Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə98/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   94   95   96   97   98   99   100   101   ...   132

 

384


İthaflar

– Sənin atanı tanımıram. 

– Yaxşı, tanıyırsan, odur, bax, dükana da qoymusan, deyəsən başın bədəninə ağırlıq eyləyir, 

şeytan deyir vur bağırsaqlarını tök bayıra. Mürtədin biri, mürtəd! Onu gözünün qabağında cırığ-

cırığ eləyim sən də tamaşa elə.

Gənc  cumub  vitrindən  xəsis  satıcının  günəş  işığında  pula  baxdığını  göstərən  şəkli  dartıb 

çıxardı,  çərçivəni  ayaqları  altına  salıb  xıncım-xıncım  əzişdirdi,  cırılan,  əzilən  şəkildən  isə  bir 

nişanə qalmadı. Buna baxmayaraq gəncin hirsi soyumadı, yenə Bəhruzun üstünə gəlib əllini ölçə-

ölçə hədələdi, kobud, ağır sözləri dalbadal yağdırmaqdan çəkinmədi. Get– gedə qızışır, öldürməklə 

hədələyir, kişi papağına and içib, onu tikə-tikə doğruyacağını söyləyir, bir an belə sakit olmurdu.

Bəhruzun qanı qaralsa da, özünü möhkəm saxladı, ürəyinin dərinliyində əsərinin oyatdığı 

təsir gücünə görə isti bir dalğa kükrədi.  Şəkili nə vaxtsa elə bu bazarın önündə çəkmişdi, həqiqətən 

də həmin adamın indi kim olduğunu, nə satdığını bilmirdi, bunları unutmuşdu. 

Qoca dilənçi şəkillərini yığışdırıb evə gedən Bəhruza, səbrinə, dözümünə, dəliqanlı bir gəncə 

baş qoşmamasına görə heyran qaldığını bildirdi.

Bəhruz bir həftədən çox bazarda görünmədi. Məcbur olub yenə gələndə başqa bir hadisəylə 

üzləşdi. 

9

Bəhruz yenə şəkillərini satırdı.

Tez-tez bazarın yaxınlığında öz sənəti ilə camaatın qarşısında çıxış edən dərviş Həsənə dəyirdi.

Yenə bir dəfə şəkillərini qoca dilənçiyə tapşırıb Həsənin yanına getdi. Dərviş saz çala-çala 

şən  nəğmə  oxuyurdu,  birdən-birə  ahəngi  dəyişdi,  “qardaşıq  biz”  adlı  təzə  bir  nəğməni  ətrafına 

toplaşan kütləyə öyrətməyə başladı. Nəğmənin ahəngi rəvan, axışı, xoş olduğu üçün, “qardaşıq 

biz” sözlərini asanlıqla bu ahəngə uyğun bütün kütlə həvəslə oxuyurdu. Bəhruz da dərvişin bu 

cazibəsindən çıxa bilməyib, hamıya – bütün kütləyə qoşuldu. Oxuya– oxuya camaata tərəf baxdı. 

Onların arasında hər cür adam vardı, böyük də, kiçik də, varlı da, yoxsul da, qadın da, uşaq da, 

qoca da, şikəst də! Birdən əli silahlı çaparlar yüyürdülər, hər tərəfdən dərviş Həsəni qamçılayıb 

şey-şüylərini yığışdırıb aparmaq istəyəndə kütlə dalğa kimi onların üstlərinə yeridi. Bəhruz nə vaxt 

dərvişə yaxınlaşdığını bilmədi. Onu iki-üç çaparın əlindən alıb qaçırmaq istədi. Ancaq dərviş onu 

sakit etməyə çalışıb dedi: 

–  Bəhruz, başını salamat saxla, məni onsuz da tutacaqlar. Xeyri yoxdur. Bax, görürsən, nə 

qədər çapar gəlib, onların arasından məni necə aparacaqsan?!



