368
İthaflar
diqqətlə qulaq asan Bəhruzun bir gözü Nazlının əri Ziya bəydə idi. Ziya bəyin dünya vecinə deyildi,
Əliqulu Qəmküsarın nitqinə heç qulaq asmadı, amma qədəhi dərhal başına çəkdi. Nə söhbətlər,
nə mübahisələr onu maraqlandırırdı. Dalbadal içir, bəzən atmaca atır, şit-şit gülürdü. Əkbər bəy
özünü son dərəcə təmkinli aparırdı. Danışığında, rəftarında yüksək nəzakət və mehribançılıq vardı.
Bəhruz tanıdığı vaxtdan hələ onun hirsləndiyini, qışqırdığını görməmişdi. İndi məclisə müraciətlə
söz aldı, ayağa qalxıb Naxçıvan ziyalılarının, o cümlədən şair Əliqulu Qəmküsarın və rəssam
Bəhruz Kəngərlinin şərəinə badə qaldırmağı təklif etdi. Hamı səs-səsə verdi.
Kimsə söz arası Zöhrə xanımın gözəl şeir oxumasına işarə vurdu, bu, kifayət oldu ki, hamı
ona sarı çevrilsin. Zöhrə xanım özünü naza qoymadan, həvəslə ayağa qalxdı, oxumağa başladı.
Əvvəlcə Füzuli səsləndi. Bəhruz bu qəzəlləri onun ifasında ikinci dəfə dinləsə də, yenə məftun oldu.
Qulaq asa-asa Zöhrə xanıma baxırdı. O, uzun ətəkli göy paltar geyinmişdi, bu paltara, uyğun gələn
sırğaları, boyunbağısı, qolbağı, barmağında füruzə qaşlı iri üzüyü, mavi rəngdə bərq saçırdı. Sonra
Zöhrə xanım Xətaidən, daha sonra Heyran xanımdan oxudu. Heyranın zəriliklə dolu qəzəlləri
onun məlahətli ifasında hamının ürəyinə yatdı. Bəhruz isə Zöhrə xanımın həm zahiri, həm daxili
gözəlliyinə heyran qalıb, ürəyində portretini yenə işləmək haqqında düşündü. İndi məclisdə çıxış
edən bu qadının gözəl aktyorluq qabiliyyəti göz qarşısında idi, ancaq səhnə söhbəti olsaydı hələ
Əkbər bəy bir yana, özü buna razılıq verməzdi. Əliqulu Qəmküsar bu heyrətini, məftunluğunu
gizlədə bilmədi. Məclisin gözəlliyini təkcə Ziya bəyin hıçqırığı pozurdu. Əliqulu Zöhrə xanımın
ünvanına xoş sözlər deməkdən çəkinmədi, hər dəfə Ziya bəy hıçqıranda sözünü kəsib azacıq sükut
edir, ona tərs-tərs baxırdı. Ziya dolu badəni başına çəkib Əkbər bəyin qulağına nəsə pıçıldadı, çıxıb
getdi.
Bəhruz evə gec gəldi, otağı yenə tər-təmiz, səliqəli, sahmanlı idi. İş stolunun üstünə yumşaq,
naxışlı, döşəkçə qoymuşdu. Döşəkçənin üstündə, qızılı saplarla “B” həri yazılmışdı. Xalının
üstündə axşam süfrəsi açılmışdı. Eləcə də qalmışdı. Güllü çaydan hələ soyumamışdı. Bəhruz çay
süzdü, mütəkkəyə söykənib çayı içə-içə düşündü. Bilirdi ki, bütün bunlar Hürnisənin işidir. Bəhruz
ona hörmət, mərhəmət duyğuları bəsləsə də, bircə damcı da olsun məhəbbəti yox idi, həm də ona
acıyır, yazığı gəlirdi. Qəribə o idi ki, Mariyanı da sevmirdi, ancaq hardasa Mariyaya laqeyd də
deyildi. Hürnisə isə böyüdükcə, yaşa dolduqca yaxşılaşsa da, məlahətləşsə də yenə Bəhruz üçün
soyuq və uzaq idi.
Əkbər bəyin məclisindən sonra, yeni teatr uğrunda mübarizə daha da qızışdı. Əliqulu Qəmküsar
yenə odlu çıxışlar edirdi, gah məktublar, gah da həcvlər yazırdı. Nəhayət, mübarizə qələbə ilə başa
çatdı. Padşahlıq bağındakı bina teatra verildi. Bu isə əsl bayrama çevrildi. Bəhruz yeni tapşırıq aldı:
teatrın səhnə tərəində Ağrı dağın şəklini çəkmək! O biri tərəindən də, Əliqulu məşqləri qurtarmağa
çalışır, Bəhruzu tələsdirirdi. “Hacı Qara” tamaşasına onun sürətlə çəkib hazırladığı şəkilləri görəndə
Əliqulu Qəmküsar xeyli müddət baxa-baxa qaldı, sonra balaca dostunu qucaqlayıb bağrına basdı.
Tamaşa günü göz qırpımında gəlib çatdı. Əliqulu Qəmküsar yerə-göyə sığmır, pərdə arxasından
zala baxır, aktyor dostlarını həvəsləndirir, uzun, qara papaqda, əbada, əlində təsbeh, Hacı Qara
kimi ciddi bir halda gəzişir, dekorasiyaları fərəhlə gözdən keçirir, bir yerdə sakit dayanmırdı.
Pensneyə öyrəşdiyi üçün onsuz lap darıxırdı. Axı indi özü deyildi, özünü unutmuşdu. Hacı Qara
kimi hirslənir, onun ədaları, hərəkətləri ilə davranırdı. Hamı onu bir rejissor kimi yox, Hacı Qara
369
İthaflar
kimi görürdü. Tamaşaya gələnlər başdan-başa kişilərdən ibarət idi. İşıqlar sönəndə Əliqulu gizlicə
zala baxdı, müxtəlif formalı papaqların yaratdığı mənzərə onu qorxutdu, bir vahimə basdı. Sən
demə, Bəhruz bayaqdan elə bu papaqları çəkirdi. Həm də tamaşanın başlanmasını səbirsiliklə
gözləyirdi. Bu, onun teatrda ilk işi deyildi, amma nədənsə ona ayrı cür məhəbbət, ayrı cür maraq
bəsləyir, hətta gizli, daxili bir həyəcan varlığını bürüyürdü. Bütün səhnəni yaxşı görsün deyə ilk
cərgələrin tən ortasında əyləşmişdi. Pərdələr açılanda karandaşını, kağızını gizlədib gözlərini
səhnəyə zillədi. Səhnənin tam quruluşunu görən kimi tamaşaçıların arasında heyranlıq doğuran
uğultu dalğa kimi ötüb keçdi. Bəhruzun bayaqkı həyəcanını indi sevinc əvəz etmişdi. Naxçıvanda
keçən teatr tamaşalarını xatırladı, xüsusilə Hacı Nəcəf Zeynalovun evində verilən, sonralar “El
güzgüsü” adlı dram cəmiyyətinin “Rüşdiyyə” məktəbində göstərdiyi tamaşaları! Bu yeni tamaşanı
onlarla müqayisə etmək heç düzgün deyildi.
Bəhruzun indi baxdığı tamaşa isə əsl və gözəl tamaşa idi. Hadisələr get-gedə inkişaf edir, bir
çay kimi axıb keçir, camaatda isə maraq güclənirdi. Əliqulu Qəmküsar elə gözəl, elə təbii oynayırdı
ki, sanki səhnədə Hacı Qaranın özü idi. O həm də tamaşaçıları güldürməyi bacarırdı. Kişilərin
qəhqəhəsi az qalırdı teatrın binasını uçursun. Hər dəfə belə qəhqəhə qopanda Əliqulu elə bil göyə
qalxırdı.
Şirəlibəy bu tamaşadan bir gün sonra Əliqulu Qəmküsarı evinə qonaq çağırdı. Həyətə girən
kimi alça ağacını görüb duruxdu, yaxınlaşıb dedi:
– Şirəlibəy, yadındadır, bu ağac?!
– Niyə yadımda deyil, bapbalaca idi. Bizim Bəhruz kimi. Ağac da elə bizim Bəhruz kimi
böyüyüb.
– Elə bil dünənki ağac deyil.
– Hər şey dəyişir, Əliqulu.
– Bəhruz da elə dünənki Bəhruz deyil. Bəh, bəh yenə Naxçıvan plovunun ətri külli-aləmi
götürüb.
– Keç içəri, Əliquli, təki həmişə sən gələsən, bizim evdən də Naxçıvan plovunun ətri gəlsin.
Onlara Bəhruz xidmət göstərirdi. Bacısı Tahirə hər şeyi qapıya gətirir, orda Bəhruza verirdi.
Bəhruz bunları gətirib səliqəylə süfrəyə qoyurdu. Bütün işləri qurtarıb, keçib özü də Əliqulunun
yanında əyləşdi. Şirəlibəy qəşəng kostyum geyinmişdi, qara saqqalını səliqəylə təzəcə vurdurmuşdu.
Qısa saqqal onu cavan, təravətli və təmkinli göstərirdi. Əliqulu diqqətlə Şirəlibəyi süzüb:
– Göz dəyməsin, bəy, yaxşı qalmısan! – dedi.
– Sən də pis deyilsən, Əliqulu! Dünənki tamaşan da qiyamətdir. Bütün Naxçıvana səs salıb,
hamı ondan danışır. Camaat yaman bəyənib. Teatr yaxşı şeydir.
– Həm də camaatın gözünü açır. Hələ bu harasıdır, Şirəlibəy, bundan on qat yaxşı tamaşalar
hazırlayacağam. Həvəsim çoxdur. Təki sağlıq olsun.
– Hər şey sağlıqla bağlıdır, Əliqulu! Sən bizim xalqa çox lazımsan. Ölmək haqqında düşünmək
hələ tezdir.
– Mərhəba! Mən də bu ikirdəyəm, ölmək olmaz. Sən öz gözünlə görəcəksən ki, mən nələr
eləyəcəyəm!
– Sənə inanıram, Əliqulu, çox inanıram!