Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə100/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   96   97   98   99   100   101   102   103   ...   132

389

   


        

İthaflar


Hürnisənin  qaşqabaq  içində,  kədər  içində  susması  Bəhruzun  diqqətindən  yayınmadı,  ona 

diqqətlə baxıb soruşdu:

– Sənə nə oldu?!

– Sənin mənə də yazığın gəlir, Bəhruz!

– Niyə belə ikirləşirsən?

– Çünki, çünki, məni sevmirsən! Hər şeyi anlayıram, Bəhruz dadaş, mən sənə layiq deyiləm, 

o xan qızı əgər əvvəl gəlsəydi, mən sənə ərə getməzdim... Ər-arvad olmaq üçün çox şey lazımdır, 

bunlar məndə yoxdur, heç biri yoxdur...Mənim uşağım da olmayacaq.

– Sus, Hürnisə!

– Yox, Bəhruz dadaş, yox, yaxşı oldu ki söhbət düşdü. Özün bilirsən, heç kimim yoxdur. O 

qaçqınların elə biri də mənəm, sığınmışam sənə, Şirin xanıma, Şirəlibəyə! Sən, Bəhruz dadaş, hələ 

də Nazlını sevirsən, qoz ağacını sevirsən!

– Bəsdir Hürnisə, bunlar hamısı yalandır!

– Yox! Sən həmişə Nazlının şəklini çəkirsən

– Həmişə?!– Bəhruz özündən asılı olmadan əsəbi bir səslə dilləndi – Mən harda, nə vaxt onu 

çəkmişəm, de görüm, axı özün şahiddin ki, başqa əsərlər üzərində işləyirəm. 

– Düzdür, işləyirsən, Nazlını da həmişə çəkirsən!

– Yox– yox... 

– İstəyirsən, gətirib göstərim?

– Gətir!


Hürnisə  qalxdı,  bürməli  kağızların  arasını  eşələyib,  bir  neçə  şəkil  çıxarıb  gətirdi.  Bəhruz 

gözlərinə inanmadı. Həqiqətən Nazlının karandaşla, kömürlə işlədiyi şəkillərini görəndə, demək 

olar ki, sarsıldı, bu şəkilləri necə, nə cür, hansı vaxtda çəkmişdi, özü deyə bilməzdi. Necə yaxşı 

şəkillərdi. 

– Mən onları Nazlıya göstərmişəm. 

– Nə vaxt?! 

– Çoxdan. Nazlı şəkilləri görəndə ağladı, uşaq kimi ağladı. O da səni sevir, Bəhruz dadaş, 

Nazlının dünyada əvəzi yoxdur... 

– Toyumuzdan xəbəri var?

– Yoxdur. Bir onu bilirəm ki, Ziya bəy Türkiyəyə köçməyə hazırlaşır... 

– Nazlını da aparacaq?

– Onsuz getməz. 

– Bəlkə də gediblər çoxdan?

– Yox,  Nazlının  atası  Qulam  Heydər  ağır  xəstədir,  bu  gün  sabahlıqdır.  Doktor Abbasovu 

çağırıblar, deyib ki, ümid yoxdur. 

– Demək, onu gözləyirlər... 

– Hə, gözləyirlər. Bəhruz dadaş, çörəyini ye, zorla olsa da ye, mənə ikir vermə, yaxşı, Bəhruz 

dadaş?!


Bəhruz sapsarı təndir çörəyini götürdü, yeyə-yeyə gözaltı Hürnisəyə baxanda kədər içində 

olduğunu gördü, odur ki, bir əlini uzadıb çiyinlərindən tutdu, mehriban-mehriban özünə tərəf çəkdi, 

Hürnisə isə onun mehribanlığına cavab verməyi bacarmayıb, dartınıb qolları arasından çıxmağa 

çalışdı.



 

390


İthaflar

Bir neçə gün sonra qonşu həyətin damında bir mollanın silueti göründü, tükürpədən bir səslə 

əzan çəkməyə başladı, bu o deməkdir ki, kimsə dünyadan köçüb. Hürnisə hər şeyi bilirdi. Qulam 

Heydər əzab içində gecə keçinmişdi. Onu Naxçıvanın məscidindən götürəcəkdilər. Hamı məscidə 

axırdı. Günorta namazına az qalmış Bəhruz məscidə yaxınlaşmaq istədi, adam əlindən iynə atsaydın, 

yerə  düşməzdi.  Uzaqda  dayanan  Sarvanlar  məhəlləsinin  hündür  yerindən  bu    izdihama  tamaşa 

etdi. Məscidə tərəf iki bərbəzəkli fayton gəldi. Çaparlar əl-ayağa düşüb yol açdılar. Kalbalı xanla 

Cəfərqulu xan faytonlardan enib məscidə tərəf getdilər. Bu vaxt minarədən müəzzinin məlahətli, 

kədərli səsi ətrafa yayıldı. Bu, nə səsdir?! Bütün Naxçıvanı titrədən, təravətlə, qəmlə, həzinliklə 

dolu, adamı yerə mıxlayan bir səs! Məscidin həyəti də, qapısının ağzı da, ətraf da qara papaqlı, qara 

çadralı adamlarla dolmuşdu. Bunların içində məscidin divarına söykənən, başı ağ yaylıqla sarıqlı 

kor dilənçi görünməz olmuşdu. 

Bəhruz irəliyə gəldi, adamların ara sın dan keçib, məscidin qapısından içəri girməyə ça lışdı. 

Həyətdə qara çadralı qadınlar bir-birinə söykənib dayanmışdılar. Bəlkə kimisə axtarırdı, bəlkə adi 

maraq bura gətirmişdi?! İlk dəfə bu məscidə girdiyi  günü xatırladı. Qulam Heydər onu “kafər” 

deyə  məsciddən  qov-

muşdu,  indi  isə  dünya-

dan bixəbər yatırdı. Bəh-

ruz  daha  irəli  getməyin 

mümkün  olmadığını  du-

yub qapının yanından ət-

rafa boylandı. Qara çad-

raların  içindən  nə  qədər 

işıqlı göz baxırdı! Hamı-

sı da qəşəng gözlər. Bəh-

ruz  onları  bir-bir  nəzər-

dən  keçirdikcə  gözləri 

hovuzun 


yaxınlığında 

dayanmış  tanış  bir  üzə 

dikildi.  Deyəsən  Nazlı-

dır. Həm oxşayır, həm də 

yox!  Bircə  dəfə  çönüb 

baxsaydı,  bilərdim  kim-

dir?!  Bəhruz  baxışlarını 

inadcıl,  aramsız  halda 

tanış  üzə  dikmişdi.  Ya-

vaş-yavaş bu üz ona sarı 

çevrildi.  İriləşən  gözlə-

rin  heyrəti  böyüdü.  Bu 

zaman məscidin içindən kişilər çıxdılar. İçəri mərhumun yaxınlarını, qadınları buraxdılar. Onların 

içəri girməsi ilə bir vay-şüvən qopdu ki, adamın tükləri biz-biz oldu. İzdiham dalğa-dalğa Bəhruzu 

qapıdan uzağa atdı.

                                                     



2

Bir neçə müddətdən sonra hər yerdə qəribə söhbətlər gedirdi. Hərə bir şey danışırdı. Bakıda 

Həsən  Bəktaşinin  dediyi  kimi  təzə  hökumətin  qurulması  dalğa-dalğa  hər  yerə  yayılmışdı.  Bu 

hökumətin  nümayəndələri  gah  aşkar,  gah  gizlin  Naxçıvana  gəlir,  camaatla  qaynayıb–  qarışır, 

azadlıq,  qardaşlıq,  bərabərlik,  səadət  haqqında  söhbətlər  aparırdılar.  Bəhruz  görürdü  ki,  Həsən 

Bəktaşi Bakıya getdikdən sonra Naxçıvan təlatümlü və həyəcanlıdır. Küçədə, bazarda o, əcnəbi 

əsgərlərinə rast gəlir, onların ədalı, arxayın, şən hərəkətlərinə göz qoyurdu. 

Belə  günlərin  birində  Bəhruz  yenə  “Naxçıvan  çaparı”  əsərinin  üzərində  işləyirdi.  Məcid 

onlara təzəcə gəlmişdi, alça ağacının böyründə əyləşib ikir içində baxçaya baxırdı.

– Nə olub, ay Məcid?




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə