43
Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna
müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə
edir:
•
büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş
tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq
ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);
•
büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş
tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir
qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata
keçirilməsində yaranacaq dəyişiklik).
Digər zəruri göstəricilər dedikdə keçən il və cari ilin 5 ayı üçün kodlar üzrə
malların idxalı və ixracına dair göstəricilər (o cümlədən vergi və gömrük
rüsumlarından azad olunan, habelə dərəcələr üzrə vergi və gömrük rüsumlarına
cəlb olunan idxal və ixrac mallarının kodları üzrə strukturu, aksizə cəlb olunan və
azad olunan malların idxalının strukturu, nəqliyyat vasitələrinin sresifık
xüsusiyyətlərinə görə vergiyə cəlb olunan və vergidən azad olunan avtomobillərin
sayı və s.), vergi və gömrük rüsumlarının haqq-hesab cədvəlləri, büdcə-vergi
siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən
haqq-hesab cədvəlləri, vergi və rüsumlar üzrə güzəştlərin qiymətləndirilməsinə
dair haqq-hesab cədvəlləri və s. nəzərdə tutulur.
Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları müəyyən olunan
göstəricilər üzrə son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik
məlumatları cari ilin fevral ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
edirlər.
Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən Maliyyə
Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda
aşağıdakılar göstərilməlidir:
44
•
hüquqi şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları
və ora daxil olan inzibati rayonlar üzrə strukturuna keyfiyyət qrupları (ümumi
torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ
və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);
•
fiziki şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları
və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi
torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ
və düzən torpaqlar, biçənək, örüş və otlaq sahələri;
•
sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi
təyinatlı yaşayış fondlarının həyatyanı sahələri və vətəndaşların bağ
sahələrinin tutduğu torpaq sahələri və onların respublikanın şəhərləri üzrə
bölgüsü.
Dövlət əmlakının və torpaqların icarəyə verilməsi ilə məşğul olan orqanlar
tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat
məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini
tapmalıdır:
•
dövlət əmlakının və torpaqların icarə sahələri;
•
dövlət əmlakının və torpaqların icarəsi üzrə müqavilələrin sayı və onun
dinamikası;
•
keçən ildə əldə edilmiş və cari ildə gözlənilən dövlət əmlakının və
torpaqların icarə haqlarının məbləği;
•
hesablanmış dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə
faktiki və cari ildə gözlənilən məbləğləri;
•
dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari
ilin sonuna gözlənilən qalığı;
•
növbəti il üçün təklif olunan dövlət əmlakının və torpaqların icarə
haqlarının həcmi, ödənilməli olan icarə haqlarının məbləği;
•
sonrakı üç il üçün dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə
tutulmuş haqların və tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;
45
•
digər zəruri göstəricilər.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən olunmuş göstəricilər
büdcədən maliyyələşən təşkilatlar, kommersiya prinsipləri əsasında fəaliyyət
göstərən təşkilatlar və xarici diplomatik qurumlar üzrə ayrı-ayrılıqda təqdim
edilir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim olunan dövlət əmlakının və
torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair
göstəricilər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı büdcə
göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və
təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:
•
dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin
büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan
dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);
•
dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin
qiymətləndirilməsinə dair hesablamalar (icarəçilərin və icarədarların əhatə
dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq
dəyişiklik).
Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra
hakimiyyəti
orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində
aşağıdakı məlumatlar olmalıdır:
•
keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;
•
hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən
məbləğləri;
•
büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;
•
növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan
vergi və ödənişlərin məbləği;
•
büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair
göstəricilər;
Dostları ilə paylaş: |