401
İthaflar
ucalan Haça dağı çəkməyə başladı. Araba uzaqlaşdı, get-gedə nöqtə kimi kiçildi və tamam itdi.
Bəhruz çəkir, çəkirdi. Gördüyü də ay işığı, buludlar, bir də uzaqdakı dağlar idi. Sanki ona bunlardan
başqa heç nə lazım deyildi.
Bir gün sonra Bəhruz Haça dağı yenə ay işığında, evlərinin damından çəkirdi.
Onu inqilab komitəsinə çağırdılar. Bəhruz balaca otaqda, qapının yanında, köhnə yazı stolunun
arxasında əyləşən solğun, sakit katibə qıza yaxınlaşdı. Qız başını qaldırıb ona baxanda, zil qara
gözlər, yaraşıqlı gözəl sifət Bəhruza tanış gəldi. Qız özü soyuq, etinasız və sakit bir halda soruşdu:
– Kim lazımdır?!
– Həsən Bəktaşi.
– Əyləşin Bəhruz heyrət içində azca geri çəkilib, eynən Afərə bənzəyən bu katibə qıza baxa-
baxa qalmışdı. Bilmirdi ki, qıza nə desin, necə təsəlli versin?! Qız zil qara gözlərini Bəhruza dikib
ümidverici sözlər gözləyirdi. Bəhruz nəyi bilirdisə, şəklini çəkdiyini, son dəfə bazarda gördüyünü
danışdı. Elə bil bu xəbərdən qız bir az canlandı.
Payızın son günlərindən birində, Naxçıvanda onun yeni sərgisi açıldı: Padşahlıq bağında,
teatr binasında. Əliqulu Qəmküsarın tamaşalarından sonra teatr belə təntənə görməmişdi. Bəhruzun
dostları müntəzəm məşğul olduğu rəsm dərnəyinin balaca üzvləri Nəcəfağa, Mircəfər, Adil, Əli,
Hüseyin, Şamil bu sərgini düzəltməkdə can-başla çalışmışdılar. Bütün Naxçıvan sanki axıb sərgiyə
gəlmişdi. Qapıya uzun, qırmızı lent bağlanmışdı. Həsən Bəktaşinin, Bakıdan gələn nümayəndənin,
məktəbli bir qızın çıxışlarından sonra qırmızı lent kəsildi və sərgi açıldı. Bəhruz hər yana göz
gəzdirdi. Bu zaman kimsə onu arxadan qucaqladı. Geriyə dönəndə Əkbər bəyi, yanında Zöhrə
xanımı görüb sevindi. Onların yanında tanış bir qız gördü, birdən-birə tanıya bilmədi. Zöhrə xanım
gülə-gülə:
– Öz qəhrəmanındır! – deyəndə, Bəhruz yaxşılaşmış, geyimi dəyişmiş Cümsünü güclə tanıdı.
İstər-istəməz Səttarla olan söhbətini xatırladı, elə bu vaxt sərgi otağında Səttarın qırmızı əsgərlə
yanaşı dolaşdığını gördü. Hamı içəri, salona girdi. Bəhruz sonra Əkbər bəylə, Zöhrə xanımla,
Cümsünlə birlikdə salona girib izdihamı nəzərdən keçirdi. Hər şəklin qarşısında iki-üç adam vardı.
O yanda Naxçıvan çaparının ətrafına yığılmışdılar. Çapara sarı gedəndə qarşısında qara gözləri
yaşarmış bir qız dayandı, kədərlə gülümsündü. Hər şeyi unudan Bəhruz onu yenidən Afərə oxşatdı.
Elə bil ki, Afərdir. Ancaq qız:
– Bacımın şəklini elə çəkmisiniz ki, o dəqiqə tanıdım – deyəndə onu Həsən Bəktaşinin yanına
gedəndə gördüyünü xatırladı. Afərin bacısı idi, minnətdarlıqla baxa-baxa dedi:
– Onu tapmaqda mənə kömək edin, yalvarıram.
– İnanın, əlimdən nə gəlsə, edəcəyəm!
– Sağ olun!– deyə, qız kədər içində salonu tərk etdi.
Bəhruz evə gəldi, kədər içində yerinə uzandı. Yata bilmədi. Pəncərədən baxa-baxa xəyala
daldı. Bu vaxt çiyinlərinə bir əl toxundu. Bəhruz qorxub diksindi, arxaya dönəndə Hürnisəni gördü.
– Bəhruz dadaş, bu qatığı için – güllü piyaləni uzatdı.
– İstəmirəm.
– Hirslənməyin, Bəhruz dadaş.
Bəhruz heyrət içində ona baxdı:
– Sən hirsli olduğumu hardan bilirsən?!
402
İthaflar
– Mən hər şeyi bilirəm, Bəhruz dadaş.
– Belə çıxır ki, sərgimi də görmüsən?!
– Görmüşəm.
– Nə vaxt?
– Əkbər bəylə, Zöhrə xanımla danışanda, mən sənə baxırdım.
– Necə olub ki, mən səni görməmişəm?
– Sən məni heç vaxt görmürsən, Bəhruz dadaş!
3
Bir neçə gündən sonra Bəhruz sərgiyə gəlib əsərlərinə təzə gözlə baxmağa başladı. Bu əsərlərdə
adamları, ağacları, evləri, küçələri, abidələri, mənzərələri, bir də ki, uzaqda görünən dağları ilə
birlikdə yaşadığı, nəfəs aldığı ulu Naxçıvan boylanırdı. Hər rəng sanki söz idi, birləşib misralara,
beytlərə, bəndlərə çevrilirdi. Bir yerdə isə poema kimi səslənirdi; Naxçıvan haqqında poema kimi!
Bəhruz Narıncın karandaşla işlədiyi zərif, kədərli portretinin önündə dayandı. Həyat, tale
haqqında düşündü. Kimdirsə, bir adam da gəlib yanında durdu, Bəhruz bir az kənara çəkildi,
Cəfərqulu xanı tanımadı. Öz qızının portreti qarşısında susurdu.
– Xoş gördük, xan, sizi!
Cəfərqulu xan astaca çevrildi:
– Xoş gördük, bala. Bu şəkli harda çəkmisən belə?
– Evimdə.
– Evində?! Ola bilməz, bura ki, Makudur. Narıncı yəqin orda görmüsən.
– Yox, xan, görməmişəm.
– Bəs necə çəkmisən?
Bəhruz Narıncın məktub yazdığını gizlətdi. Heyrətlə çiyinlərini çəkən Cəfərqulu xanın üzü
sərtləşdi, qırışları daha da üzə çıxdı. Bəhruz onun sualına cavabı gecikdirdiyini hiss edib dedi:
– Xan, Narınc yaxşı qızdır, həmişə xəyalımdadır, ona görə də bu şəkli çəkə bilmişəm.
Cəfərqulu xan qızardı, gözlərini ondan gizlədib bir müddət susdu, sonra:
– Məni bağışla, bala, – dedi. – O mənim yeganə övladımdır, göz bəbəyimdən artıq sevirəm onu.
Bilirəm ki, Narınc sənin xətrini çox istəyir. Bilirəm, nə edim, indi özüm ona həsrət qalmışam. Ailəm
orda, Makuda, mən burda. Hökumətdən icazəsiz getmərəm. Hələ ki, icazə vermirlər. Gözləyirəm.
– Narahat olmayın, xan, gedərsiniz.
– Səndən, bala, bir təvəqqəm var, ricam var...
– Buyurun, xan.
– Narıncın bu şəklini sat mənə...
– Xan! – Bəhruz əsəbiliyini gizlətməyə çalışdı. Narıncın şəklini sata bilmərəm.
Cəfərqulu xan boğuq səslə dinsə də. Üzündəki qızartı daha da çoxaldı, bu qızartı boynunu,
boğazını da bürüdü – Mən icazə verilən kimi gedəcəyəm. İstəyirəm ki, Narınc bu şəklini görsün,
sevinsin.
– Xan, bunu mən də istəyirəm. Onda ... onda... Uşaqlıq eləmə, sat bu şəkli!
– Satmaram, elə-belə verərəm, arxayın olun, xan sərgi başa çatan kimi göndərərəm sizə...