435
digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavəsində
açıqlanmalıdır;
6.0.4. Bu qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri
tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul
etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları.
M a d d ə 7 . Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul
edilməsi
7.1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə mühasibat uçotu
sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat
Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin dərc olunmasını və bütün maraqlı
tərəflərdən 60 gün ərzində həmin layihəyə dair rəylərin alınmasını təşkil edir.
7.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı bu qanunun 7.1-ci maddəsində qeyd olunan rəylərin
nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin qəbul edilməsi barədə
qərar verir. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarını və ya
mövcud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişi ilkin layihədə dərc
edildiyi kimi təsdiq etdikdə, həmin standartların və ya düzəlişin qüvvəyə minməsi
tarixini müəyyən edir.
7.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər etmək qərarına gəldikdə, yeni
Milli Mühasibat Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat Uçotu
Standartlarına düzəlişin dəyişdirilmiş layihəsini hazırlayır və təsdiq edir, həmin
standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.
7.4. Təklif edilən ilkin layihənin düzəlişlə birlikdə və ya düzəlişsiz təsdiq
edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına və ya İctimai Sektor üçün Mühasibat Uçotunun
436
Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının tövsiyəsini nəzərə alır.
Qəbul edilən Milli Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu
Standartlarına düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və ya Mühasibat
Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsindən fərqli olduqda, mühasibat uçotu
sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
Milli Mühasibat Uçotu Standartlarının və ya Milli Mühasibat Uçotu Standartlarına
düzəlişin qəbul edilməsinə dair qərarın əlavəsində bu fərqləri göstərməli və onun
səbəblərini açıqlamalıdır.
7.5. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi
qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
I V F Ə S İ L
KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI
M a d d ə 8 . İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib
edilməsi
8.1. Bütün ictimai əhəmiyyətli qurumlar bu qanuna əsasən tələb olunan maliyyə
hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun
olaraq tərtib edir.
8.2. Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai
əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə
olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir.
8.3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib
etməyə bilər:
437
8.3.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri
(iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla,
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi
barədə yekdilliklə razılığa gəldikdə;
8.3.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;
8.3.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;
8.3.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq
olaraq dərc etdirdikdə.
M a d d ə 9 . Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının
tərtib edilməsi
9.0. Kiçik sahibkarlıq subyektləri:
9.0.1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun qaydalarına
uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidir və ya
9.0.2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib edə
bilər.
M a d d ə 1 0 . İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq
subyektləri istisna olmaqla, kommersiya təşkilatlarının
maliyyə hesabatlarının tərtib edilməsi
10.1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna
olmaqla, kommersiya təşkilatları:
10.1.1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına uyğun tərtib etməlidir və ya
10.1.2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilər.
10.2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna
olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya
Dostları ilə paylaş: |