415
İthaflar
Bəhruz. İki adam?
Vaso. Vallah, belə vaxtlarda heç bilmirəm neyləyim? Yaxşı ki, qurbanı olduğum bu şərab var.
Gəlsənə səni bax, bu yaxında, Sakonun dükanında, səhər-səhər bir buynuz Kaxet şərabına qonaq
eyləyim?
Bəhruz. Özün bilirsən ki...
Vaso. Bilirəm, necə deyərlər, istinin müsulmanın.
Bəhruz. Yox, əzizim, şərab məni tez tutur, sonra işləyə bilmirəm.
Vaso. Başa düşürəm, genasvale, söz vermisən. Gözəllik ilahəsinə söz vermisən.
Oğulbəy.'>Bəhruz. Elədir, söz vermişəm. Qət etmişəm ki, çəkəm. Yuxusuz gecələrim hesabına, narahat
gündüzlərim hesabına çəkəm.
Vaso. Avans almısan?
Bəhruz (heyrətlə). Avans?
Vaso. Dəli olma! Qız gələn kimi yaxalayıb, avansını al, bacarsan lap pulun hamısını al! Niyə
gözlərini döyürsən? Bu knyaz tayfasına o qədər də bel bağlamaq olmaz, xüsusən belə vaxtda.
Bəhruz. Belə vaxtda?
Vaso. Görmürsən dava-mərəkəni? Belə getsə dünya od içində yanacaq.
Bəhruz. Elədir, zəmanə çox qarışıqdır.
Vaso. Birdən gördün sənin knyazın da şələ-küləsini götürüb, qaçdı dağların, dənizlərin o
tayına. Sonra hara şikayət eləyəcəksən?
Bəhruz. Yox, Vasocan yox. Mən Eteriyə heç bir şey deyə bilmərəm.
Vaso. Başa düşürəm, onu görəndə dilin-ağzın bağlanır. Amma pul çox gərəkli şeydir, dostum!
Bəhruz. Bu işi mənə müəllimimiz Georgi Çaparidze tapşırıb. Qızı da mənim yanıma o gətirib.
Vaso. Canın üçün işin düzəlib. Bəy, bəy balası, gəlin də knyaz qızı. Ondan sonra bir toy-
mərəkə qurulsun ki, Ortaçaladan Vakeyə qədər bütün şəhər tamaşasına dursun. Faytonlar qoşa-qoşa,
zurna-balaban yan-yana. Kaxet şərabı da ki, su yerinə axacaq. Deməli toy tədarükünə başlayırıq.
Bəhruz. Sənin çox zəngin fantaziyan var, dostum!
Vaso (nisgil qarışıq bir kədərlə). Amma istedadım... Sən dahisən, Bəhruz! Dünən bilirsən nə
oldu?
Bəhruz. Yox.
Vaso. Knyaz öz bağçasında əla bir ziyafət düzəltmişdi. Orada ilk qədəhi sənin sağlığına
qaldırdılar.
Bəhruz (heyrətlə). Mənim?
Vaso. Bəli, sənin. Bəhruz Kəngərlinin! Özü də adi qədəhlə yox, gümüşə tutulmuş buynuzla.
Bəhruz. Zarafatı boşla, canım! Kimdir məni orda tanıyan?
Vaso. Kim? Eteri, gözəllik ilahəsi.
Bəhruz (Eterinin adı çəkilcək, nə isə yadına düşür). Sənin söhbətlərin çox şirindir, əzizim!
Amma, mən gərək işləyəm.
Vaso. Vallah, xoşbəxtsən. Sevgi böyük nemətdir. Onda dilənçini şahzadəyə çevirmək, daxmanı
saraya döndərmək qüdrəti var.
Bəhruz. Mən Eterinin yalnız portretini çəkirəm.
416
İthaflar
Vaso. Knyaz Salamon isə həsrətini. Qoy çəksin. Eteri hər yetənin tayı deyil. Çək gözəllik
ilahəsinin portretini! Günəşin ziyası, ayın nuru ilə çək! Mən də gələcəkdə bu portreti şəkil
qalereyamın baş tərəindən asacağam. Hamıya da deyəcəyəm ki, bunu yaradan rəssam mənim
dostumdur. (Bu vaxt arxadan Oğulbəyin zümzüməsi eşidilir). Bu kimin səsidir?
Bəhruz. Oğulbəydir. Tanımırsan?
Vaso. Əcəb səsi var.
Bəhruz. Əhli-kef oğlandır.
Vaso. Əhli-kef? Onda mənim curumdur ki...
Oğulbəy gəlir, əlində “Molla Nəsrəddin” jurnalının təzə nömrəsindən bir neçəsi vardır.
Jurnalın birini Bəhruza, o birini Vasoya verir. Sonra oynaya-oynaya oxuyur.