385

   


        

İthaflar


Bəhruz dərvişdən əvvəl çaparları görmüşdü. Nədənsə qorxmadı, dərvişi xilas etmək üçün bir 

yol axtarmaq istəyəndə yenə dərvişi yaxaladılar. Bu zaman çaparların içində Məcidi görən Bəhruz 

onun üstünə yüyürdü, Məcid etinasızlıqla:

–  Geri  çəkilin!  –  deyə  adamların  üstünə  elə  bərkdən  qışqırdı  ki,  Bəhruz  özünü  itirdi,  bir 

də gördü ki, dərvişi beş-altı çapar aparıb gedir. Bəhruz cummaq istədi, amma o tərəfə getməyə 

qoymadılar. Məcid sakitliyi bərpa etməyə çalışırdı. Birdən Bəhruz onun lap yaxına gəldiyini görüb 

qəzəb içində yaxasından tutdu:

– Kömək elə ona, kömək elə... təvəqqə edirəm səndən, buraxdır onu, günahsızdır, tez elə...

Məcid bunu gözləmirdi, Bəhruzun əllərini qüvvətli zərbə ilə itələyib, tüfəngini qaldırdı:

– Çəkilin geriyə! – deyə bərkdən qışqırdı. Bəhruz üçün bundan ağır zərbə ola bilməzdi. Heyrət 

içində gözləri böyüdü, qəzəbindən bütün bədəni titrədi. Çaparlar bütün kütləni qovur, dağıdır, hamı 

müvazinət göstərmədən başını götürüb qaçırdı. Amma uzaqdan uşaqların “qardaşıq biz” nəğməsini 

eşidəndə Bəhruz bir az özünə gəldi. Məcidə nifrətlə baxdı. Məcidin Bəhruzu tanımaq istəməməsi, 

kobudluğu dəhşət olsa da, bu anda, bu Naxçıvan çaparlarının əzəməti həqiqətən qeyri-adi təsir 

gücünə malik idi. Belə düşündüyü vaxt çapar Məcid əzəmətli sinəsini qabağa verib pıçıldadı:

– Get, Bəhruz, axşam sizə gələcəyəm! – sonra isə dəyişib üstünə qışqırmağa, qovmağa başladı.

Bəhruz onun pıçıltısındakı səmimiyyəti, gizli niyyəti duymaqdan uzaq adam deyildi. Axşam 

Məcid dediyi kimi qapının ağzında göründü, içəri girən kimi Bəhruzun üstünə düşdü:

– Ay qardaş, məndən inciməyə haqqın yoxdur, mən vəzifə borcumu yerinə yetirirdim, sən də 

ki, uşaqlıq edirsən. Heç bilirsən, o gədə kimdir?! Neçə vaxtdır axtarırlar. Bizim dinin, məzhəbin, 

xalqın düşmənidir. 

– Düşmən deyil! – Bəhruz özündən asılı olmadan hirslə dilləndi, Məcid heyrət içində ona 

baxıb bir anlıq susdu, sonra sakitcə soruşdu:

– Düşmən deyilsə bəs  kimdir, niyə tuturlar?!

– Bunları bilmirəm, Məcid dayı, dərvişdən nə düşmən?! El – oba gəzə– gəzə mahnılar oxuyur. 

– Bizi Kalbalı xan göndərdi ki, onu tutaq, dedi ki, xalqımızın düşmənidir...

– Onu öldürəcəklər?! – Bəhruz həyəcanla soruşdu.

– Nə deyim, başım çıxmır... 

– Necə xilas etmək olar?

– Çətin, çox çətin! Kalbalı xanın dustağıdır, ona yaxın düşmək olmaz. 

– Yanına xahişə gedərəm. 

– Faydası yoxdur, Bəhruz! Naxçıvana indi amerikalılar ağalıq etmək istəyirlər, Kalbalı xan 

da öz ağalığını heç kəsə vermir, divanxana da onun əlindədir, külli-aləm də! Bu ixtiyarı başqasına 

vermək axmaqlıqdır. Türklər də o tərəfdən başının üstündə dayanıblar. İndi necə olacaq, bir allah 

bilir.

– Bəs ingilislər nə oldu?!



– Çoxdan çıxıb gediblər.

Bəhruz səhər Kalbalı xanın hüzuruna getdi. Xan gec olsa da onu qəbul etməyə razılıq verdi, 

uzun ətəkli, üstü güllü naxışlarla hörülmüş əbasını çiyninə salıb, xalılar döşənmiş, böyük otağın 

qapısına yaxınlaşdı, ədəb-ərkanla salam verən Bəhruza diqqətlə baxıb soruşdu:

– Kimsən, nəçisən?!



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə