31
R
ssamın dövrü v mühiti
Ç
ox qısa ömür yolu qarşılığında
duyulası dərəcədə məhsuldar
işləyən və özünün çoxşaxəli
fəaliyyəti ilə əsl ziyalılıq nümunəsi sərgiləyən
Bəhruz bəy Kəngərlini sözün əsl mənasında
XX əsrin ilk qərinəsini əhatə edən Azərbaycan
incəsənətinin ən parlaq siması, yaratdığı
əsərləri isə milli təsviri sənətimizə yeni
bədii ruh bəxş edən qiymətli irs saymaq
olar. Həyat və fəaliyyəti ilə “Azərbaycan
rəssamlığının səməndər quşu” ayaması
daşımağa layiq olan Bəhruz bəy haqqında
ətralı söz açmazdan əvvəl onun dünyaya
göz açdığı mühit haqqında danışmağa
ehtiyac duyduq. Çünki, XIX əsrin sonu
XX əsrin əvvəllərində Azərbaycanda,
o cümlədən də rəssamın doğma şəhəri
Naxçıvanda, bütünlükdə isə Cənubi
Qafqazın mədəniyyət məkanında nələrin
baş verdiyini dəyərləndirmədən “Bəhruz
bəy Kəngərli fenomen”inin yaranmasına
inandırıcı aydınlıq gətirmək çətin olardı.
Əgər XIX əsrin rəssamın dünyaya
gəlişinə kimi yaşanan mühüm tarixi
hadisələrini xronoloji ardıcıllıqla izləməli
olsaq, onda ilk növbədə bütöv Azərbaycanın
bölünməsini şərtləndirən Gülüstan (1813)
və Türkmənçay (1828) müqavilələrinin
adını çəkməliyik. Müqavilə İranla Rusiya
arasında bağlansa da, əslində onun heç vaxt
unudulmayacaq zərbəsi birbaşa Azərbaycana
dəydi. Şimali Azərbaycanın o vaxtdan
başlanan iqtisadi-siyasi və mədəni-mənəvi
inkişafı təbii olaraq bütün mənalarda ruhunu
dəyişməyə məcbur oldu. Əgər bunu bilavasitə
incəsənət sahəsinə şamil etməli olsaq, bu
zaman onun mövcud olan hər bir sahəsinin
məna-məzmun tutumunun yeni-yeni çalarlar
aldığını vurğulamalıyıq. Memarlıq, təsviri və
tətbiqi sənətdə yaranan bədii-estetik dəyərlərin
duyulası dərəcədə yeniləşməsi qarşılığında,
onların yeni-yeni nümunələrinin bədii ifadə və
məna-məzmun tutumunda fərqli estetik dəyər
daşıyıcılarının işartıları da görünməkdəydi.
Azərbaycan gerçəkliyində incəsənətin bütün
sahələrinin təşəkkülündəki bu evolyusiya nə
qədər təbii olsa da və bu “yeniləşmə”nin alt
qatında gizlənənlər birdən-birə görünməsə
də, tezliklə üzə çıxmağa, faş olmağa məhkum
idilər. Bilavasitə Azərbaycan təsviri və
tətbiqi sənət növlərində bunun qabarıq
görünən tərəi milli bədii tanınma nişanı kimi
qəbul olunan miniatür üslubunun tədricən
Avropa-rus rəssamlığından gəlmə ifadə
vasitələri ilə əvəzlənməsi idi. Təbriz miniatür
məktəbinin tənəzzülündən sonra Azərbaycan
rəssamlarının Qərbin gerçəkçi-realist sənət
ənənələri ilə tanışlığı və bunun əvvəlcə “Qacar
üslubu” formasında ifadəsi, daha sonra isə
rus incəsənəti ilə təmasın nəticəsi olaraq milli
tutumlu rəssamlığımızın yeni və yad çalarlarla
zənginləşməsi baş verir ki, bu da sonda bir
müddət özünü ənənə və müasirliyin vəhdəti
formasında (M.Q.İrəvani, M.M.Nəvvab,
X.B.Natəvan, Usta Qənbər və b. yaradıcılığı)
təzahür etdirsə də, XX əsrin əvvəllərində
ölkənin Rusiya tərəindən işğalından sonra bir
tendensiya kimi arzuolunmaz hesab olunur.
XIX əsrin təsviri və tətbiqi sənətində
baş verən bu dəyişikliklərlə yanaşı, milli
R¬ssam¯n dºvr³ v¬ m³hiti