82
Xalça sənətkarlığı nümunələrini hazırda ABŞ-da yaşayan Berd An-
donyan, Berc Aqambekyan, Q. Yesayan və başqaları öz adlarına çıxmağa
çalışırlar.
Son illər ABŞ-da Qarabağın gəbə və xalçalarını əks etdirən albom,
kataloqların çapı, xüsusi sərgilərin təşkili xeyli genişlənmişdir. 1985-ci
ildə əvvəlcə Kimbella və Fort-Uartoda (Texas ştatı), sonra isə Vaşinqton-
da açılmış sərgilərdə Şuşada, habelə Malıbəyli, Daşbulaq, Lənbəran və s.
yerlərdə toxunmuş xalça və gəbələr “Erməni gəbələri 1700-1917-ci illər-
də” adı ilə nümayiş etdirilmişdir.
Şairə Xurşidbanu Natəvan tərəfindən hazırlanmış fincan örtüyü Qa-
rabağ xanı Pənah xana aid edilən əl ağacının üst bəzəyi olan belə bədii
tikmələr də xalça sənətinin Qarabağda geniş inkişaf etdiyini göstərir. Ta-
rixdən məlumdur ki, hələ 1882-ci ildə Nijni-Novqorodda Ümumrusiya
bədii sənaye sərgisində Xurşidbanu Bəyim tərəfindən göndərilmiş parça-
lar birinci dərəcəli mükafata layiq görülmüşdür.
Görkəmli xalçaşünas K.Əliyevin məlumatına görə, aşağıda adları
göstərilən xalça ustaları öz sənətkarlıq qüdrətinə görə Qarabağda məşhur
olmuşlar:
Telli Hacınəsib qızı (1850-1965) Şuşa şəhəri;
Əliyeva Zöhrə Cəmil qızı (1870-1945) Şuşa şəhəri;
Avtab Qasım qızı (1850-1935) Şuşa şəhəri;
Bağırova Qəmər Məşədiməhəmməd qızı (1890-1973) Ağdam şə-
həri;
Knyazova Yetər Mustafa qızı (1810-1919) Bərdə rayonu, Qa-
zaxlar kəndi;
Məmmədova Turfa Zahid qızı (1900-cu ildə anadan olub) Bərdə
rayonu, Xəsili kəndi;
XIX əsrdə Qarabağ xalçaçılığının daha da inkişaf etməsində Cavan-
şir qəzasının mərkəzi olan Tərtər və Cəbrayıl şəhərlərinin köməyi, xüsu-
silə, səmərəli olmuşdur. Cəbrayılda xalçaçılığın inkişaf etməsində Hüseyn
Ağa Cavanşir çox xeyirxah tədbirlər həyata keçirmişdir. Onun Cəbrayılda
el sənətkarlığının inkişafında yaddaqalan xidmətləri çoxdur.
Göstərildiyi kimi, Azərbaycanda xalçaçılığın qədimdən bu günkü
dövrümüzə qədər daha da inkişaf edib çiçəklənməsində Qarabağın böyük
rolu olmuşdur.
83
MUSİQİ TARİXİMİZDƏ BƏRDƏ
Bərdə sehrkar musiqi diyarı kimi də məşhur olmuşdur. Yazın gəli-
şi həmişə burda toy-bayrama çevrilərdi. Coşub-daşan Tərtər çayının
ahəngdar səsi el şənliklərində, toyda çalıb-çağıran xanəndələrin gur və
məlahətli səslərinə qarışar, adamlarda xoş əhval-ruhiyyə yaradardı.
Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi Xan Şuşinski
(1901-1979) Bərdəyə tez-tez təşrif gətirərdi. Bu da səbəbsiz deyildi. Xa-
nın doğma bacısı Rüxsarə Aslanağa qızı Əliyeva (1904-1974) Bərdə şə-
hərində yaşayırdı. Məhz buna görə Xan Şuşinski tez-tez Qarabağa, Bərdə-
yə el şənliyinə başının dəstəsi ilə gələrdi. Xanın bacısı oğlanları Əşrəf və
Ərşad Əliyevlər də məlahətli səsləri ilə tanınmışdılar. Onların yanıqlı zən-
gulələri qəlbləri riqqətə gətirərdi. Qardaşlar məktəb yığıncaqlarında çalıb-
çağırardılar. Çox erkən, gənc yaşlarında vəfat etdilər. Qardaşlar İmamza-
də məscidi ətrafındakı ailə qəbiristanlığında dəfn olunmuşlar. O vaxtlar
Xan Şuşinskinin övladı yox idi. O, bacısı uşaqlarının baş daşlarını özü ha-
zırlatmışdı.
Xan Şuşinskinin Bərdəyə gəlişi həmişə toy-bayrama çevrilirdi. Qa-
rabağın bir çox xanəndə və sazəndələri onun başına toplaşardılar. Qara-
bağda məşhur olan gözəl sənətkar Cəlal Dadaş oğlu Zeynalov Xanın ya-
xın dostu idi. Onların dostluğu axıradək davam etmişdi. Cəlal toy və el
şənliklərində bir qayda olaraq ayaq üstə oxuyardı. Bu, indi də xatırlanır.
1940-50-ci illərdə Aşıq Cəlil, sonralar isə onun qardaşı Mürsəl ustad oxu-
yanlardan sayılırdı. Aşıq Cəlil çox zaman özü qoşduğu mahnılardan oxu-
yardı... Heç demirsiz aşıq Cəlil hardadır, Mənim gözüm kamançada,
tardadır.
Qardaşı Yaqub söyləyirdi ki, bir gün səs yayıldı ki, məşhur tarzən
Abbasqulu ağa Bərdəyə gəlib. Biz o vaxtlar gənc idik, musiqiçilərlə çox
maraqlanırdıq. Əslən Şuşa şəhərindən olan bu sənətkar qəza mərkəzi Tər-
tərdə yaşayırdı. 1929-cu ildə ona xəbər göndərilib ki, bəs məsciddə tar
çalmasa, onu Tərtərdən köçürəcəyik. Sənətkar dərhal bir fayton tutub,
Bərdəyə köçmək istəyir. Məscidin qabağında faytonu saxlatdırır və deyir:
“ Ey kafirlər, heç Allahın evində də tar çalarlar? Mən tay burda yaşaya
bilmərəm”.
Tərtər əhlindən biri deyir: “Ağa, biz səninlə zarafat edirdik, inci-
mə”. Abbasqulu ağa cavabında deyir: “Bala, Allahnan zarafat etmək ol-
maz, mən getdim Bərdəyə...”
Görkəmli sənətkarlarımızdan biri də tarzən Məhəmməd Kərim oğlu
Allahverdiyev (1936-1987) idi. Respublikamızın xalq artisti Yaqub Məm-
mədov onun haqqında belə deyirdi: “Məmməd gözəl sənətkar idi. O, hə-
84
mişə bizi Qarabağa el şənliklərinə aparar və tarda da özü müşayiət edər-
di”.
Yuxarıda adlarını çəkdiyimiz və qismən də olsa, haqqında danışdı-
ğımız el sənətkarlarının məzarları Bərdədə, İmamzadə məscidi yaxınlı-
ğındakı qəbiristanlıqdadır. Bu gün Qarabağ torpağından xeyli uzaqlardan
onların xatirəsini əziz tutanlar el sənətkarlarının məzarlarını ziyarətə gə-
lirlər.
Azərbaycan klassik musiqisinin fədakar tədqiqatçısı, tarixçi Firudin
Şuşinskinin də məzarı Bərdə torpağındadır. Son vaxtlar ağır xəstə oldu-
ğundan Firudin bəy Şuşanı göz yaşları ilə xatırlayırdı. Axı, o, əsilli-köklü
şuşalı idi, bütün yaradıcılığını Qarabağın tarixinin tədqiqinə həsr etmiş,
xalq musiqiçilərinin böyük bir nəslinin həyat və yaradıcılığı haqqında ya-
rım əsr ərzində respublika mətbuatında məqalələr çap etdirmiş, kitablar
yazmış, klassik musiqimizi radio və televiziya vasitəsilə təbliğ etmişdir.
Qeyrətli musiqişünas arzusuna çata bilmədi, Şuşanın erməni namərdlərin-
dən təmizlənməsi çağlarını görmək ona müyəssər olmadı. Oğluna, dost-
larına vəsiyyət etmişdi ki, məni Bərdədə dəfn edərsiniz. Murovdan əsən
külək Şuşanın əhvalını mənə çatdırar...
Vəsiyyətinə əməl edildi.
Allah bu torpaqda uyuyanların hamısına qəni-qəni rəhmət eləsin.
Babayev N.,
Nərimanov R.
“Bərdə. Tarixin aynasında” - Bakı: 1998