398
İthaflar
– Təkcə mən yox, qardaşı Qədir də axtarır.
Reyhan onun adını eşidəndə qorxa-qorxa Zibanın üzünə baxdı, rəngi də azca ağardı. Ziba
onun başını sığallayıb soruşdu:
– Sənin qardaşın var?
– Var.
– Adı nədir?
– Qədir...
Qızcığazın gözləri dolmuşdu, gah Bəhruza, gah Zibaya baxır, təhlükəli bir şey gözləyirmiş
kimi qorxur, gəlinin ətəyindən bərk-bərk tutmuşdu. Bəhruz əlini uzadıb saçını sığallayanda başını
yana çəkdi. Ziba dilləndi:
– Reyhan çoxdandı bizdə qalır, anamla...
– Necə olub ki?
– Bir axşam anam hardansa qayıdırdı, qız yolda yatıbmış, yazığı gəlib, gətirib evə! O vaxtdan
yanında saxlayır. Bir-birinə öyrəşiblər. Qardaşını tapsanız, gətirin bizə, evimiz uzaq deyil, Sarvanlar
məhəlləsindədir.
– Tanıyıram. Sən çoxdan gəlmisən?!
– İki ay olar.
– Nə vaxt qayıdacaqsan?
– Məndən olsa, heç vaxt.
– Niyə?
– Tamam ayrılmaq istəyirəm. Dəhşətdir, Bəhruz bəy! Allaha
şükür edirəm ki, sağ-salamatam. Sözlə demək olmur.
– Onda boşan, qurtarsın getsin...
– Heç onu dilimə gətirə bilmərəm. Öldürər məni!
– Belə də olmaz. Nə o yanlıq, nə bu yanlıq...
– Arada atam getdi, heç nədən, kim onu öldürdü, hələ də
bilmirəm, hərə bir söz danışır, son vaxtlar eşitmişəm ki, bu işdə
ərimin əli var... Belə adamla necə yaşayasan?!
– Yadındadır, şəlalənin yanında səni gördüyüm?
– Əlbəttə, yadımdadır...
– Onda şəklini çəkmək istədim, sizin evə gəldim. Amma... Atanın şəklini çəkdim...
– Hanı o şəkil?!
– Məndə, evdə.
– Göstərərsiniz?
– Göstərərəm.
Ayrıldılar. Bəhruz həyətə girəndə gördü ki, Eylabad kəndin-dən gələn Səttar onu gözləyir.
Yorğun olsa da gəncin portretini işləməyə başladı. Səttar nədənsə bu dəfə ikirli idi. Elə sağ küncdəki
şəkillərə baxır, nəsə demək istəyir, çəkinirdi. Birdən dilləndi:
– O şəkili mənə verərsiniz? – Cümsünün portretini göstərdi.
– Nəyinə gərək?!
– Çox istəyirəm. Verin mənə.
399
İthaflar
Bəhruz heç nə anlaya bilmirdi, həm də ona maraqlı idi, axı Səttar, dilsiz-ağızsız, fağır gənc
Cümsünün şəklini nə üçün istəyirdi?! Yenə yalvarıb-yaxaranda Bəhruz çətinliklə başa düşdü ki,
Səttar Cümsünə laqeyid deyil. Onu Əkbər bəyin uşaq evində görüb, bir könüldən, min könülə aşıq
olub. Bəhruz gülə-gülə Səttarı çəkir, bu qəribə sevgiyə möcüzə kimi baxırdı.
DOQQUZUNCU HİSSƏ
1
Bəhruz Qədiri tapıb sevindirmək istədi, amma bu baş tutmadı. Çünki Qədirin özü tapılmadı.
Baqqal Həmiddən öyrəndi ki, bir ay bundan qabaq ömrünü bağışlayıb, çox əziyyət çəkib, həmişə
də bacısını düşünüb, gələndən, gedəndən, tanışdan-bilişdən ancaq onu soruşub.
