol və tirələrdən ibarət idilər.
Kəngərlilər arasından bir sıra görkəmli
ictimai-siyasi və hərbi xadimlər, elm və
mədəniyyət xadimləri yetişmişdir.”
Lakin Kəngərlilərin mənşəyi və
mövcudluğu tarixi bu yığcam məlumatla
məhdudlaşmır. Digər tarixi mənbə və
tədqiqatlarda da bu nəslin bu gün hər
kəsə qürur bəxş edə biləcək qiymətli
qeydlərə rast gəlmək mümkündür.
Tədqiqatçı Tərifə Kənqərlinskayanın
topladığı məlumatlar bu mənada xüsusi
diqqət çəkir: “Kənqərli nəslinin tarixi çox
qədimlərdən başlanır. Tarixçi alim, Azərbaycan
Respublikası Elmlər Akademiyasının müxbir
üzvi Mahmud İsmayılov onlar haqqında
məlumatları hələ Strabon və Böyük Pliniyin
əsərlərində, başqa sözlə desək, eramızdan əvvəl
I və bizim eranın I əsrində mövcudluğunu üzə
çıxarmışdır. “Kitabi-Dədə Qorqud”da Kəngərli
sözünə “Kanqalı” formasında rast gəlinir. “
Müəlliin qeydlərinə tapınsaq, onda
nəslin adına “Avesta”da (b.e.ə.VII əsr) Kanqh
qalası, hind eposu “Maxrabata”da Kanqi
formasında rast gəlindiyini söyləmək olar.
Persiya mənbələri Kanqdezin (fars dilində
“dez”-“qala” mənasındadır), Çin qaynaqları
isə Balxaş və Aral göllərinin arasında Karqın
yerləşdiyini qeyd edirlər.
Vaxtilə Masallının Bədəlan kəndi
yaxınlığında XIII əsrə aid Kanqlı qalası
da mövcud olmuşdur. Zamanında strateji
baxımdan əlverişli yerdə – üç tərəfdən su
ilə əhatələnmiş təpə üzərində qərarlaşan bu
qalanın bu gün torpağa gömülmüş izlərinin
mövcudluğu və adının hələ də yerli əhalinin qan
yaddaşında dolaşması da onun uzaq tarixinin
şərəli olmasından xəbər verir. Mənbələr
kəngərlilərin müxtəlif keyiy yətləri ilə yanaşı,
onların əzmkar döyüşçü və bacarıqlı atlı, hücum
və müdaiə texnikasına yaxşı bələd olduqlarını
da vurğulayırlar. Görünür rus tarixçilərinin skif
və peçeneq tayfalarının əsasını təşkil etdiyini
vurğuladıqları kəngərliləri elə bu səbəbdən
onları böyük həvəslə müxtəlif ölkələrdə hərbi
xidmətə qəbul edirdilər.
Kanqlı qalasının vaxtilə qərarlaşdığı yer.
Masallı. Bədəlan kəndi.
19
K ng rlil r
Tarixi qaynaqlarda 482-ci ildə indiki
Qərbi Azərbaycanın ərazisində Kanqer
dağlarından gəlmiş kəngərlilərin perslərlə
vuruşduğu və məğlub etdiyi barədə də
məlumatlar mövcuddur.
Daha bir maraqlı fakt isə 11-ci əsrə
aiddir. Belə ki, 1071-ci ildə oğuzların
başçısı Alp Aslan Malazkird şəhərinin
yaxınlığındakı Reqva düzündə Bizans
imperatoru Roman Diogenin qoşunu ilə
üz-üzə gəlmişdir. Vəziyyətin gərginliyini
hiss edən Alp Aslan əvvəlcə sülh
danışıqlarına başlamaq istəmişdir. Ancaq
bizanslar sayca üstün olduqlarına arxayın
olub, rəqibin qarşısında ya vuruşmaq,
ya da ki, təslim olub atları və silahları
təhvil vermək şərti qoyurlar. Alp Aslan
şuranı toplayıb vəziyyəti müzakirə
edir və müqavimət göstərməyə qərar verir.
Oğuzlar qeyri bərabər döyüşə başlayırlar və bu
qarşılaşma bizanslar üçün gözlənilməz nəticə
verir. Roman Diogenin ordusundakı çoxsaylı
kəngərlilər oğuzların türk olduğunu bilib onlar
tərəfə keçirlər. Döyüş bizansların darmadağın
edilməsi ilə sonuclanır, imperator və onun həyat
yoldaşı əsir alınırlar. Tədqiqatılar bu qələbənin
bizans torpaqlarının oğuzların nəzarəti altına
keçməsinin başlanğıcını qoyduğunu bildirirlər.
Bu döyüş əslində indiki Türkiyə dövlətinin
yaranma tarixinin başlanğıcını qoymuşdur,
desək, həqiqəti söyləmiş olarıq.
Türkiyəli tarixçi Faruq Sümərin
qənaətincə Şah İsmayıl Xətainin hakimiyyətə
gəlməsində də kəngərlilərin böyük rolu
olmuşdur. Ümumiyyətlə, Səfəvi hökmdarları
kəngərlilərin döyüş qabiliyyətlərini yüksək
dəyərləndirmiş, onlardan ibarət xüsusi hərbi
dəstələri yaratmışlar. Zamanında bu dəstənin
Şah İsmayıl tərəindən Xorasana göndərilməsi
də, sərhədlərin türkmənlərin davamlı şəkil
alan hücumlarından qoruması məqsədi
daşıyırdı. Bu dəstələrə elə kəngərlilərin
sırasından komandanların təyin olunması da
səfəvi hökmdarlarının onlara olan inamının
göstəricisi idi.
Əgər sonrakı illərin yazılı mənbələrinə
istinad etsək, onda Kəngərli nəslinin xatırlan-
masına və dəyərləndirilməsinə fransız səyyahı
Jan Şardenin (XVII əsr), türkiyəli səyyah Öv-
liya Çələbinin (XVII əsr), rus yazıçısı Alek-
sandr Sergeyeviç Qriboyedovun (XIX əsr) və
b. yazılarında rast gəlmək mümkündür.
Rus tarixçisi Vasili Nikiforoviç
Qriqoryevin “Nax çıvan əyalətinin statistik
təsviri” (1833) kitabında Kəngərli nəsli
haqqında yaz dıq larını da xatırlatmaq yerinə
düşərdi: “Onlar möhkəm, dözümlü, əməksevər,
uzun müddət aclığa dözməyi bacaran
Naxçıvan xanlığının Dövlət və döyüş bayrağı.