438
təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qrupun
göstəriciləri (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun
məbləği), həmin hesabatların tərtib olunduğu tarixə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi müvafiq meyar göstəricilərinin (illik gəliri, hesabat ili
ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olduqda,
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edir.
10.3. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna
olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya
təşkilatlarından, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının bu
qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına uyğun tərtib edilməsi tələb olunmadıqda, onlar bu hesabatları
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib
edir.
10.4. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna
olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya
təşkilatları, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda
göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:
10.4.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri
(iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla,
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə
yekdilliklə razılığa gəldikdə;
10.4.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;
10.4.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;
10.4.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq
olaraq dərc etdirdikdə.
M a d d ə 1 1 . Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün
hesabat dövrü
439
11.0. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı
hesabat dövrləri müəyyən edilir:
11.0.1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun
subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun
subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının
31-i də daxil olmaqla;
11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının
1-dən dekabr ayının 31-i də daxil olmaqla.
M a d d ə 1 2 . Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təqdim
və dərc edilməsi qaydası
12.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları
ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda,
qaydada və
müddətlərdə
təqdim edir. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının
və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və
dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
12.2. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə
bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və
ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan
kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə
birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinin ikinci cümləsində
nəzərdə tutulmuş qaydada təqdim edir.
440
12.3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd
kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst
istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda
auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması;
12.3.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə
mətbu orqanda dərc olunması;
12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının nüsxəsinin qanunla müəyyən edilmiş hallarda
auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim
olunması.
12.4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş
idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına
cavabdehdir.
V F Ə S İ L
QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI
M a d d ə 1 3 . Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının
tərtib edilməsi
13.1. Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları
bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir.
13.2. Qeyri-hökumət təşkilatları bu qanuna əsasən tələb olunan maliyyə
hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu
Standartlarına uyğun tərtib edir.
441
M a d d ə 1 4 . Qeyri-kommersiya təşkilatları üçün hesabat dövrü, maliyyə
hesabatlarının təqdim və dərc edilməsi qaydası
14.1. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə
hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.2. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat
dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən edilir.
14.3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu qanuna uyğun
olaraq təqdim etdikləri maliyyə hesabatları "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi
haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi
aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir, onlara əlavə edilir.
14.4. Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu
və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
14.5. Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını bu qanunun 12-ci
maddəsinin tələblərinə uyğun olaraq dərc etdirirlər.
V I F Ə S İ L
YEKUN MÜDDƏALAR
M a d d ə 1 5 . Mühasibat məlumatlarının məxfiliyinin qorunması
15.1. İlkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot
sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.
15.2. Dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada
mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış olmaq hüququ vardır.
15.3. Mühasibat uçotu subyekti tərəfindən audit yoxlamasına cəlb olunmuş
auditorun qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat uçotu
sənədləri ilə tanış olmaq hüququ vardır.
442
M a d d ə 1 6 . Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə
məsuliyyət
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc
edilməsi, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına
görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 1 7 . İcra müddəti
17.0. Mühasibat uçotu subyektləri bu qanunun 8-ci, 9-cu, 10-cu və 13-cü
maddələrində göstərilmiş tələbləri aşağıda müəyyən edilmiş tarixlərdən gec
olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidirlər:
17.0.1. bu qanunun 8-ci və 10-cu maddələrində göstərilmiş bütün mühasibat
uçotu subyektləri – 2008-ci il 1 yanvar tarixdən;
17.0.2. bu qanunun 9-cu maddəsində göstərilmiş bütün mühasibat uçotu
subyektləri – 2006-cı il 1 yanvar tarixdən;
17.0.3. bu qanunun 13-cü maddəsində göstərilmiş bütün mühasibat uçotu
subyektləri – 2009-cu il 1 yanvar tarixdən.
M a d d ə 1 8 . Keçid müddəaları
18.1. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları və uçot
qaydaları qüvvəyə minənədək mühasibat uçotu ilə bağlı mövcud olan normativ
hüquqi aktlar qüvvədə qalır.
18.2. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları qüvvəyə
mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ hüquqi aktlar ilə
Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları arasında ziddiyyət yarandığı
halda, Milli Mühasibat Uçotu Standartları və ya uçot qaydaları tətbiq edilir.
18.3. Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək
hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.4. 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim
443
etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı bu qanun qüvvəyə mindikdən
sonra bir il müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir.
M a d d ə 1 9 . Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2004-cü il
№ 716-IIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, №279, Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2008-ci il, №12, maddə 1049)
2.
12 fevral 2010-cu il tarixli 952-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, №82, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, №4, maddə 265)
3.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, №81, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, №04, maddə 276)
4.
1 may 2012-ci il tarixli 350-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 06 iyun 2012-ci il, №123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci
il, №124)
444
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının Konstitusiyası
2.
“Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı-2004
3.
Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı-2003
4.
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri”
haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli fərmanı.
5.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu və onun tətbiq edilməsi ilə
əlaqədar qüvvəyə minmiş normativ-hüquqi aktların TOPLUSU. Bakı-2010
6.
“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu
standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”. Bakı-2012
7.
“A.R.Vahid büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 №-li Qərarı. Bakı-
2004
8.
“Büdcə təşkilatlarında uçot və hesabat” tədris proqramı. Bakı-2012
9.
B.A.Xankişiyev “Büdcə idarələri və müəssisələrində mühasibat uçotu”. Bakı-1979
10.
B.A.Xankişiyev “Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı-1987
11.
B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərs
vəsaiti). Bakı-1992
12.
B.A.Xankişiyev “Maliyyə orqanlarında büdcə uçotu və nəzarəti” (dərs vəsaiti), Bakı-1996
13.
B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərslik).
Bakı-1996
14.
B.A.Xankişiyev, M.Mirzəyev “Dövlət maliyyəsi” dərs vəsaiti. Bakı-1998
15.
B.A.Xankişiyev “Büdcə uçotu” dərs vəsaiti. Bakı-2000
16.
B.A.Xankişiyev “Maliyyə nəzarəti” dərs vəsaiti. Bakı-2002
17.
B.A.Xankişiyev “Büdcə prossesi və büdcə təsnifatı”. Bakı-2002
18.
Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” dərs vəsaiti. Bakı-2011
19.
Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov “Büdcə sistemi” (dərslik). Bakı-2003
20.
N.R.Quliyev “Beynəlxalq maliyyə kredit və valyuta münasibətləri”. Bakı-2010
21.
H.X.Əsədov, S.T.Talıbov “Dövlət Xərclərinin idarə edilməsi və xəzinədarlığın təşkili problemləri”.
Bakı-2005
22.
M.Novruzov, E.İbrahimov “Büdcə sistemi” (dərslik). Bakı-2012
23.
A.Q.Mirzəyeva “Maliyyə hüququ” (dərslik). Bakı-2008
24.
А.С.Бакаев «Нормативное обеспечение бухгалтерского учета». Москва-1996
25.
С.Г.Борисова «Бухгалтерский учет в бюджетных организациях» (учебное пособие). Москва-
2007
445
26.
В.Ф.Палий «Теория бухгалтерского учета: современные проблемы». Москва-2007
27.
В.В.Ковалев “Финансы” учебник. Москва, 2012
“Şərq-Qərb”'>Bəybala Xankişiyev, Şahrza Əliyev
BÜDCƏ TƏŞKILATLARINDA
UÇOT VƏ HESABAT
“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur
www.eatwest.az
www.fb.com/eatwest.az
Buraxılışa məsul SEVİL İSMAYILOVA
Texniki redaktor GÜLTƏKİN YUSİFOVA
Səhifələyici XƏQANİ RƏRZALIYEV
Dizayner ELYAS ZEYNALOV
Korrektor FƏRİDƏ SƏMƏDOVA
Nəşriyyat direktoru RASİM MÜZƏFFƏRLİ
Çapa imzalanmışdır: 29.12.2012. Format 70x100 1/16. Ofis çapı
Fiziki çap vərəqi 20,0. Sifariş N 12 136. Tiraj 1500
“Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel. (+99412) 974 83 43, Faks: (+99412) 370 18 49
446
“Şərq-Qərb” Nəşriyyat Evinin bütün kitablarının toplusu:
http://www.eastwest.az/az/books/ ünvanda
BƏYBALA ASLAN OĞLU XANKIġIYEV 1939-cu ildə Sabirabad rayonunun
Qalaqayın kəndində anadan olmuĢdur. Orta təhsilini doğma kəndində almıĢdır.
1958-ci ildə Maliyyə-kredit texnikumunu, 1965-ci ildə isə Azərbaycan Dövlət
Universitetini bitirmiĢdir. 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı
Ġnstitutunun aspiranturasını bitirərək iqtisad elmləri namizədi alimlik dərəcəsini
almıĢdır. 1976-cı ildə dosent və 1991-ci ildə professor elmi adına layiq
görülmüĢdür.
1958-1961-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində, 1961-1999-
cu illərdə isə Təhsil Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalıĢmıĢdır. 1999-
2008-ci illərdə Maliyyə Nazirliyində müĢavir, Ģöbə müdiri vəzifələrində çalıĢmıĢdır.
1990-cı ildə Respublikanın əməkdar iqtisadçısı fəxri adına layiq görülmüĢdür. 1966-cı ildən Azərbaycan
Dövlət Ġqtisad Universitetində əvəzçilik üzrə əvvəl müəllim, sonralar dosent və professor vəzifələrində
çalıĢmıĢdır.
Hazırda həmin universitetin professorudur. Çoxsaylı elmi məqalələrin, dərslik və dərs vəsaitlərinin
müəllifidir.
ƏLIYEV ġAHRZA HACI OĞLU (1961) iqtisad elmləri üzrə fəlsəfə doktoru.
1997-ci ildə Azərbaycan Dövlət Ġqtisad Universitetində “Azərbaycan
Respublikası Təhsil Nazirliyi sistemində kadr hazırlığına xərclərin uçotu və
təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiĢdir. 1 dərsliyin, 2
dərs vəsaitinin və 25-dən artıq elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasında,
xüsusilə də ümumi təhsil müəssisələrində və ali təhsil müəssisələrində
adambaĢına maliyyələĢdirmə prinsipi əsasında yeni maliyyələĢmə
mexanizmlərinin həyata keçirilməsi, bu mexanizmlərin hüquqi, təĢkilatı və metodoloji əsaslarının
hazırlanması, təhsil müəssisələrində beynəlxalq standartlar əsasında Milli Mühasibat Uçotu
Standartlarının tətbiqi iĢində xüsusi xıdmətləri vardır.
“Ġqtisadiyyat və həyat”, “Azərbaycan məktəbi” jurnallarının və bir çox dövri nəĢrlərin redaksiya
heyətinin üzvüdür.
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ġqtisadiyyat Ģöbəsinin müdiridir, qabaqçıq təhsil
iĢçisidir.
Azərbaycan təhsilinin inkiĢafında xidmətlərinə görə 2010-cu ildə “Dövlət qulluğuna fərqlənməyə görə”
medalı ilə təltif edilmiĢdir.
Document Outline
Dostları ilə paylaş: |