405
İthaflar
Bəhruz bu təhqiri uda-uda yerindən tərpənmək istəmədi, başdan– ayağa yekəpər kişiyə
diqqətlə baxdı,beynindən ildırım kimi onu çəkmək ikiri keçdi və dedi:
– Bir təvəqqəm var: icazə ver şəklini çəkim!
– Dedim ki, itil gözümdən. Eşitmirsən, itil, nə qədər ki salamatsan, rədd ol burdan. Tez!!!
Hirslə xəncəri göyə qaldıırdı. Bəhruz ona acı-acı baxıb tələsmədən sakit-sakit uzaqlaşdı.
Küçənin başında ayaq saxlayıb geriyə döndü, yekəpər hələ də əlində xəncər tutub dayanmışdı.
5
1922-ci il. Bəhruz ağır xəstələndi. Əli Mirzə Abbasov bir neçə dəfə gəlib təcili tədbirlər görsə
də, bir xeyri olmadı.
Bəhruz müdhiş yuxular içində çapalayırdı. Yuxusunda Şirin xanımın danışdığı Sənubər əfsanəsi
canlanırdı. Görürdü ki, hər iki tərəfdə təzəcə boy atan, cərgə-cərgə uzanan sənubər ağaclarının
arasıyla gedir. Birdən bu ağaclar gözəl qızlara çevrilirdi. Hamısı da əl edib Bəhruzu səsləyirdi. O
bu qızların yanından sürətlə ötür, qarşıdakı bozumtul qayanın başında dayanan bir məlakəyə doğru
can atırdı. Sürətlə getsə də, qəribə idi ki, ona çata bilmirdi. Elə təsəvvür edirdi ki, qaya yaxındadır,
əlini uzatsa tutar, ona görə yüyürürdü, bunun xeyri olmurdu. Birdən uçub özünü qayanın başında,
məleykənin böyründə gördü. Bu məleykə Afər idi ki! Qayanın altından gur çay axırdı. Araz çayı.
Afər qayanın kənarına cumurdu. Bəhruz onu tutmaq, saxlamaq istəyir, heç cürə bacara bilmir, Afər
ipə-sapa yatmır, özünü qayadan aşağı atmağa çalışırdı. Birdən cərgə-cərgə uzanan barmaq boyda
sənubər ağaclarını gördü. Bu ağaclar gecə təyyarə meydanında yanan işıqlar kimi uzanır və Bəhruz
onların arası ilə uçurdu. Uça-uça Arazın dalğalarının qoynuna düşürdü və yuxudan oyanırdı.
Əkbər bəy Zöhrə xanımla tez-tez ona dəyir, əhvalını öyrənir, tanış, yaxşı həkimlər gətirirdilər.
Onların da köməyi olmadı. Faytonçu Kərbəlayi Abbas adı-sanı çıxmış ara həkimi tapıb Bəhruzun
üsünə apardı. Bu ara həkiminin anlaşılmaz oyunları nəticəsiz qaldı. Ən nəhayət, Şirəlibəy məsləhət-
məşvərətdən sonra Tilisə, Nadir Şengeleyanın dalınca getməyə məcbur oldu.
Hürnisə:
– Bəhruz dadaş! – deyə yanından əl çəkmirdi. Geyindirir, yedirir, hər arzusuna, istəyinə
əməl edir, nə gecə bilirdi, nəd də gündüz. Bəhruz yenə hərarət içində yuxu dalğalarının qucağında
çırpınırdı. Sənubər cərgələrinin arası ilə yüyürməkdən yorulmur, qayanın başında isə Afəri, gah
Nazlı, gah Ziba, gah da Sənubərin özü əvəz edirdi.
Əli Mirzə Abbasovun gəlişindən, yeni dərmanlarından sonra Bəhruz bir az babatlaşdı. Hərarəti
aşağı düşdü, sakitləşdi, gözlərini açdı. O gün Hürnisənin üzü güldü, hər cür xidmət göstərib, “sənə
şad xəbər verəcəyəm” deyə Bəhruzu hətta intizarda qoydu. Bəhruz yenə şəkil çəkməyə can atdı,
amma bacarmayıb əsəbləşdi, ikirli-ikirli yerində qaldı.
Axşam Hürnisə Bəhruzun başına dolanıb dedi:
– Şad xəbər eşitmək istəyirsən?
– O nə xəbərdir elə?
– Nazlı Türkiyədən qayıdıb gəlib.
– Niyə?!
– Əri Ziya bəy qəzaya düşüb. Ölüb. Ona görə. Nazlı səni görmək istəyir.
406
İthaflar
– Axı mən ağır vəziyyətdəyəm.
– Nə olar ki?!
– İstəmirəm məni bu vəziyyətdə görsün. Sağalım sonra...
