Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə133/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   134

 

435 


 

digər  fərq  müvafiq  Milli  Mühasibat  Uçotu  Standartlarının  əlavəsində 

açıqlanmalıdır;  

6.0.4. Bu qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri 

tərəfindən  istifadə  edilmək  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanının  qəbul 

etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları.  

M a d d ə   7 .  Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul 

edilməsi  

7.1.  Mühasibat  Uçotu  üzrə  Məsləhət  Şurasının  tövsiyəsi  ilə  mühasibat  uçotu 

sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı 

yeni  Milli  Mühasibat  Uçotu  Standartlarının  və  ya  mövcud  olan  Milli  Mühasibat 

Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin dərc olunmasını və bütün maraqlı 

tərəflərdən 60 gün ərzində həmin layihəyə dair rəylərin alınmasını təşkil edir.  

7.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanı  bu  qanunun  7.1-ci  maddəsində  qeyd  olunan  rəylərin 

nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin qəbul edilməsi barədə 

qərar  verir.  Mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata  keçirən 

müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarını və ya 

mövcud  olan  Milli  Mühasibat  Uçotu  Standartlarına  düzəlişi  ilkin  layihədə  dərc 

edildiyi kimi təsdiq etdikdə, həmin standartların və ya düzəlişin qüvvəyə minməsi 

tarixini müəyyən edir.  

7.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanı  ilkin  layihəyə  dəyişikliklər  etmək  qərarına  gəldikdə,  yeni 

Milli Mühasibat Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat Uçotu 

Standartlarına  düzəlişin  dəyişdirilmiş  layihəsini  hazırlayır  və  təsdiq  edir,  həmin 

standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.  

7.4.  Təklif  edilən  ilkin  layihənin  düzəlişlə  birlikdə  və  ya  düzəlişsiz  təsdiq 

edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən 

müvafiq  icra  hakimiyyəti  orqanı  həmin  ilkin  layihənin  Maliyyə  Hesabatlarının 

Beynəlxalq  Standartlarına  və  ya  İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun 



 

436 


 

Beynəlxalq  Standartlarına  uyğunluğunu  və  Mühasibat  Uçotu  üzrə  Məsləhət 

Şurasının tövsiyəsini nəzərə alır.  

Qəbul edilən Milli Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu 

Standartlarına düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai 

Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarından  və  ya  Mühasibat 

Uçotu  üzrə  Məsləhət  Şurasının  tövsiyəsindən  fərqli  olduqda,  mühasibat  uçotu 

sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı 

Milli Mühasibat Uçotu Standartlarının və ya Milli Mühasibat Uçotu Standartlarına 

düzəlişin qəbul edilməsinə dair qərarın əlavəsində bu fərqləri göstərməli və onun 

səbəblərini açıqlamalıdır.  

7.5.  Milli  Mühasibat  Uçotu  Standartlarının  hazırlanması  və  qəbul  edilməsi 

qaydaları  mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata  keçirən 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.  

I V   F Ə S İ L    

KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI 

M a d d ə   8 .  İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib 



edilməsi  

8.1. Bütün ictimai əhəmiyyətli qurumlar bu qanuna əsasən tələb olunan maliyyə 

hesabatlarını  yalnız  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  uyğun 

olaraq tərtib edir.  

8.2.  Bir  və  ya  daha  çox  törəmə  cəmiyyətə  malik  olan  hər  hansı  ictimai 

əhəmiyyətli  qurum  hüquqi  şəxs  kimi  hazırladığı  maliyyə  hesabatından  əlavə 

olaraq,  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  uyğun  birləşdirilmiş 

(konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir.  

8.3.  İctimai  əhəmiyyətli  qurum  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə 

hesabatlarını  aşağıda  göstərilən  dörd  şərti  bütövlükdə  yerinə  yetirdikdə  tərtib 

etməyə bilər:  



 

437 


 

8.3.1.  qurum  törəmə  cəmiyyət  olduqda  və  onun  bütün  mülkiyyətçiləri 

(iştirakçıları,  səhmdarları),  səsvermə  hüququ  olmayanlar  da  daxil  olmaqla, 

birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarının  təqdim  edilməməsi 

barədə yekdilliklə razılığa gəldikdə;  

8.3.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;  

8.3.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;  

8.3.4.  qurumun  bilavasitə  və  ya  son  nəticədə  tabe  olduğu  əsas  cəmiyyət 

Maliyyə  Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə 

edilmiş)  maliyyə  hesabatlarını  bu  qanunun  12-ci  maddəsinin  tələblərinə  müvafiq 

olaraq dərc etdirdikdə.  

M a d d ə   9 .  Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının 



tərtib edilməsi  

9.0. Kiçik sahibkarlıq subyektləri:  

9.0.1.  Kiçik  sahibkarlıq  subyektlərində  sadələşdirilmiş  uçotun  qaydalarına 

uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidir və ya  

9.0.2.  öz  seçimlərindən  asılı  olaraq  maliyyə  hesabatlarını  Kommersiya 

Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarına  uyğun  şəkildə  tərtib  edə 

bilər.  

M a d d ə   1 0 .  İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq 



subyektləri istisna olmaqla, kommersiya təşkilatlarının 

maliyyə hesabatlarının tərtib edilməsi  

10.1.  İctimai  əhəmiyyətli  qurumlar  və  kiçik  sahibkarlıq  subyektləri  istisna 

olmaqla, kommersiya təşkilatları:  

10.1.1.  maliyyə  hesabatlarını  Kommersiya  Təşkilatları  üçün  Milli  Mühasibat 

Uçotu Standartlarına uyğun tərtib etməlidir və ya  

10.1.2.  öz  seçimlərindən  asılı  olaraq  maliyyə  hesabatlarını  Maliyyə 

Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilər.  

10.2.  İctimai  əhəmiyyətli  qurumlar  və  kiçik  sahibkarlıq  subyektləri  istisna 

olmaqla,  bir  və  ya  daha  çox  törəmə  cəmiyyətlərə  malik  olan  kommersiya 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə