Beige Brown Elegant Simple Corporate Serifs Presentation



Yüklə 9,08 Mb.
tarix31.12.2021
ölçüsü9,08 Mb.
#81541
bakı beynəlxalq multikulturalizm mərkəzi


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətləri.

Yaradılma Məqsədi və Tarixi

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.tini

VƏZİFƏLƏRİ

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir.

Mərkəzin əsas vəzifələri aşağıdakılardır


  • Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;

Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;

Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;

Müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;

Aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək;

Təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütövlüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək;

Müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;

FƏALİYYƏTLƏRİ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bir sıra ictimai, siyasi, mədəni tədbirlər keçirərək öz fəaliyyətini təşkil edir .

Bura görüşlərin , müxtəlif tədbirlərin keçirilməsi video çarxların hazırlanması, təlimlərin verilməsi və s. aiddir

MƏRKƏZİN BİR SIRA FƏALİYYƏTLƏRİ İLƏ TANIŞ OLAQ

Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir. Bu fikirlər noyabrın 5-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi və Qəbələ Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdikləri “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdən əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “1 millət, 6 dövlət, ortaq media” adlı beynəlxalq konfransda “Media və multikulturalizm” mövzusu gündəmə gətirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” seriyasından sayca ikinci olan məqalələr toplusunu nəşr edib. Kitab bu ilin mayında keçirilən “Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanıb. Onlayn formatda keçirilən konfransda 9 ölkəni – Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva, Gürcüstan və Azərbaycanı təmsil edən araşdırmaçı alimlərin məruzələri dinlənilib. Kitabda on biri səkkiz xarici ölkədən olan 26 alimin məqalələri dərc edilib.



İsrailin Netaniya şəhərində Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbir “İsraildə Azərbaycan evi”nin fəalları və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi tərəfindən təşkil olunub.

DİQQƏİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Yüklə 9,08 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə