414
İthaflar
Adil Babayev
BƏHRUZ
(“YARIMÇIQ ŞƏKİL”)
3 pərdə 7 şəkildə tarixi dram
İŞTİRAK EDİRLƏR
Bəhruz
– rəssam
Qəmküsar
– şair
Ülfət
– aktyor
Oğulbəy
– vəkil
Şirin
– Bəhruzun anası
Yasəmən
– yetim qız
Eteri
– knyaz qızı
Vaso
– Bəhruzun dostu
Salamon
– Metex qalasında növbə rəisi
Mirbağır ağa – ruhani
Vidad
– dəliqanlı gənc
Polis
Hadisələr 1912-1920-ci illərdə Tilisdə və Naxçıvanda cərəyan edir.
BİRİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Tilis, rəssamlıq məktəbi. Bəhruzun emalatxanası. Səhər tezdəndir. Hardasa uzaqlarda neydə
çalan “Səhər” mahnısı ətrafa yayılır. Bəhruz bütün diqqətini cəmləşdirərək molbert qabağında
işləyir. Bu vaxt Vaso həyəcanla içəri girir.
Vaso. Sabahın xeyir, Bəhruz, qamarcoba!
Bəhruz. Sabahın xeyir, Vasocan, hardan belə?
Vaso (ney səsi gələn tərəfə işarə edir). Oradan, knyazın kef məclisindən.
Bəhruz. Knyazın?
Vaso. Knyaz Salamonun. Eterinin pərəstişkarının... Gəldim sənə deyəm ki, emalatxanada çox
yubanma, axşamlar tez qayıt evə.
Bəhruz. Nədir bu təlaş?
Vaso. Görmürsən? Dəli-qudurmuşlar dünən gecə Ortaçalada yenə iki adam öldürüblər.