407
İthaflar
bürünüb damdan baxırdı. Bir vaxtlar burdan onu Tilisə yola salmışdı. Onda Nazlı Bəhruzun
haizəsində bir parça bulud kimi qalmışdı. İndisə... Nazlı bütün küçəni tutmuş izdihamı görürdü.
Birdən arxada nəsə şaqqıldadı. Nazlı qorxu içində qoz ağacına tərəf döndü, bir budağı sınmışdı.
Solğun görkəmli, qupquru ağac sanki ağlayırdı.
İzdihama qoşulanların sayı çoxalırdı. Hamı sənətkarı yola salmağa gedirdi. Onların arasında
qoca dilənçi də vardı: əlindəki əsanı yerə vura-vura, tələsmədən,yavaş-yavaş addımlayırdı. Ağ
saçları yenə pırtdaşıq idi. Köynəyinin yaxası da açıq! Yayda olduğu kimi. Bəlkə də yaşı yüzə
çatmışdı. Hələ Naxçıvanın tozuna çevrilməmişdi.
Bəhruzu dəfn edəndə Cəfərqulu xanın hədiyyə verdiyi üzüyü barmağından çıxartmadılar.
Şirin xanım evdə ədviyyat qutusunu verib yalvardı ki,” bunu Bəhruzun qəbrinə qoyun, anasından
yadigardır”. Buna da əməl olundu. Bir də qəbrə yonulmamış, başı qızıllı bir karandaş qoydular. Bu
karandaş Əliqulu Qəmküsarın yadigarı kimi!
Günlər keçirdi. Hürnisə lal-kar olmuşdu. Söhbətdən, ünsiyyətdən qaçırdı. Bəhruzun otağını
gündə yığıb yığışdırırdı. Hər şeyi elə düzmüş, elə səliqə yaratmışdı ki, otaq muzeyə çevrilmişdi.
Hürnisə bu otaqdan çölə çıxmır, bütün günü bir küncdə daş kimi qalırdı. Şirin xanımın yalvarışları
kömək etmirid. Bəhruzun ölümündən sonra cəmi bir il yaşadı. Bəhruzun öldüyü gün– fevralın
7-sində ömrünü tapşırdı. Şirin xanım dizinə döyə-döyə xudavandi-aləmin “məsləhəti belədir”
deyə dua oxuya oxuya göz yaşı tökdü. Hürnisənin ölümü, özü də Bəhruzla eyni gündə ölümü
Şirin xanıma xeyli təsir etmişdi. Şirəlibəy onu uzun müddət sakit edə bilmədi. Hürnisəni Bəhruzun
qəbrinin yanında basdırdılar.
EPİLOQ ƏVƏZİ
Bəhruzun vəfatından sonra onun adına üç məktub gəldi: biri Revaz Abasadzedən, biri Mariya
Ratiyevadan, biri də Zibadan. Bu məktubların heç biri açılmadı. Nə qədər ki, sağ idi, onlar Hürnisədə
qalırdı. Ölümündən sonra uzun müddət Şirin xanım saxladı, sonra qızı Tahirəyə verdi, Tahirə də hər
üç məktubu göz bəbəyi kimi qoruyurdu. Müharibə illərində isə müxtəlif yerlərə köçdükləri üçün bu
məktublar açılmadan itib batdı. Bəlkə də itməyib? Hardasa, kimdəsə, hansı sandıqdaca saxlanılır?!
İllər keçdi. Bəhruzun əsərləri toplandı. Şirin xanım da əşyaları səliqə səhmanla qoruyub
saxlayırdı. Onları muzeyə verəndə dözə bilməyib göz yaşları axıtdı. Naxçıvanda yaşayan müxtəlif
adamlarda Bəhruzun çoxlu şəkilləri vardı. Onlar da bu şəkilləri gətirib muzeyə təhvil verdilər.
Əlbəttə, bu yığılanlar tam deyildi. Orda-burda itib batan əsərləri hələ çoxdur. Bu yaxınlarda
muzeylərdən birinə xəbər gəlmişdi ki, Tilisdə yaşayan bir qadında Bəhruzun üç əsəri var. Bəlkə
Zibadır, bəlkə Reyhan?! Yaxud onların qohumları, dostları, tanışları?! Daha səs çıxmadı. Bəlkə
nə vaxtsa yenidən bizə xəbər göndərəcəklər, kim bilir? Bəlkə Türkiyədə Ziya bəydən alan adam
yenidən onları insanlara qaytaracaq! Bəs Əkbər bəyin, Narıncın, Cəfərqulu xanın, Kalbalı xanın,
Cümsünün, Səttarın, onlarla başqa adamların apardığı əsərlər hanı?
Bəhruzun institut yoldaşlarından Lado Qudiaşvili, Mixail Çiaureli məşhur olublar: biri rəssam
kimi, o biri kino rejissor kimi. Revaz Abasadze Bəhruzun özü kimi həyatdan tez köçdü. Ketovan
Maqalaşvili xalq rəssamı kimi Gürcüstanda şöhrət tapıb. Xəlil Musayev isə dediyi kimi əvvəl Parisə,
sonra Amerikaya getdi. Uzun müddət bu torpaqda yaşadı. Orda da dünya ilə vidalaşdı. Bəhruzun
408
İthaflar
dostlarından Ladoya, Arşaka, Mariyaya, Revaza və başqalarına aid rəsmləri bizim muzeydə tarixi
sənəd kimi, xatirə kimi yaşayır.
Bəhruz haqqında kitablar da çıxdı, xatirələr də yazıldı. Bu xatirələrdən birini yazan Adil
Qaziyevdir. Adil Bəhruzun apardığı rəsm dərnəyinin ən fəal üzvü idi. Adil onun kimi rəssam oldu.
Kərim Kərimovun “Bəhruz Kəngərli” kitabını redaktə etdi. Ömrünün sonuna kimi müəllimini
unutmadı.
Naxçıvan indi dəyişib, müasir, gözəl şəhər olub, qədim abidələr yenə durur, uzaqdakı dağlar da
neca var eləcədir. Nə qədər ki, bu abidələr var, nə qədər ki, uzaqdakı dağlar var, Bəhruz Kəngərlinin
əsərləri də o qədər yaşayacaqdır.
Alça ağacı qurusa da Bəhruzun yaşadığı həyətdə illər boyu heykəl kimi qalmışdı. Onu
kökündən qoparıb atmağa heç kəsin əli gəlmirid. Qəribə bir şəklə dönmüşdü. Qupquru budaqlar
bir– birinə dolaşıb kiminsə həsrətini çəkən bir adam kimi sıxılmış, büzüşmüş, məhzun bir görkəm
almışdı. Təbiətin yaratdığı etüdə çevrilmişdi. Deyirlər ki, bu ağac son illərə qədər həmin həyətdə
dururdu.
Təəssüf etməyə dəyməz. Çünki alça ağacı indi yox olsa da Bəhruzun əsərlərindən birində
əbədi yaşayır!
Kirman Abdin
“B.K
ə
ng
ə
rliy
ə
h
ə
sr olunmuş exlibris”. 2015