78
BƏRDƏNİN “YAŞIL ABİDƏLƏRİ”
Hansı daha qədimdir: Nüşabə məqbərəsi, yoxsa Soltanbuddakı
saqqız ağacları? Hansı daha qiymətlidir: Nüşabə məqbərəsi, yoxsa Soltan-
bud meşəsi?
Bu müqayisə sizə qəribə gəlməsin. Ona görə ki, Soltanbud meşəsi
də abidədir, Nüşabə məqbərəsindən, başqa tarixi yadigarlardan heç də az
əhəmiyyət daşımır. Bircə fərq burasındadır ki, saqqız ağacları yaşıl abidə-
lərdir. Bu abidə ilin fəsillərinə uyğun olaraq dondan dona girir, yaşıllaşır,
nəfəs alır.
Nə qəribə görkəmi varmış saqqız ağaclarının! Bura elə bil nəhəng
göbələklər aləmidir. Bir boyda, bir buxunda yerdən qalxıb, eyni vəziyyət-
də çətirlənib. Ya bəlkə qüdrətli bir əl bu ağacların budaqlarını bir bərabər-
də nizamlayıb?
Evkalipt ancaq Avstraliyada bitdiyi kimi, saqqız ağaclarının beşiyi
də Azərbaycandır. Soltanbud meşəsi dünyada ən böyük saqqız meşəsidir.
Saqqız ağacı üst-üstə uzanan qoşa budaqlarından qəribə pilləkən yaradıb.
Elə bil ki, üstdəki budaq uzandıqca “ayaqlarını” aşağıdakı budağın üstünə
qoyurmuş. Sanki, gövdə duyub: – üstdəki budağı küləkdən qorumaq çə-
tindir, ona görə də, sınmasın deyə altdakı budaqdan ona möhkəm dayaq-
lar verib, ikisini üç-dörd yerdən bir-birinə “qaynaq” eləyib... Əgər mümkün
olsaydı bu qoşa budaqların ucunu əyib rahat nərdivanla ağaca çıxa bilər-
sən.
Soltanbud meşəsi 2.200 hektara yaxın sahəni tutur. Bu, böyük əra-
zidir. Lakin heç kəs inkar etməz ki, meşə keçmişdə daha böyük sahə tu-
turmuş. Elə indi də baxırsan ki, ara-sıra boş yerlər var. Belə yerlərdə
ağaclar tədricən seyrəlir, yoxa çıxır. Meşələri bərpa etmək, seyrəkliyi ara-
dan qaldırmaq üçün son illər xeyli iş görülür. Üst-üstə 400 hektara qədər
sahədə saqqız ağacları əkilmişdir.
Bir qədər aşağıda yan-yana dayanmış qoşa təpələr – Soltanbud
meşəsinin qoşa gözətçiləri görünür. Son vaxtlar bu uca təpələr hasara alı-
nıb. Dairəvi şəkildə arxlar çəkilib, arxlar boyunca isə şam ağacları əkilib.
İndi təpələri yaşıl şamlar qucağında saxlayır.
Mehdiyev X.
“Kommunizm yolu” - 1976 - 18 sentyabr