Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə99/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   95   96   97   98   99   100   101   102   ...   132

 

386


İthaflar

– Rəssamam, Kalbalı xan, yanınıza bir xahişlə gəlmişəm.

– Buyurun, görək...

– Rica edirəm, dərviş Həsənə azadlıq verəsiniz...

– Bala, səni indi tanıdım, maşallah sorağın bütün Naxçıvanı tutub. Bir şəklini də mən almışam, 

bax, bu otaqdadır.

Kalbalı xan bir barmağında bahalı üzük olan əlini otağın uca divarına uzatdı. Divarda çərçivəyə 

alınıb böyük xalının üstündən asılmış Ağrı dağının şəklini görəndə Bəhruz diksindi, bu əsərini 

tamam unutmuşdu, onu nə vaxt, kim almışdı, heç nə yadına gəlmirdi. Belə bər– bəzəkli, dəbdəbəli 

yerdə öz şəklini görmək – ona gizli bir qürur gətirdi, sənətinə qiymət verildiyinin yeni şahidi oldu. 

Kalbalı xan qara, uzun təsbehini oynada– oynada ona baxır, sanki keçirdiyi hisslərinə mane olmaq 

istəmirdi. Elə ki, Bəhruz gözlərini divardan çəkib ona tərəf çevirəndə dilləndi:

– Sənə hörmətim çoxdur, bala! Əvət , xahişinə əməl edə bilməyəcəyəm. Çün dərviş düşməndir, 

xalis düşmən, həm xalqın, həmi də Naxçıvanın düşməni! Canım, bu torpaq nə qədər atların tapdağı 

altında qalar, nə qədər?! İngilislər gəlir, türklər gəlir, ermənilər gəlir, “mən”, “mən” deyir, elə bil 

Naxçıvan yiyəsizdir. İndi amerikalılar ortalığa çıxıblar. General-qubernator divanxnası yaratmaq 

istəyirlər. Bəs biz kimik?! Axı bu torpaq bizimdir! O dərviş də rusları təzə şura hökumətini üstümüzə 

gətirir. Məni başa düşməyə çalış, bala, öz evimdə-eşiyimdə əyləşmişəm, nə edim, rahat əyləşməyə 

qoymurlar! Qoymurlar! Gör nə vaxtdır, Naxçıvan taptaq altındadır. Onu tapdaq altından mən, sən, 

bütün xalq qurtarmalıdır! Bəhruz Kalbalı xanla xudahaizləşəndə gözü yenə divardakı şəklə sataşdı. 

Əzəmətli Ağrı dağı buludların əhatəsində ucalıb canlı kimi nəfəs alırdı. 

Bəhruz  Məcidlə  tez-tez  görüşürdü.  O  qədər  qaralama  çəkmişdi  ki,  sayı-hesabı  yox  idi. 

“Naxçıvan çaparı”nı yaratmaq üçün həvəsə gəldiyi vaxtda, yenə Məcidi uzun müddətə, təcili harasa 

göndərdilər. Bəhruz bərk əsəbiləşdi, onu yenə yarımçıq qoymağa məcbur oldu. Bekar qalmamaq, 

qaralama çəkmək üçün bir gün yenə bazar tərəf getdi. 

Kaş getməyəydi, bazarın qapısı önündə Afəri gördü, gözəlliyindən əsər– əlamət qalmayan 

qızın qara gözləri elə solmuşdu ki, bütün işığını itirmişdi. Afər uzaqdan Bəhruza baxıb, birdən 

üstünə cumdu, çatıb qarşısında dayandı. İri gözlərini açıb dimdik onun gözlərinə dikdi:

– Mənim xilaskarım! – deyə pıçıldadı – mənim xilaskarım!

– Nişanlını tapa bildin, Afər?!

Qız  elə  dəli  qəhqəhə  çəkdi  ki,  Bəhruzun  bədəni  buza  döndü, Afər  rəqs  edə-edə  həzin  bir 

səslə oxumağa başladı. Bu zaman bərk-bərk bağladığı yaylığın altından saçları dalğa-dalğa çıxıb, 

çiyinlərinə töküldü, yelləndikcə saçları da yellənirdi. Küçə uşaqları onu hirsləndirdilər. Afər onların 

üstünə yüyürdü, əlinə daş götürdü, yöndəmsiz halda atdı, sonra isə qaça-qaça yenə Bəhruzun yanına 

qayıtdı. Bəhruz onu dilə tutub evə aparmaq istədi. Amma Afər yenə qəribə oyunlar çıxartdı: gah 

qəhqəhə çəkdi, gah susub birdən hönkür-hönkür ağladı, gah çılğın bir hərəkətlə harasa yüyürüb 

getdi, bazarın tünlüyündə yox oldu. Arxasınca getmək istəyəndə, qarşısında Qədir dayandı. Bəhruz 

onu güclə tanıdı, gör nə vaxtdı görmürdü, Qədirin qarnı şişmişdi, dərhal bacısını soruşdu: 

– Reyhanı deyirəm. Rast gəlmədiniz?!

