339
olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat formasının 4-cü və 6-cı
sütunlarında əks etdirilir.
“Digər əməliyyat gəlirləri” sintetik hesabında təşkilatın hesabat
dövründə və əvvəlki hesabat dövründə 111№-li “Qısamüddətli debitor borcları”nın
müvafiq subhesabları və ya 334 №-li “Qısamüddətli maliyyələşmələr və
daxilolmalar” hesabının debeti və 631-1 №-li “Torpaq, tikili, avadanlığın və digər
uzunmüddətli
aktivlərin
satışından
gəlirlər”,
631-2
№-li
“Yenidənqiymətləndirmədən gəlirlər”, 631-3 №-li “Əvəzsiz olaraq alınmış
aktivlər”, 631-4 №-li “Cərimələr və digər oxşar ödənişlər”, 631-5 №-li “Keçmiş
illər üzrə gəlirlər”, 631-6 №-li “Ümidsiz borcların bərpası”, 631-7 №-li “Silinmiş
ehtiyatların bərpası”, 631-8 №-li “Məzənnə fərqləri üzrə gəlirlər” sintetik
hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir.
“Maliyyə gəlirləri” sintetik hesabında təşkilatın
hesabat dövründə və
əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq
subhesabları və ya 334 №-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar”
hesabının debeti və “633-1 №-li “Faiz gəliri”, 633-2 №-li “Qiymətdən düşmüş
borclar üzrə faiz gəlirləri”, 633-3 №-li “Dividend üzrə gəlir” sintetik hesablarının
krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir.
Cəmi gəlirlər sətri üzrə məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilmiş gəlir
məbləğlərinin cəmindən ibarət olmaqla müvafiq olaraq həmin formanın 5-ci və 7-
ci sütunlarında göstərilir.
340
12.2. Xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
“Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda xərclər aşağıdakı
maddələr üzrə ümumiləşdirilir:
– əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları;
– sərf edilmiş mаtеriаlların dəyəri;
– amortizasiya xərcləri;
– sair əməliyyat xərcləri;
– maliyyə xərcləri.
“Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları” maddəsində
təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə birja və qeyri-birja
əməliyyatlarından əldə edilmiş gəlirləri üzrə tanınmış əmək haqqı və dövlət sosial
sığorta ayırmaları xərcləri əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları
verilir:
– birja əməliyyatı üzrə 701 №-li “İstehsal olunmuş məhsulların
(məmulatların) dəyəri”, 702 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 703 №-li
“Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-4 №-li “İşçi
heyətinə məsrəflər” sintetik hesabının krediti; eyni zamanda, 611 №-li “Satış”
hesabının müvafiq subhesablarının debeti və 701 №-li “İstehsal olunmuş
məhsulların (məmulatların) dəyəri”, 702 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”,
703 №-li “Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının krediti.
– qeyri-birja əməliyyatı üzrə 731 №-li “İstehsal olunmuş məhsulların
(məmulatların) dəyəri”, 732 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 733 №-li
“Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-4 №-li “İşçi
heyətinə məsrəflər” sintetik hesabının krediti; eyni zamanda, 621 №-li “Dövlət
büdcəsindən alınmış vəsaitlər”, 622 №-li “Digər büdcələrdən alınmış vəsaitlər”,
623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li “Digər
təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər” hesablarının müvafiq
341
subhesablarının debeti və 731 №-li “İstehsal olunmuş məhsulların (məmulatların)
dəyəri”, 732 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 733 №-li “Göstərilmiş
xidmətlərin dəyəri” sintetik hesablarının krediti.
– sair gəlirlər əməliyyatı üzrə 741 №-li “İstehsal olunmuş məhsulların
(məmulatların) dəyəri”, 742 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 743 №-li
“Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-4 №-li “İşçi
heyətinə məsrəflər” sintetik hesabının krediti; Eyni zamanda, 631 №-li “Digər
əməliyyat gəlirləri”, 633 №-li “Maliyyə gəlirləri” hesablarının müvafiq
subhesablarının debeti və 741 №-li “İstehsal olunmuş məhsulların (məmulatların)
dəyəri”, 742 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 743 №-li “Göstərilmiş
xidmətlərin dəyəri” sintetik hesablarının krediti.
Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri
haqqında” hesabat formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.
“Sərf edilmiş materialların dəyəri” maddəsində təşkilatın
hesabat
dövründə və əvvəlki hesabat dövründə birja və qeyri-birja əməliyyatlarından əldə
edilmiş gəlirləri üzrə tanınmış material ehtiyatları xərcləri əks etdirilir. Bu zaman
aşağıdakı mühasibat yazılışları verilir:
– birja əməliyyatı üzrə 701 №-li “İstehsal olunmuş məhsulların
(məmulatların) dəyəri”, 702 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 703 №-li
“Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-3 №-li
“İstifadə olunmuş materiallar” sintetik hesabının krediti;
Eyni zamanda, 611 №-li “Satış” hesabının müvafiq subhesablarının debeti
və 701 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri”, 702 №-li
“Yerinə yetirilmiş işlərin dəyəri”, 703 №-li “Göstərilmiş xidmətlərin dəyəri”
sintetik hesablarının krediti.
– qeyri-birja əməliyyatı üzrə 731 №-li “İstehsal olunmuş məhsulların
(məmulatların) dəyəri”, 732 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 733 №-li
“Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-3 №-li
“İstifadə olunmuş materiallar” sintetik hesabının krediti; eyni zamanda, 621 №-li