403
İthaflar
Cəfərqulu xan dinə bilmədi, heyrət dolu həyəcanlı gözlərini Bəhruza dikib, qaşqabaq içində,
ikir içində baxa-baxa qaldı. Birdən nə düşündüsə dedi:
– Əlini mənə ver! – Əlini tutub barmağından çıxartdığı üzüyü barmağına keçirdi – bu da
məndən hədiyyə olsun, bala, qoca kişiyəm, bu gün varam, sabah yox! Onu da deyim ki, sənin kimi
növcavanlara az-az rast gəlmişəm. Hələlik, bala.
Bəhruz Cəfərqulu xanın ardınca baxdı.
Bir həftədən sonra şəkilin dalınca Cəfərqulu xanın özü gəldi. Bəhruz şəkil çəkməyə gedirdi,
dərhal geri qayıtdı.
– Buyurun, xan, gəlin!
– A bala, yolundan qalma, Narıncın şəkli üçün gəlmişəm, hökumət icazə verib, bir-iki günə
gedəcəyəm...
– Xan, şəkil hazırdır, bu dəqiqə verərəm, yaxşı deyil, içəri keçin, bir stəkan çay, heç olmasa...
– Yox, bala, sağlıq-salamatlıq olsun...
– Bəhruz şəkli büküb, bürmələyib hazır vəziyyətdə gətirib Cəfərqulu xana göstərdi və dedi:
– Xan, sərgi bir-iki gündür ki, qurtarıb , yoxsa özüm gətirib gələcəkdim...
– Fikir eləmə, bala, getməsəydim, gözləyəcəkdim.
– Gedək, xan, mənim də yolum sizin tərəfdir.
– Çəkmək istəyirsən, nəyi?
– Yamxana kəndinə gedən yolu...
– O haradır, bala?!
– İmamverdi türbəsindən aşağıda, vağzalın yaxınlığında, kəndə doğru uzanır...
– Hə, hə, bildim o yol bizim evdən yaxşı görünür.
Söhbət edə-edə Möminə xatın türbəsinə qədər bir yerdə gəlirlər. Sonra Bəhruz ondan ayrılmaq
üçün ayaq saxladı. Xan şəkili ondan götürüb uşaq kimi kövrək bir halda:
– Salamat qal, bala – dedi – Allah səni bizim Naxçıvana çox görməsin, ömrün uzun olsun,
bacardığın qədər çox çək, yaxşı çək, baxıb sevinək!
– Məndən Narınca salam yetirin, xan!
– Salamı yetirməyinə yetirəcəyəm, bala, ürəyi nisgilli gedirəm, elə bilirəm ki, nəsə qiymətli
bir şey itirmişəm. Allaha təvəkkül, bala, səbr etmək gərək!
Bəhruz onun ətli yanaqlarının qızardığını, kövrəldiyini, hətta az qala ağlayacağını gördü.
Cəfərqulu xan Bəhruza bir də diqqətlə baxıb başını yelləyə– yelləyə çıxıb getdi. Bəhruz yerindən
tərpənmədi, sərgidə olduğu kimi ardınca baxdı. Xan başını aşağı dikmişdi, elə bil beli də azca
əyilmişdi. Gedib o imarətin qapısı ağzında dayanıb geriyə döndü, Bəhruzun baxdığını görüb əlini
qaldırdı:
– Əlvida, bala, əlvida – dedi.
Bəhruz qədim qalaların yanı ilə İmamverdi türbəsinə tərəf endi. Türbənin yerləşdiyi sapsarı
təpələrin ətəyi ilə vağzala doğru gedib, Yamxana kəndinə uzanan yola gəlib çıxdı. Xoş havadan,
sakit, gözəl mənzərədən yüngüllük duyub, kəndə gedən yolla irəlilədi, yenə uzaqda dağların
qaraldığını görüb canlandı, yolun kənarında dayanıb nəfəsini dərdi.
Görəsən uzaqdakı dağlara qədər uzanan bu geniş torpaqdan, bu torpağın ona bəxş etdiyi
doğmalıqdan əziz ona nə var?!
404
İthaflar
4
Qış bərk gəldi, hələ Naxçıvan belə soyuq qış görməmişdi. Şaxta adamı qılınc kimi kəsirdi.
Bu qış Bəhruz üçün təkcə qar, şaxta yox, həmdə dərd, kədər gətirdi. Belə soyuğa baxmadan Bəhruz
yenə Naxçıvanı gəzib dolaşırdı. Sinəsində baş qaldıran anlaşılmaz ağrılara ikir vermədən gecə-
gündüz işləyirdi. Bir dəfə hava birdən– birə dəyişib, mülayimləşdi, az qala yaz havası kimi oldu.
Bundan istifadə edən Bəhruz yenə şəhərə çıxıb Qurdlar məhəlləsinə tərəf getdi. Bu məhəlləni evlərin
arasından ucu şiş qülləli Atababa məqbərəsi aydınca görünürdü. Bəhruz çoxdan bu məhəllədə
olmamışdı. Yavaş-yavaş tozlu, dar küçələrdən, sınıq salxaq qapıların, köhnəlmiş darvazaların,
yarıuçuq torpaq hasarların, samanla suvanmış divarların yanından keçirdi. Bir döngənin başında,
mağaraya oxşar, bir yerin qarşısında dayandı. Bu mağara tunel kimi uzanırdı, sonunda bəzəkli
dəmir darvaza vardı. Bəhruz samanla suvanmış divara söykənib onu çəkməyə başladı, başı işə
qarışdı, çəkdi, çəkdi, birdən darvazanın balaca qapısından qara, qoşa hörüklü, qara qaşlı, qara gözlü
bir qız çıxdı. Bəhruzu görüb qorxdu, gözləri heyrətindən böyüdü. Addım-addım geri çəkilib, birdən
çevrilib qapıya sarı qaçdı, arxasında qara hörükləri
yelləndi.
Bəhruzu maraq bürümüşdü: indi həyatda
olmayan bir gəlinə – Pakizəyə necə oxşadı, iki alma
kimi, sanki başqası yox, elə onun özü idi, mat-məəttəl,
arxasınca baxdı. Qız qapını açıb, özünü içəri atdı, qara
hörükləri az qala bayırda qalacaqdı. Vaxtilə ilk gənclik
dövründə gördüyü bir hadisə elə bil yenidən təkrar
oldu. Belə düşüncələr içində yenə qaralamalarını
çəkdi. Bir də gördü ki, qapı azca aralandı. Pəncərə
kimi açılan bu aralıqdan qəşəng üz görünən kimi də
yox oldu. Dərhal qapı da örtüldü. Bəhruz gözünü qırpıb açınca qəşəng üz qeybə çəkilsə də, işıqlı
lövhə kimi xəyalında qaldı. Qızın zil qara gözlərində yanan bir odun parıltısını aydın görə bildi.
Elə bu vaxt çiyninə bir əl toxundu. Bəhruz çevriləndə zəhmli, qəzəbli gözlərlə baxan, əlini
xəncərinin qəbzəsinin üstünə qoyan, qara sifətli, iri cüssəli, yekəpər bir adam gördü. Dərhal xəncəri
qınından çıxarıb Bəhruza doğru uzatdı, gözünün qabağında sağa-sola fırladıb sonra ucunu boğazına
dirədi:
– İt oğlu, it, kəlmə-şəhadətini oxu, indi səni cəhənnəmə vasil edəcəyəm, xalqın namusuna,
ismətinə sataşanın yeri gor olmalıdır.
Bəhruz ondan bir damcı da olsun qorxmadı. Ölməyi hər şeydən üstün tutub, cəsarətlə dilləndi:
– Günahım varsa, öldür!
– Günahın yoxsa, bayaqdan qapımızı nə marıtdayırsan?
– Şəkil çəkirəm, al, bax!
Bəhruz darvazanın şəklini ona uzadanda, yekəpər kişi gözucu ona baxıb yavaş-yavaş xəncəri
geri qaytarsa da qınına qoymadı, əlində hazır tutub xırıltılı bir səslə:
– İtil burdan – dedi. – bir də gözüm səni görməsin!