– Onun sənə deyiləsi vacib sözü var...
Bu xəbər Bəhruzu sevindirmədi, Hürnisənin israrından sonra Nazlı ilə görüşməyə razılıq
verdi.
Bəhruz ayaq üstə dayanan Nazlıya baxırdı. Onun az vaxt ərzində dəyişildiyinə məəttəl qaldı.
Nazlı kökəlmiş, buxaq bağlamışdı. Başına şüşə kimi saf, zərli, naxışlı yaylıq örtmüşdü, yaylıq
elə saf idi ki, qulaqlarındakı gümbəzvari sırğaların nöqtə-nöqtə daş-qaşlarından süzülən parıltını
gizlətmirdi. Paltarı uzun olsa da dar idi. Ümumi söhbətdən sonra Nazlı İstanbulda ərinin Bəhruzun
yeddi şəklini baha qiymətə satdığı haqqında məlumat verdi. Əri hətta yadigar kimi qalan iki etüdü,
Nazlının karandaşla işlənmiş portretini necə zorla gəlib götürüb apardığını danışdı. Bu şəkillərini
də Ziya bəy eyni adama yenə yüksək qiymətə satdı. Bəhruz indi 1916-cı ildə, ikinci dəfə açdığı
sərgidən ondan qəpik-quruşa çoxlu şəkil aldığını dumanlı şəkildə yadına sala bildi. Demək həmin
adam Nazlının əri Ziya bəy idi, nə uzaqgörənmiş, onlardan necə böyük məharətlə istifadə etmişdi.
Görəsən İstanbulda bu şəkilləri baha qiymətə alan adam kimdir və məqsədi, ikri nədir?! Nazlı
bunları bilmirdi, Bəhruza şəfa arzuladı, daha dayanmayıb, göz yaşlarını axıda-axıda çıxıb getdi.
Bu görüşdən sonra Bəhruz özünü olduqca yaxşı hiss etdi. Hətta şəkillər çəkməyə başladı:
gündüz yanında yatan qardaşları Davudun və Rüstəmin şəkillərini, sonra avtoportretini çəkdi.
Bunlar onun axırıncı, son işləri oldu. Vəziyyəti birdən birə gözlənilmədən yenə ağırlaşdı. Yenə
dəhşətli yuxular başladı. Bu dəfə Araz çayı boyunca qaçırdı. Onun dalğalarında üzürdü. Bu çayın
sahillərini o qədər gəzib dolaşmışdı ki, ürəyində Araz etüdlərini yaratmaq ikri doğmuşdu. Onların
bir neçəsi hazır idi. Naxçıvanın kəndləri, abidələri yadından çıxmırdı. Hələ uzaqdakı dağlar! Onları
çəkməkdən doymamışdı. Ona elə gəlirdi ki, hələ bu dağlara toxunmayıb, hələ onları bundan sonra
çəkəcəkdir. Bakıya, Təbrizə, Şamaxıya, Gəncəyə, Dərbəndə, Qarabağa getmək ən böyük arzusu
idi. Tilisdə dostlarını görmək eşqilə uçurdu. Naxçıvan tarixindən rəngli tablo yaratmağa çalışırdı.
Axı hələ nə etmişdi ki?! Hər yuxu dalğası ona bir mənzərə göstərirdi: Revaz Abasadze hirsli-
hirsli nəsə deyirdi, Mariya Ratiyeva ağ qollarını açıb üstünə gəlirdi, Eyfel qülləsinin başında Xəlil
Musayev bir ayağı üstdə dayanıb uçmağa hazırlaşırdı, yenə sənubər ağaclarının cərgəsi uzanırdı,
bu cərgələrin arası ilə gah Nazlı, gah Afər, gah da Ziba qaçırdı, sonra Lado Qudiaşvili gözlərini
qıya-qıya çaxır içirdi. Sonra şlyapasını əlində oynadan ağlamağa hazırlaşan Mişa Çiaurelli, sonra
Ketovan, Kosta...
Belə bir vaxtda Şirəlibəy Şengelaya ilə birlikdə Tilisdən qayıdıb gəldi. Əli Mirzə Abbasov
Bəhruzun başı üstdə dayanmışdı. Şengelaya onunla dost kimi görüşdü, qucaqlayıb bağrına basdı.
Hamı bilirdi ki, Şengelayanın gətirilməsi ancaq təsəlli idi, ümidlə, vicdanın sakitliyi ilə əlaqədardır.
Hər iki dost həkim dərhal yeni bir tədbir ikirləşdilər.
Lakin...
6
Lakin... Bir gün səhər fevralın 7-də Bəhruz Kəngərli gözlərini əbədilik yumdu.
Dəfn günü bütün Naxçıvan ayağa qalxmışdı. Nazlı oğlu ilə göz yaşları içində qapqara çadraya