– Eh, oğul – baqqal Həmid köksünü ötürüb dindi – ağılda, fərasətdə yeganə uşaqdı. Zirək,
diribaş, zavallı, biçarə gün görmədi. Son nəfəsində də Reyhan deyib, bacısını çağırdı. Qardaş, allah
haqqı, onu balam kimi, adətimizcə basdırmışam. İstəsən qəbrini də göstərərəm. Təki allah ruhunu
şad eləsin, cəmi balaları sağ-salamat saxlasın.
Bəhruz daha bazarın içində qala bilmədi, izdihamın içindən keçə-keçə Qədiri son dəfə necə
gördüyünü xatırladı. Onda öz dərdini-xəstəliyini unudub, yerdə qıvrılan Afərə yazıq-yazıq baxırdı.
Bəs Afər hanı?! Bəlkə Qədir kimi həyatdan köçüb?! İndiki vaxtda hər şey ola bilər. Məscidin
yanından ötüb bir də gördü ki, Sarvanlar məhəlləsinə doğru gedir. Dayandı. Yox, belə ağır xəbərlə
balaca qızın yanına getmək istəmədi. Evə gəlib Səttarın şəklini qurtarmağa çalışdı.
Axşama yaxın Ziba özü Reyhanla gəldi. Reyhan altdan-altdan Bəhruza baxıb gülürdü. Bu
qızcığazın onun qəlbindəki kədərdən və göynərtidən xəbəri yoxdu və heç zaman xəbəri olmayacaqdı.
Bu gün Ziba qızlıq taxtındakı gözəlliyinə qayıtmışdı, gözləri, yanaqları, saçları təravətlə dolu idi.
Bəhruz onları otağına apardı. Zurnaçı Eyvazın portretini çıxarıb Zibaya verəndə qız uşaq kimi
həm sevindi, həm də kövrəlib ağlamaqdan özünü güclə saxladı. Sonra şəkli ona bağışlamaq üçün
elə yalvarmağa başladı ki, Bəhruz ürəyi gəlməsə də etiraz edə bilmədi, şəkli Zibaya bağışladı.
Ziba elə minnətdarlıqla baxırdı ki, Bəhruz bu gözlərin cazibədarlığından, füsunkarlığından çıxa
bilmirdi. Onun getməyini istəmədiyi üçün söhbətə tuturdu. Ziba isə atasının portretini döşünə sıxıb
dayanmışdı. Qəribə o idi ki, Qədir yada düşmürdü, birdən Ziba onu soruşanda, Bəhruz həqiqəti
gizlətdi, düzünü deməyə ürəyi gəlmədi. Bu vaxt Reyhanın iri, saf, şeytan gözlərini görüb kədər
içində titrədi. Bəhruz Reyhanın nazik hörüklərini əlinə götürdü, gör nə qədər idi, onmu, on beşmi,
saymağa başlasa da hövsələsi çatmadı.
– Bunları necə hörürsən?
– Nənəsi hörür – Ziba dilləndi, – yuyur, darayır, sonra da hörür, mən də kömək edirəm.
Naxçıvanın sakit və aydın yay axşamlarından biri idi. Ay gümüş kimi hər yana işıq salır,
məhəllələr, evlər, bağlar bu süd işığında üzürdü. Şahab məhəlləsinə çatanda Bəhruz uzaqda Haça
dağı gördü. Qaranlıqda həmişə itib görünməz olan dağ indi əzəmətlə ucalırdı. Ay işığında isə o daha
möhtəşəm bir görkəm almışdı. Ziba ilə görüşdən qalan xoş bir duyğu bu aydın axşamın yaratdığı
hisslərlə birləşmişdi. “Süddü nənə” də bu işıqda aydın seçilirdi. Bəhruz nə qədər dayandığını
400
İthaflar
bilmədi, bu mənzərə onu elə tutmuşdu ki, çəkmək həvəsi bütün varlığını bürüdü. Torpaq hasarlı
küçə ilə öz məhəlləsinə gedəndə, evlərin qapısı ağzında bulud kimi nəsə ağarırdı. Yaxınlaşanda ağ
çadralı bir qadını görən kimi dərhal bildi ki, Hürnisədir. Yüyürüb – Hürnisə! – deyə onu qucaqladı.
Hürnisə heç yeriyə bilmirdi. Şirin xanım yüyürüb onu bağrına basdı, dil tökə-tökə, oxşaya –
oxşaya onu evə gətirdi. Bəhruz böyük səhv etdiyini indi başa düşdü. Bu adi səhv deyildi, bu səhvdə
qəddarlıq vardı, laqeydlik və biganəlik vardı. Odur ki, Bəhruz bütün gecəni vicdan əzabı içində
çırpındı.
Hürnisə beş-altı gündən sonra özünə gəlib dirçəldi, həyət-bacaya çıxdı, yır-yığış elədi, hüzn
içində gəzib dolandı. Bəhruzdan qaçdı, onunla hələ ki, bir kəlmə də kəsmədi, təkcə, bu gün axşam
yeməyini gətirəndə, birdən Bəhruzun yanında diz üstə xalçaya çökdü:
-Bəhruz dadaş! – dedi – bir ricam var, yalvarmışam bir olan allaha ki, sözümü yerə salmayasan.
Bəhruz dadaş, qoy sənin kənizin olum, qulluğunda durum, təki arvadın olmayım. Həmi mən rahat
yaşayım, həmi sənə yaxşı olsun!
– Elə şey yoxdur! Bu nə danışıqdır?!
– Bəhruz dadaş! Təvəqqə edirəm, yalvarıram, and verirəm o bir allaha ki, sənin kənizin olum,
qurbanın olum, mən biçarənin halına qal, dərdimə yan, boşa məni. Boşa, atma, qoy yanında qul
olum, qulluğunda olum, özümü sənə qurban verərəm!
– Yaxşı-yaxşı, ağlını başına yığ! – Bəhruz hirslənsə də, ona yazığı gəldi. – dur, Hürnisə, dur,
mən səni xoşbəxt görmək istəyirəm.
Bəhruz bu sözləri üçün də xəcalət çəkib başını aşağı dikdi, axı Hürnisəyə xoşbəxtlik verə
bilməmişdi.
2
Payız girsə də, hələ özünü göstərə bilmirdi.
Axşama yaxın iri qoşa təkərli bir araba qapı ağzında dayandı. Qara papaqlı arabaçı Şirin
xanımla haqq-hesabı qurtarıb getmək istəyəndə Bəhruz həyətdən qışqırdı:
– Əmi, məni gözlə!
Rəng çamadanını götürüb gələn Bəhruz, ayaqlarını sallayıb arabanın arxasında əyləşdi. Araba
şəhərdən çıxanda hava qaraldı, üfüqdə ay parıldadı. Şıxmahmud kövşənliyi arxada qalanda geniş
düzənlik açıldı.
Araba ay işığının altında, geniş bir düzənlikdə yavaş-yavaş gedirdi. Bəhruz ayaqlarını oynadır,
gah uzaqdakı silsilə dağlara, gah təkəm-seyrək işıqlar içində qaralan Naxçıvana, gah işıqlı göyə
baxır, ikirləşir, bu sakit yay axşamında, ayın yaratdığı mənzərələrdən, yanında ağaran buludlardan
zövq alırdı. Balaca yastı təpənin yanında yerə atılanda heç nəyi başa düşməyən arabaçı heyrət
içində, döyükə-döyükə arabanı saxladı:
– A bala, bu axşam vaxtı burda nə edəcəksən?!
– Yolundan qalma, əmi, şəkil çəkəcəyəm.
– Salamat qal, oğul!
Bəhruz təpənin yanında, yol qırağında, qatlama stolunda əyləşib, sulu boya ilə ay işığında
Dostları ilə paylaş: |