Oğulbəy. Bəhruzum, bəxtəvərim, var sənə bir şad xəbərim, çıxdı jurnal, üzü al, sözləri
xəncərdən iti. Stolıpin-Nikolay padşahın tüklü iti – görəcək Mollamızın qüdrətini, biləcək
yurdumuzun şöhrətini. Bu gün bayramdır, elə bayram ki, gülür gözlərimin hər giləsi, ucalır
Mollamızın odlu səsi; yayılır zülmətə nur, durma, dostum, mənə əl çal; yaşasın qoy belə jurnal,
belə amal, eləsin padşahın taxtını pamal.
Vaso. Nə dedin, dost? Stolıpini tənqid ediblər?
Oğulbəy. Tənqid nədir, canım, atasını yandırıblar.
Bəhruz. Stolıpinin?
Oğulbəy.
Bəli, bəli lap onun
Sanki əclaf oğlunun
Başına qapaz vurublar.
Heyf ki, az vurublar!
Bəhruz. Sənə nə olub, Oğulbəy. Gah bəhri-təvil deyirsən, gah şeir qoşursan?
Oğulbəy.
Mollamız vuranda şahı, sultanı
Coşur qəlbimdəki nəşə tufanı.
Ruhum pərvazlanır, ərşi-əlaya
Qalxıram az qala ulduza, aya
Bəhruz. Düş yerə göydən. Bəs Ülfət hanı?
Oğulbəy. İki gündür görməmişəm. Yəqin təzə rol hazırlayır.
Bəhruz. Təzə rol. Yox, yox. (Öz-özünə danışırmış kimi). Demək bu nömrə də çıxdı.
Oğulbəy. Çıxmayıb nə olacaqdı? Nə qədər ki, bəy var, xan var, sultan var, gözünə döndüyüm
“Molla Nəsrəddin” də var! Vallah, qınayan olmasa, mən özüm də düşərəm bu nadürüstlərin üstünə.
Bəhruz. Sən?
Oğulbəy. Bəli, mən... Lələşin Oğulbəy.
Bəhruz. Sən ki, vəkillik oxuyursan.
Oğulbəy. Nə olsun, bəy vəkilliyi oxumuram, xana vəkil olmaq niyyətim də yoxdur. Naçalnikə
dilmanc olmaq arzusu çəkənin də əbayi-əcdadına lənət. Qaldı ki, yazı-pozuya, papaq altında çox
oğlanlar var, əzizim! Amma bu sözü nə mən dedim, nə sən eşitdin.
417
İthaflar
Bu vaxt arxadan güllə səsi eşidilir. Bəhruz qapıya tərəf getmək istəyir.
Vaso. Dayan.
Bəhruz. Görəsən nə olub?
Oğulbəy. Bu saat öyrənərəm. (Çıxır.)
Vaso (pəncərədən baxır). Adamlar bir-birinə qarışıb.
Bəhruz. Görəsən kimə atırlar?
Bayıra baxır. Oğulbəy gəlir.
Oğulbəy. Bir cavan ömrünü sizə bağışladı.
Vaso. Bir cavan? (Tələsik səhnədən çıxır. Bəhruz onun dalınca getmək istərkən.)
Oğulbəy. Nə işin var orada sənin? Otur, şəklini çək.
Bəhruz. Yox, atılan o güllələr, ölən o cavan... (Vaso qayıdır.) Kimdir vurulan?
Vaso. Bir tələbə.
Bəhruz. Tələbə? Nəyə görə?
Vaso. Kim bilir, çox üsyankar idi.
Bəhruz. Üsyankar?
Vaso. Üsyan edirdi, mühitə, zamana, dövlətə.
Bəhruz. Mühitə, zamana, dövlətə qarşı üsyan? (Fikirli halda gəzinərkən Ülfət tələsik daxil
olur.) Ülfət!
Ülfət. Buradasan? Sənə verdiyim bağlama haradadır?!
Bəhruz. Orada, şəkillərin arxasında.
Ülfət. Ver onu mənə, tez ver! (Bəhruz şəkillərin arxasındakı bağlamanı gətirir.)
Vaso. Olmuya qızıl-gümüşdür, dost?
Ülfət. Yox, onlardan da qiymətli şeydir, intibahnamədir. “Qeyrət” mətbəəsində çap olunmuş
intibahnamə.
Bəhruz. İntibahnamə? (Heyrət və həyəcanla oxuyur.)
Yetər, qaranlıqda süründük, yetər,
Qalmasın ürəkdə arzu-kamımız.
Gedib padşaha çatsın bu xəbər,
Qorxunc olacaqdır intiqamımız.
Qıraq qolumuzun buxovlarını
Ədalət yolunda odlardan keçək.
Böyük azadlığın ilk baharını
Kimsə bizə bizsiz bəxş etməyəcək.
Sən o cavanı tanıyırdın?
Dostları ilə paylaş: |