– Rast gəlmədim, Qədir. Deyəsən, Naxçıvanda yoxdur. 

– Burdadır, burda. Onu bu şəhərdə itirmişəm.

– Bir iş tapmısan?!




387

   


        

İthaflar


İlqar Mehdiyev. “Bəhruz Kəngərli – doğma yurda bağlı sənətkar”. 2015.


 

388


İthaflar

– Baqqal Həmid dayıya kömək edirəm. Yaxşı adamdır, üst-başımı təzələyib, məni həkimə də 

göstərib.

– Heç olmasa, bəxtin gətirib. 

Afər  yüyürə-yüyürə  gəldi,  saçlarını  yellədə-yellədə  yenə  rəqs  etməyə  başladı,  bircə  an 

belə dayanmadan, sürətlə fırlanır, qollarını oynadır, saçları dalğalanırdı. Birdən dayandı, gözləri 

hədəqəsindən çıxdı, bütün bədəni tirtir titrədi, qıvrıldı, əyildi, çığırdı. Bəhruz qorxu içində onu 

qucaqladı. Qədir qışqırdı:

– Əl dəyməyin, əmi, əl dəyməyin, özü keçəcək! 

Afərin dodaqları da ağappaq ağardı, göz bəbəkləri şar kimi fırlandı, Bəhruzu kənara itələyib 

yerə çökdü. Sağa-sola əyilir, başını dala atır, özündən gedir, yenidən həyata qayıdır, yenidən bayılır, 

çapalayırdı. Bəhruzun qorxu içində olduğunu görən Qədir ona təskinlik verirdi:

– Həmişə belə olur, sonra keçib gedir... 

Birdən Afərin titrəməsi dayandı, toz-torpağın içində sakitcə qaldı, elə bil yuxuya getdi. Bəhruz 

daha da qorxdu, çünki onun bu süstlüyündə, susmasında həyat əlaməti yox idi. Qədir pıçıldadı:

– İndi ayılacaq! 

Bəhruz diksindi, hər tərəfdən nə qədər adam onları dövrəyə almışdı. Hamısı da maraq və 

heyrət  içərisində  baxırdı.  Həqiqətən  də  Qədir  deyən  kimi, Afər  başını  qaldırdı,  əvvəl  Bəhruzu, 

sonra hamını nəzərdən keçirdi, sıçrayıb ayağa qalxdı. Elə yazıq, elə müti bir görkəm aldı ki,  yumaq 

kimi yığıldı, balacalaşdı və gözlənilmədən hönkür-hönkür ağladı. Bəhruz qeyri– ixtiyari bayaqdan 

təskinlik verən Qədirə baxdı, indi Qədir də söz deməkdən uzaq idi, özünün də gözləri dolmuşdu. 

Afərə hamının yazığı gəlirdi. Afər yanaqlarından axan yaşları silib, ildırım sürəti ilə qaçdı, bir göz 

qırpımında yoxa çıxdı. 

SƏKKİZİNCİ HİSSƏ

                                                   

1

Bəhruz otağa girib özünü xalının üstünə atdı, Hürnisə dərhal qulluğunda durdu, süfrə saldı, 

hər şey gətirdi, mütəkkəni qolları altına qoyub, özü də yanında əyləşdi.

– Niyə yemirsən , Bəhruz?

– İştaham yoxdur.

– Sənə nəsə olub?!

– Eh, Hürnisə, mənə heç nə olmayıb. Camaat pis gündədi, yadındaı, o şəkil vardı ha, küncdə, 

o qız, çəkirdim, qəşəng gözləri vardı... 

– Afər!

– Düzdür, Afər. Sən nə yaxşı onun adını yadında saxlamısan?!



– Sənin dilindən eşitmişəm. Xəstələnəndə tez-tez onun adını çağırırdın... bir dəfə də pəncərədən 

səslədin...

– Ola bilər – Bəhruz tutuldu – ola bilər.

– Görəsən nişanlısını tapa bildi?!

– Eh, indi onun gözünə heç nə görünmür, heç kəs! Çünki, dəli olub, əməlli başlı dəli! Görsən, 

yazığın gələr.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə